Bob Dilan müəllif hüququnu 300 milyona satdı
MUSİQİ
- 11.12.2020
- 0 Şərh
- 8856 Baxış
Amerikalı musiqiçi və şair Bob Dilan bütün mahnılarının müəllif hüququnu "Universal Music Publishing Group”a satıb.
Bura musiqiçinin 60 il ərzində yazdığı 600-dən çox mahnı daxildir.
Razılaşmanın detalları açıqlanmasa da "New York Times” qəzeti müqavilənin 300 milyon dollardan çox məbləğə bağlandığını bildirib.
Qeyd edək ki, Bob Dilan "Amerika musiqi ənənələrində yeni poetik ifadələr yaratdığına görə” 2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.