“Eurovision 2020” koronavirusa görə təxirə salındı
MUSİQİ
- 21.03.2020
- 0 Şərh
- 26791 Baxış
Bu ilin may ayında Niderlandda keçirilməli olan "Eurovision” mahnı müsabiqəsi koronavirusun yayılması riski səbəbi ilə rəsmi olaraq ləğv edilib.
Bu barədə təşkilatçıların "Twitter” hesabındakı məlumatında deyilir.
"COVID-19-un bütün Avropaya yayılması təhlükəsi, həmçinin iştirakçı ölkələrin hökumətləri, o cümlədən Niderland hökuməti tərəfindən tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq "Eurovision” müsabiqəsinin keçirilməsi mümkün deyil”, - rəsmi açıqlamada bildirilir.
Təşkilatçılar həmçinin qeyd edirlər ki, Avropa Yayım Birliyi (EBU) bu il "Eurovision”a ev sahibliyi etməli olan Rotterdam ilə birlikdə müsabiqənin 2021-ci ildə keçirilməsini müzakirə etməyə davam edəcək.
Qeyd edək ki, "Eurovision” mahnı müsabiqəsi mayın 12-dən 16-dək Rotterdamdakı "Ahoy” konsert zalında keçirilməli idi.
Azərbaycanı müsabiqədə "Kleopatra” mahnısı ilə Efendi (Samirə Əfəndi) təmsil etməli idi.