Boris Yekimov. Məlhəm (hekayə)
- 02.05.2021
- 0 Şərh
- 9400 Baxış
Yanına
tətilə gəlmiş nəvəsi məhəllə uşaqları ilə birlikdə xizəklə sürüşməyə getmişdi.
Dunya nənə bircə andaca canlanmış, şi bişirmiş, perojki üçün xəmir yoğurmuşdu,
kompotlar, mürəbbələr çıxartmışdı və arabir pəncərədən boylanırdı, görsün,
Qrişa qaçmır ki.
Nahara
nəvəsi özünü yetirdi, süfrədəkiləri elə yedi ki, sanki süfrəni silib-süpürmüşdün və yenidən
götürüldü – bu dəfə konkilərini də özü ilə götürdü. Dunya qarı yenə tək qaldı. Lakin bu tənhalıq
deyildi. Divanda nəvəsinin köynəyi qalırdı, masa üzərində kitabları, çantasını
elə qapının kandarındaca atılıb qalıb-bir sözlə, heç nə yerində deyil, hər şey alt-üst
olub. Evdə yeni bir nəfəsin hərarəti duyulurdu. Qızı və oğlu şəhərdə yurd-yuva
qurmuşdular, buralara nadir hallarda gəlirdilər- ən yaxı halda ildə bircə dəfə.
Dunya qarı onlarda elə də çox qonaq olmazdı, gedəndə də axşama evinə qayıdardı.
Bir tərəfdən, daxması üçün nigaran
qalırdı: nə də olsa, yuvası idi, o biri tərəfdən də...
Ikinci
səbəb daha vacibdi: nə müddətdi ki, Dunya qarı təlaş içində yatırdı, yuxuda
danışır, hətta qışqırıb fəryad etdiyi vaxtlar da olurdu. Öz daxmasında-özünün
evində nə qədər qışqırırsan, qışqır, lap
dünyanı silkələ. Kim eşidəcəkdi ki! Amma getdiyi yerdə...Elə uzanıb gözlərini
yumdularmı, Dunya qarı danışmağa, deyinməyə başlayır, kimisə inandırmaq üçün dəridən-qabıqdan
çıxır, gecənin bir aləmində kiməsə yalvarır, sonra da: "Xeyirxah insanlar!!!
Xilas edin!” deyib fəryad qoparırdı. Şübhəsiz ki, hamı oyanıb Dunya qarıın
yanına qaçırdı. Yuxusu da o qədər həyəcanlı idi ki. Adamlar danışır, onu sakitlədirir,
valerian verib dağılışırdılar. Bir saat sonra hər şey yenidən başlayırdi: "İsa
eşqinə, bağışlayın! Bağışlayın!”- yenə ev əhli dik atılırdı. Əlbəttə ki, hər
şeyin səbəbinin qocalıq və elə də xoş keçməyən güzəran olduğunu anlayırdılar. Məharibə,
aclıq. Anlamağına anlayırdılar, lakin anlamaqla iş bitmirdi.
Dunay
qarı gəldimi, ev əhli o gecəni yuxusuz qalırdı. Onu həkimə aparırdılar, həkimlər
dərman yazırdı, amma nə fayda. Heç nə kömək etmirdi. Və beləliklə, Dunya qarı
uşaqlarının evinə tədricən az-az getməyə başladı, iki saat avtobusda ləngər
vura-vura gedir, kef-əhvallarını soruşub həmən də geri dönürdü. Elə övladları
da ana evinə yalnız məzuniyyətlərdə, yay tətillərində gedirdilər. Ancaq nəvəsi
Qrişa bir az böyüdükdən sonra tez-tez getməyə başlamışdı: qış tətillərində,
Oktyabr və May bayramlarında gedib nənəsini ziyarət edirdi.
Qışda
və yayda Don çayında balıq ovlayar, göbələk toplayar, konkidə, xizəklə sürüşər,
məhəllə uşaqları ilə dostluq edərdi-bir sözlə, darıxmırdı. Dunya qarı buna
şaddı.
İndi
də Qrişanın gəlişi ilə o, dərd-sərini unutmuşdu. Günlər hiss olunmadan,
qayğılar içində ötüşür, başı qarışırdı. Başını qaldırmağa macal tapmırdı, amma
budur, artıq hava qaralır, pəncərəsində artıq çökməkdə olan axşam görünürdü.
Qrişa bir işiq kimi peyda olmuşdu. Eyvanda hay-küy düşər, qırmızıyanaq uşaq özü
ilə bayırın buz kimi nəfəsini də daxmaya
doldurardı. Hələ kandardan da elan edərdi:
-Sabah
balığa gedirik! Körpünün altında yaxşı berş tapmaq olur, həm də lap çox!
-Bu ki, əladır- onun sözləri Dunya qarının xoşuna
gələrdi-uxa bişirib ləzzətlə yeyərik.
Qrişa
şam etdkdən sonra balıq tutmaq üçün lazım olan şeyləri yerbəyer edir, öz əşyalarını
döşəmənin yarısınacan töküşdürüb yerbəyer edirdi. Dunya qarı isə divanda oturub nəvəsini seyr
edir, ordan-burdan onu sorğu-suala tuturdu. Nəvə əvvəllər heç boy atmırdı,
lakin son iki ildə necə uzanmışdısa, Duya qarı bu uzunayaqlı, iri əlləri olan,
bığ yeri tərləməyə başlayan əyripəncənin nəvəsi Qrişa olduğuna özünü güclə
inandıra bilmişdi.
-Nənəcan,
bax, mən deyirəm, sən də əmin ola bilərsən. Uxa da olacaq, qızartma da. Süpürgə
toxumuruq burda. Bil.
-Süpürgə
məsələsi doğrudan da çətin məsələdir-Dunya qarı razılaşdı. –Bazarda birini üç
manata verirlər.
Qrişa
güldü:
-Mən
balıqdan danışırdım.
-Balıqdan...Mənim
dayım da balıq ovuna gedərdi. Avdey dayım. Biz Kartulda yaşayırdıq onda. Məni
ordan ərə verdilər. Orda elə balıqlar var ki...
Qrişa
döşəmədə, qırmaqlar və tələ yemləri arasında oturmuşdu, onun uzun ayaqları divandan çarpayıyacan çatırdı.
O, nənəni dinlədi, sonra dedi:
-Hə,
neynək, sabah biz də ovlayarıq: uxa üçün də çatar, qızartma üçün də.
Bayırda
gönəş çoxdan qürub etmişdi. Göyün üzü hələ uzun zaman çəhrayıya çaldı. Artıq ay
da çıxmışdı, bədirlənmiş ay olmasa da, necə aydın, gözəl axşamdı. Yatmağa
hazırlaşırdılar. Dunya qarı utana-utana dedi:
-Gecələri
bəzən səs olur. Əgər nə isə eşitsən, oyat məni.
Qrişa
əlini yellədi:
-Mən,
nənəcan, heç nə eşidib eləmirəm. Ölü kimi yatıram.
-Hə,
şükür Tanrıya. Mənqoca sarsağam, hay-küy salıram bəzən. Özümlə bacara bilmirəm.
Ikisi
də dərhal yuxuya getdilər-nənə də, nəvə də.
Lakin
gecənin bir yarısı Qrişa qışqırtı səsinə oyandı:
-Kömək
edin! Kömək edin, xeyirxah insanlar!
Yuxulu-yuxulu
o, əvvəl heç nə başa düşmədi və Qrişanı qorxu bürüdü.
-Xeyirxah
insanlar! Kartoçkamı itirmişəm! Kartoçkalarım! Göy yaylığa bükmüşdüm onları! Bəlkə
kimsə götürüb?-Və susdu.
Qrişa
harda olduğunu, nə baş verdiyini yavaş-yavaş dərk etməyə başladı.Fəryad edən
Dunya qarı idi. Qaranlıqda, səssizlikdə
nənəsinin ağır-ağır nəfəs alıb verişi necə də aydın eşidilirdi. O, sanki nəfəsini
tutub saxlayır, güç toplayırdı. Və yenidən danışmağa başladı, bu dəfə
qışqırmırdı:
-Kartoçkalar...Kartoçkalarım
haradadır... Göy yaylığa...Adamlar, xeyirxah insanlar...Uşaqlarım...Petyanya,
Şurik, Taeçka...Evə gedəcəyəm, onlar yemək istəyəcəklər axı...Çörək ver,
anacan... Amma onların anası...-Dunya qarı sarsılmış kimi silkələndi, sonra
bağırdı:
-Xeyirxah
insanlar! Qoymayın ölsünlar! Petyanya! Şurik! Taeçka!-uşaqlarının adlarını çəkdiyi
zaman o, sanki ağrılı, incə bir səslə aöı deyirdi.
Qrişa
dözmədi, yataqdan qalxaraq nənənin otağına getdi:
-Nənəcan!
Nəncan!-o, səslədi.-Oyan...
O,
oyandı, mızıldandı:
-Qrişa,
sənsən? Oyandırdım səni. İsa eşqinə, məni bağışla.
-Yox,
nənə, sən ürəyinin üstündə uzanmısan, o biri böyrün üstə.
-Ürəyinin,
ürəyinin...-Dunya qarı itaətlə razılaşdı.
-Ürəyin
üstünə uzanmaq olmaz. Sağ böyrün üstə uzan.
-Uzanaram,
uzanaram...
O,
özünü o qədər günahkar hiss edirdi ki. Qrişa öz otağına qayıtdı, yatağa uzandı.
Dunya qarı qurcuxur, ah çəkirdi. Yuxusunda gördüyü hər nə idisə, yaxasını
rahatlıqla buraxmadığı görünürdü. Nəvə də yata bilmirdi, eləcə uzanmışdı.
Kartoçkalar barəsində bilirdi. Çörək o kartoçkalarla verilirdi. Çoxdan, müharibə
vaxtı, elə sonralar da. Nənənin haqqında danışdığ Petyanya isə onun atası idi.
Ayın
yarımçıq aydınlığında şkaf və etajerlər sezilirdi. Qrişa səhər haqda, balıq ovu
haqda düşünərək mürgüləməyə başlamışdı ki, yenidən nənənin deyintilərini
eşitdi:
-Qış
qapının ağzındadı... Palıd qozası yığmalıyam...Qarınlarını doyurmaq
lazımdır...Balalarım, uşaqlarım...-Dunya qarı deyinirdi.-çörək çatışmır, mədələrimizi
birtəhər yola verərik. Almayın, İsa eşqinə, götürməyin!-O, qışqırdı.-Heç
olmasa, kisələri verin! Kisələri!-və hönkürtülərinin səsi fəryadını boğdu.
Qrişa
yataqdan sıçradı:
-Nənəcan!
Nənəcan!-o, qışqırdı və mətbəxin işığını yandırdı.-Nənəcan, oyan!
Dunya
qarı oyandı. Qrişa onun üzərinə əyildi. Elektrik lampasının aydınlığında nənənin
yanaqlarındakı yaşlar parıldayırdı.
-Nənəcan...-Qriça
təəssüf hisilə ah çəkdi.-Sən həqiqətən ağlayırsan? Bu ki, yuxudur.
-Ağlayıram,
çünki mən qoca sərsəməm. Yuxuda, yuxuda...
-Bəs
göz yaşların niyə gerçəkdir? Axı yuxu-həqiqət deyil. Budur, sən artıq oyaqsan,
vəssalam.
-hə,
mən axı indi oyağam. Orda-yuxuda isə...
-Yuxuda
nə görürdün ki?
-Yuxuda?
Əşi, yaxşı şey deyildi. Guya palıd qozası üçün Dona, dağa getmişəm. Iki kisə
toplaya bilmişəm. Bərədə meşəbəyi də əlimdən almaq istəyir. Guya ki, olmaz. Kisələri
də vermir.
-Palıd
qozası nəyinə gərək idi bəs?
-Yeməyə.
Bİz onları təmizləyir, bir az un əlavə edir və çureklər bişirib yeyirdik.
-Nənəcan,
bunu sən yalnız yuxularda görürsən, yoxsa bu həqiqətən baş verib?-Qrişa
soruşdu.
-Yuxuda
görürəm.-nənə cavab verdi.-Həm yuxuda görürəm, həm də baş verib. Allah bir də
göstərməsin...Allah göstərməsin... Hə, uzan, get uzan...
Qrişa
getdi, ya möhkəm yuxu onu apardı, ya da ki, Dunya qarı daha qışqırmadı, yəni səhərin
gec saatına kimi o, heç nə eşitmədi. Səhər vəd etdiyi kimi balığa getdi, vəd
etdiyi kimi də beş yaxşı berş balığı ovladı-həm uxa üçün, həm də qızartma üçün.
Nahar
zamanı Dunya qarı yenə də gileyləndi:
-Səni
yatmağa qoymuram...Deyəsən iki dəfə hay-küy salmışam. Qocalıq...
-Nənəcan,
ürəyinə salma,-Qrişa onu sakitləşdirdi-Yuxumu alaram mən, yaşımın elə vaxtıdır
ki...
O,
nahar etdi və dərhal yığışmağa başladı. Xizəkçi kostyumunu geyindiyi zaman boyu
bir az da uca göründü. O, həm də yaraşıqlı idi, xizəkçi papağında, suyuşirin, hələ
uşaqlığını itirməmiş qarayanız, çəhrayı yanaqlı bir siması vardı. Dunya nənə
onun yanında lap qoca görünürdü:beli tamamən bükülmüşdü, bədəni ləngər vururdu,
bəyaz saçlı başı əsirdi, gözlərində isə başqa aləmlərə xas nə isə sezilirdi.
Qrişa onun yarıqaranlıq otaqda gördüyü göz yaşları içindəki üzünü ani olaraq, lakin dəqiqliklə xatırladı. Bu xatirə
onun ürəyini sanki dəlib keçdi. O, getməyə tələsdi.
Dostları
həyətdə gözləyirdilər. Yaxınlıqda çöllük vardı. Bir az uzaqda yamyaşıl şam pöhrələri
gürünməkdə idi. Orada xizək sürmək necə də yaxşı idi. Qətranın qoxusu insanı
canlandıran soyuqla bərabər qana işləyirdi və sanki itaətkar bədəni xizəklərin
buraxdıqları izin üzərinə qaldırırdı.
Sanki qanad çalırmış kimi rahatlıqla sürüşürdülər. Şam ağaclarının ardından qum
kurqanları ucalırdı-bunlar qırmızı kol söyüdlərlə örtülmüş kuçuqurlardı*. Onlar çala-çotur çığırlarla
Dona qədər getdilər. Oraya, başı qarlı yüksək donətrafı təpəliklərə də getməyə
can atırdılar. Sərt rüzgarların gözdən yaş çıxartdığı azacıq oturmuş kimi uçarcasına sürüşdükləri,
qıyılmış gözlərlə qarşıdakı hər təpəciyə,
hər çalaya diqqət kəsildikləri, bədənlərinin o uçuşun əsintilərilə bütünlüklə tir-tir
titrədiyi dik təpələr onları özünə çəkirdi.
Və nəhayət, qrşılarındakı çayın hamar süfrə kimi açılmış, donmuş səthilə güllə kimi uçmaq vəasudə nəfəs alıb, bütün
qorxuları içindən ataraq sürüşə-sürüşə Donun ta ortasına qədər sakitcə getmək.
Bu
gecə Qrişa Dunya qarının fəryad səslərini eşitmədi, hərçənd səhər oyandığı
zaman onun rahat yatmadığı sifətindən bəlli idi.
-Səni
oyatmamışam? Nə yaxşı, şükür Tanrıya...
Daha
bir gün, sonra bir başqa gün də keçdi. Sonra bir dəfə necə oldusa, o, zəng
vurmaq üçün şəhərə getməli oldu. Söhbət əsnasında anası soruşdu:
-Bəs
nənən sənə yatmağa imkan verir?-Və məsləhət verdi.-O, danışmağa laxşamdan
başlayacaq,o zaman sən: "Səsini kəs!” deyib qışqır. Elədə susur. Biz sınamışıq.
Geri
qayıdan zaman nənəsi haqda düşünürdü. Indi, kənardan o nə qədər zavallı, yalqız
görünürdü. Hlə göz yaşları ilə dolu gecələr, onlar sanki bir cəza idi. Ata
keçmiş illəri xatırlayırdı. Lakin o illər onun üçün artıq geridə qalmışdı. Nənə
üçün isə yox. Həm də qəlbində necə böyük bir ağırlıqla gözləyirgecəni. Insanlar
hamısı acı günlər yaşayıblar, amma ki, unudublar. Nənənin həyatındakı acılar isə hər dəfə yenidən təkrarlanır. Necə kömək etməli?
Axşam
düşürdü. Günəş sahilyanı təpəciklərn ardına gizlənirdi. Donun o üzündə çəhrayı qırçınlar
düşmüşdü, sahil boyu uzaqlarda isə seyrək meşə bəzəkli qaraltı kimi sezilirdi.
Qəsəbədə sakitlikdi, yalnız kirşələrdə sürüşən körpə uşaq gülüşürdülər. Nənəsi
haqda düşünmək çətin gəlirdi. Ona nə cür kömək eləsin? Ana necə məsləhət
görmüşdü? Deyirdi ki, kömək eləyir. Tamamilə mümkündür. Axı bu,psixikadır. əmr
edəcəksən, üstünə qışqıracaqsan-səsini kəsəcək. Qrişa talasmadan gedir,
gedirdi, düşüncələri əsnasında qəlbində nələrinsə isinərək əridiyini, nələrinsə
sürəkli içərini yandırdığını hiss edirdi. Şam yeməyi zamanı, sonra isə kitab
arxasında keçənbütün axşamı-hətta televizor qarşısında oturarkən belə- o, elə
hey nənəyə baxır və düşünürdü: "Bircə yatıb qalmayaydım”.
Şam
etdikdən sonra yuxu tutmasın deyə,tünd çay içdi. Sonra birini də içdi və özünü yuxusuz keçirəcəyi
gecəyə hazırladı. Və gecə düşdü. Işıqları söndürdülər. Qrişa uzanmadı, məlum
zamanı gözləyərəkyataqda eləcə oturdu. Pəncərədə ay işıq saçırdı. Qar ağarırdı.
Tövlələrin siluetləri qaralırdı. Dunya qarı tezliklə yuxuya getdi, xoruldamağa
başladı. Qrişa gözləyirdi. Və nəhayət, nənənin otağından ə anlaşılmaz mızıltı səsləri
gələndə o, ayağa qalxdı və oraya getdi. Mətbəxin işığını yandırdı, çarpayının
yanında dayandı- qeyri-iradi bir titrəmənin bütün bədənini bürüdüyünü hiss
edirdi.
-İtirmişəm...Yoxdur,
kartoçkalar yoxdur...-Dunya qarı hələlik lap alçaqda
deyinirdi.-kartoçkalarım...Hardadır...Kartoçkalarım...-Və gözlərdən yaşlar
bir-birinin ardınca süzülürdü.
Qrişa
ucadan bağırsın deyə, dərindən nəfəs aldı, hətta döşəməyə vurmaq üçün ayağını
da yuxarı qaldırdı.
-Çörək...Kartoçkalarım...-ağır
əzablar içində, gözlərində yaşlarla Dunya qarı danışırdı.
Oğlanın
ürəyi mərhəmət və ağrı ilə doldu. Düşündüklərini unudaraq o, çarpayının önündə
diz çökərək oturdu və mülayim, yumşaq səslə nənəni inandırmağa başladı(:
-Budur
sizin kartoşkalar, nənəcan... Göy yaylığa bükülmüşdü, elədir? Sizinkilərgöy
yaylığamı bükülmüşdü? Bunlar sizindir, əlinizdən salmısınız. Mən isə onları
yerdən qaldırdım. Budur, görürsünüzmü, götürün,-o, inadla təkrar edirdi.-Hamısı
burdadır, götürün...
Dunya
qarı susdu. Görünür orda, yuxuda deyilənlərin hamısını eşitmişdi, anlamışdı.
Sözlər o dəqiqə gəlmədi. Amma gəldilər:
-Mənimkilərdir,
mənimdir...Mənim yaylığımdır göy yaylıq. Adamlar da deyər. Mənim
kartoçkalarımdır, salmışam. İsa köməyin olsun, xet=yirxah adam...
Səsindən
onun indicə ağlayacağını Qrişa hiss etmişdi.
-Ağlamaq
lazım deyil.-o, ucadan dedi. Kartoçkalar hamısı ordadır. Axı niyə də
ağlayasınız? Çörəyinizi götürüb uşaqlara aparın. Aparı, şam edin və uzanıb
yatın,-o, sanki əmr edərcəsinə danışırdı.-Rahat yatınş yatın.
Dunya
qarı susdu.
Qrişa
gözlədi, nənənin aramla nəfəs aldığını gördükdən sonra ayağa qalxdı. O,
üşütmüşdü. Soyuq sanki sümüklərinədək işləmişdi. Qızınmaq da mümkün deyildi.
Soba hələ isti idi. O, sobanın yanında oturdu və ağlamağa başladı. Gözlərindən
yaşlar axdıqca axırdı. O yaşlar onun qəlbindən süzülüb gəlirdi, çünki qəlbi də
dunya qarının, daha kimlərinsə halına yanaraq ağrıyır və ağlayırdı... O,
yatırdı, lakin qəribə bir şəkildə huşa getmişdi, sanki başqa, uzaq illərdə, özgə
ömürdə idi, və orda, o ömürdə o qədər
acı, elə bir bədbəxtlik və kədər görürdü ki, ağlamamaq mümkün deyildi. Və o
ağlayır, gözlərindən axan yaşları yumruqları ilə silirdi. Amma elə ki, Dunya
qarı dinməyə başladı, o hər şeyi bir andaca unutdu. Beyni aydınlandı və bədəninin
titrəməsi keçib getdi. Dunya qarıya tam zamanında yaxınlaşdı:
-Sənəd
var, bəli, var...budur...-nənə titrəyən səslə deyirdi.-hospitala-ərimin yanına
gedirəm. Bayırda da gecədir. Buraxın, gecələyim.
Qrişa
d=sanki qaranlıq küçəni, o zülmət gecədəki qadını görmüş kimi idi və qapını ona
açdı.
-Əlbəttə,
buraxarıq. Keçin, buyurun. Keçin. Sənəd lazım deyil.
-Sənədim
var!-Dünya qarı qışqırdı.
Qrişa
başa düşdü ki sənədləri onlan almaq gərəkdir.
-Yaxşı,
verin bura. Belə...Aydındır. Çox yaxşı sənəddir. Düzgündür. Fotolu, möhürlü.
-Düzgün...-Dunya
qarı yüngülləşdi, rahatlıqla nəfəs aldı.
-Hər
şey düz gəlir. Keçin.
-Mən
elə döşəmədəcə yataram. Səhərə kimi. Gözləməliyəm.
-Döşəmə-filan
yoxdur. Budur, çarpayı burdadır. Rahatca yatın. Yatın. Böyrü üstə uzanın,
yatın.
Dunya
qarı itaətlə sağ böyrü üstə çevrildi, əlini yastığın arasına qoydu və yuxuya
getdi. Səhərə kimi yatdı. Qrişa onun yanında oturdu, sonra qalxıb mətbəxin
işığını söndürdü. Göydə çəpinə asıla qalmış ay pəncərədən boylanırdı. Qar sanki
canlı imiş kimi ağarır, qığılcımları andıran bir parıltı ilə işıldayırdı. Qrişa
bütün bunları sabah nənəyə necə nağıl edəcəyi düşüncəsindən həzz alaraq yatağa
uzandı,onlar birlikdə... lakin birdən bir fikrin aydınlığı onu qarsaladı:
danışmaq olmaz. O, aydınca başa düşürdü-nəinki bir kəlmə, hətta bir eyham belə
olmaz. Bu onunla qalmalı, onunla birgə də ölməlidir. Etmək və susmaq lazımdır.
Sabahkı gecə də, ondan sonra gələn bütün gecələrdə də. Etmək və susmaq
lazımdır. Yara bitişəcəkdir.
Tərcümə:
Dinar Həmidova