
Avstraliya rejissoru "Master və Marqarita"nı yenidən ekranlaşdıracaq
KİNO
- 18.12.2019
- 0 Şərh
- 5026 Baxış
Avstraliya rejissoru, "Mulen Ruj", "Romeo və Culyetta", "Möhtəşəm Qetsbi" kimi uğurlu ekran işlərinin müəllifi Baz Lurman Mixail Bulqakovun dünya şöhrətli "Master və Marqarita" romanını ekranlaşdırmaq üçün müəlliflik hüququ aldığı xəbərini yayıb.

Lurmanın sözlərinə görə, artıq iyirmi ildir ki, bu əsəri ekranlaşdırmağı arzulayırmış.
Çəkilişlərin haçan başlayacağı hələ məlum deyil.
Qeyd edək ki, bu roman əsasında bir neçə film çəkilib. Ən uğurlusu hələ də Polşa rejissoru Masey Voytışkonun rejissorluğu ilə çəkilən filmdir.