
Bir əsrlik mübahisə sona çatdı: Molyer pyeslərini özü yazıb.
- 07.12.2019
- 0 Şərh
- 1819 Baxış
Şekspirin
adı ətrafında dolaşan şayiələr Molyerdən də yan ötməyib. Artıq 100 il idi ki,
Molyerin müəllifliyi şübhə altına alınmışdı.
Yarpaq.az eksmo.ru saytına istinadən xəbər verir ki, Paris
universitetinin linqvistləri, pyesləri Molyerin özünün yazdığını sübuta
yetirib. Alimlər bir neçə il Molyerin əsərlərini, əsərlərin dilini, yazı tərzini
araşdırandan sonra bu qərara gəliblər ki, Molyerin poetikası və tərzi özünəməxsusdur,
Molyerin heç bir müasiri bu tərzdə yazmayıb.
Bu
iddianı birinci dəfə 1919-cu ildə şair Pyer Luis ortaya atmışdı. Onun fikrincə
bu pyesləri başqa müəllif, daha dəqiq desək, şair və dramaturq, Fransa faciəsinin
atası Pyer Kornel yazmışdı. Luis fikrini belə əsaslandırırdı ki, Molyer kasıb
ailənin övladı idi, yaxşı təhsil ala bilməzdi və buna görə də dünya
dramaturgiyasının şedevrlərini yarada bilməzdi.
Amma
Paris universitetinin alimləri bu iddianın sadəcə əsassız fərziyyə olduğunu
sübut edə bildi.