Haqqarar. Daş və çiçək (Şeir)
Poeziya
- 23.11.2020
- 0 Şərh
- 8412 Baxış
23 noyabr unudulmaz Rafiq Tağını cismən itirdiyimiz gündür
"Toz içində çiçək”din,
İndi "Daş və çiçək”sən,–
Amma hind filmi olmaz,
Səndən nə film çəksən.
Baş daşı üstə belə
qatillərinə gülən
təbəssümün çiçəklər.
Məzarın üzərində
"təbəssümlü” çiçəklər.
Soyulan soyundansan,
Doğrandın ləçək-ləçək...
Əlin diri çatmadı,
İlin çatdı yetmişə.
Nə deyərdin bu halda
Qarabağa yetmişə?!