Bu əsər 153 milyona satıldı və rekord təzələndi (FOTO)
Rəssam
- 17.11.2018
- 0 Şərh
- 7284 Baxış
İngilis rəssam Devid Hokneyin 1972-ci ildə çəkdiyi məşur əsəri hərracda 90,3 milyon dollara (təxminən 153 milyon manat) satılıb.
Yarpaq.Az xəbər verir ki, bu, yaşayan bir rəssamın əsərinə verilən ən böyük məbləğdir. Rəsm əsəri satışa çıxarılmadan öncə 80 milyon ilkin qiymət qoyulub, lakin iki alıcının bir-biri ilə rəqabətə girməsi qiyməti 90 milyon dollara qədər çıxarıb.
Qeyd edək ki, bu vaxta qədər yaşayan bir rəssama aid ən bahalı əsər rekordu Ceff Kunun 2013-cü ildə 58,4 milyon dollara satılmış "Şar it" əsərinə aid idi.
Əsərdə avropalı və amerikalı baxış bucağı sintez edilib. Rəsm 1960-cı illərdə Kaliforniyanın günəşli sahillərinə yaşmağa gəlmiş bir avropalı sənətçinin özünü hər iki qitədə yaşayarkən görməsindən bəhs edir.