Cəmil Seyidov - "Leo" (şeir)
Poeziya
- 11.01.2021
- 0 Şərh
- 8769 Baxış
Çərçivəsindən böyük şüşələr kimi
beyninə yığılan xatirələr
kəsir rəngli həyatının işıqlarını.
Zibil qabına atılır kölgə çekləri.
Xatırladıqca xatirələri qarğıyırsan,
Lüterin Toması qarğıdığı kimi,
qaranlığa bürünür ruhum.
Bir bu günüm, bir də
dörd fəsil keçmişim var,
qurcalayır beynimin alfasını
xatirələrin xəfiyyəliyi.
Katalaundakı uşaqlıq
dostları kimi üzləşirik,
fikirlər ölür,
mən isə intihar edirəm.
Nə qaça bilirəm,
nə uça bilirəm.
Leo, mənə qaçmağı öyrət,
Leo, üşüyür ayaqlarım,
su soyuqdur axı.