Cəmil Seyidov - "Getməyin tragediyası" (şeir)
Poeziya
- 11.02.2021
- 0 Şərh
- 12684 Baxış
Ayrıldığı yerdə kəsişir yollar,
bitdiyi yerdə başlamaq üçün.
Bəzən yaxınların ölümünə
çevrilir xoşbəxtlik,
dar qapıların geniş çıxışlarında
azmamaq üçün...
Getmək vaxtıdır,
yeriyəcək ayaqların,
gedəcək uzaqların varsa,
Dayanma...
Biz qaranlıqdan qorxuruqsa,
demək,
qaranlığın qorxuları daha böyükdür.
dayanma...
özünü binadan atanlar,
yerə çırpılmaq yox,
yerə düşmək istəyənlərdir.
ölümü görmək üçün
yum gözlərini,
açma...
Zamanın da səbri tükənib,
təkcə özü qalıb...