Bütün teatrların fəaliyyəti dayandırıldı

Bütün teatrların fəaliyyəti dayandırıldı

Azərbaycanda bütün teatrların fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə azvision.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, koronavirusla əlaqədar teatrların fəaliyyətinə qoyulan məhdudiyyət mart ayının 27-dək davam edəcək. Onun sözlərinə görə, teatrlara öz fəaliyyətlərini məhdudlaşdırmaları və tamaşaları təxirə salmaları barədə tapşırıq verilib.