
Hədiyyə Şəfaqət. Ədalətin yoxdur - demək istəyirəm bəzən Tanrıya (Şeirlər)
- 16.12.2019
- 0 Şərh
- 1409 Baxış
...Gələn
dəfə mən doğulmayım,
Müqəddəs
Ata...
Gizlənib
qalım
Heç
kimin görmədiyi yerdə,
gözlərdən
uzaq
Adamlardan
uzaq
Çiçəklərə
yaxın
Bir də
göyə...
Bir gün
xoşbəxt olacağam deyə-deyə
Öldüm...
Yüz dəfə...
Bu,
Bir
ömür üçün çoxdur...
Ədalətin
yoxdur - demək istəyirəm bəzən
Tanrıya
Demək
istəyirəm, susuram
Sonra nəfəsimi
Xəyallarımı
Ümidimi
zəhərlənmiş
çörək kimi qusuram...
Belə
olmalıydısa, oldu,
Oldusa,
deməli, sondur... Müqəddəs Ata...
Gedim mən…
***
Heç kim
görməz qanadını
bu qaranlıq şəhərin
Amma..
o uçub gedir...
Üstünə
kölgə enir evlərin, küçələrin
Suları
daşa dəyir
Arzuları
torpağa
Adamı...
keçib gedir...
Heç nə
edir ən dərin sualının cavabı
İkini
birə vurur, candan doqquzu çıxır
Qanadı
ağır-ağır toxunur əllərimə
Yerdə
qalan nədirsə,
səssiz-səmirsiz yuxu...
Göyündən
bir səs enir iyinin yaxasına
Biri ağ
Biri
qara... köynək... nə köynək olur?
Cingildəyib
tökülür hardasa
güzgülərin daş dəyən sinəsində
Dualar...
Göynək
olur...
Mən bu
uçan şəhərin qərib sahibəsiyəm,
Nə o
tanıyır məni
Nə mən
onu... qoy olsun
Kim
kimin ürəyində daha çox uçacaqsa
Gecənin
köynəyini qoy elə o soyunsun…
***
Bir
ovuc ot yaşılına bükdüm
səhərin alaqaranlıq açılışını
Bir
ovuc bənövşəyi atdım
üfüqün üstünə qürub vaxtı
Günəşin
ardıyca yollananda
gözlərimi yumdum...
Müqəddəs
Ata,
Sən heç
bilirsənmi, mən yaşamaqdan
nə zaman yoruldum?
Zamanın
yoxa çıxdığını anlayanda...
Anlayanda
heç nəyin var olmadığını...
Quşların
Ölmədən
əvvəl bircə dəfə də
yıxılmadığını...
Biləndə...
Səbrinə
Başımı
qoyub uyumuşdum,
Uşaq
olmuşdum yuxumda,
Göm-göy
çiçəklərin arasında yüyürmüşdüm
Sulara
doğru...
Sən
oyatdın məni,
Müqəddəs Ata, sən oyatdın
Bu
sabah
Mas-mavi
dərinliyə baxmışam, başımın
üstündə öyüm olduğunu xatırladıb -
Necə
getməyəsən,
Çətindir...
Elə
bilirsən,
Sənindir
Bütün
acıların açılıb-tökülüb,
ətrafa səpələndiyi yeganə yer...
Xeyr...
Deyir,
sən eşitməsən də
dodaqların deyir -
Get!
İndi, nə
edirsənsə et,
Amma
sonra
Məni
qınama, Müqəddəs Ata,
Sonra məni
üzmə...
Demişdim
axı...
Qanadlarıma
toxunuldumu,
Heç nə
görünmür gözümə…
***
Bir qəfəsin
Həm o
üzündən, həm bu üzündən
Günəşə uzanır əllərim
Gözlərimi
yumub işığı gözləyirəm
Bir nəğmə
səslənir divarın
çölə doğru uzanan tərəfində
Kimsə
Astadan
dua pıçıldayır...
Xırçıldayır,
Qum-qum
Daş-daş,
Dartınır
ayağımın altındakı yol
Dartınır
ünvansızlığa, bilinməzliyə
Səsimi
Canımın
köynəyindən keçirib
sonra buraxıram göyə doğru.
Uç...
Uç...
Uç...
Soruş,
Soruş
niyə belə oldu...
Dop-dolu
ağ dumandan
Ağ-ağ
çiçəklər hörülür saçlarımın üstündə
Şeh
damlası kimi bir hənir duyuram
çiyinlərimdə
Öpülmək
istəyir torpağın soyuq,
qap-qara
köksü
Bir
ağac kök salır bətnimdə...
İbadətində
gözlə bir azca - mən özüm
Göyərə-göyərə,
Dartına-dartına
Uça-uça.
Ağaca
çevriləcəyəm, sevgilim,
Doğduğum
ağaca...
***
Köynək
yaxasında,
Qol
düyməsində
Qalar
ayna yeri, qalar göz yeri
Dünyanın
ən uzaq küncündən gəlib
Çıxar
qabağına, olmaz öz yeri...
Çırpınar
Dərəyə,
dağa çırpınar
Çırpınar,
nəfəsi dayananadək
Çırpar
qapıları, səssiz bir külək
Çırpar,
Sınanadək,
Qanayanadək...
Olmaz
yad evlərin pəncərəsində
Nə özgə
həniri, nə özgə əksi.
Sıxar əllərini
köksünün üstə
Kəsilər
bətnində körpə nəfəsi...
Gedər
Baxışları
gecəyə doğru,
Gedər
qaranlığın içinə dalar
Sonra həsrət
enər,
Enər vəhy
kimi
Ən
doğma adamlar quş olub uçar
Dönər
yuvasına, səssiz ah kimi...
Hamının
gedəni çay yatağında
Hopar,
itər-batar, izi də qalmaz.
Ölüm,
su damcısı düşəntək düşər,
Torpağın
yaxını-uzağı olmaz.
***
Bu yol
bizi aparmaz uzaq qaranlıqlara
Uzaq dərinliklərin
yaralı sinəsində
Bir ağ
işıq döyünür...
Görünür
sularında çağırış göy dənizin
Çırpınır
qayalara
Çırpınır
aldadılmış, yaralanmış, yox olmuş
Qadın
kimi,
Getmə sən...
Bilirsən,
Ey müqəddəs
Səssiz
adam, bilirsən,
mən nə pıçıldayıram...
Bir ağ
çiçək qoyuram və bir ağ quş qanadı
Gecənin
əllərinə...
Çəkilib
çöllərinə
Tanrı
baxır, baxır hey...
Göylərin
sinəsindən bir təzə
söz axır
hey...
Bir
köhnə söz axır hey
Deyir
sevirəm səni...
Aç
ovcunu, aç ona...
Qaç,
Sona
yetişməyə gücün çatmasa da qaç...
Qaç,
hardasa yazılır taleyinə bir ağrı
Sərxoş
hıçqırtıların
Göy
üzündə dolaşan duası, bədduası
Səni
bir gün tutacaq....
Açılacaq
o zaman olmayan qapıların
bilinməyən yollara
Günəş
şüası boyda su səsi
- Ey...
Hardasan...
Axtarılan
adamlar quş olub uça bilməz,
ot olub bitə bilməz...
Göyərməz...
Bunu
anla...
***
Günəş
doğdu bu gecənin
qaranlığının içindən, Müqəddəs Ata...
Qaranlıq,
ağ işıq doğdu
Nə göylərin
sinəsində,
nə torpağın yaxasında
Görünməyən
heç nə qalmadı
Sehrli
dualardan sonra, Müqəddəs Ata...
Sevgi
Sevgi,
sənin əllərinə toxundumu?
Toxundumu
ən müqəddəs
duaların kəlmələrinə,
Hopdumu?
Necə
qaytardın göylərin səsini
pıçıltıya
çevirib,
Necə
bacardın bunu?..
Bəs sən
Heç
sevgidən sərxoş oldunmu?..
Olmadınsa,
etiraflarımı özümə qaytar...
Qurtar,
qurtar qəlbimi qarşında
diz çökməyimi gözləmədən...
Tanrı,
Sənəmi
daha yaxındır, mənəmi,
etiraflaramı, Müqəddəs Ata,
- Rəbbim!
Günahlarımı
bağışla - deyib
Əllərimi
sinəmə sıxıram,
sinəm çalxalanır...
Baxıram,
Baxıram
gözlərimi qaldırıb
başının üstündən
uzaqlara
Orda
Yalnız
və yalnız
Göylərin
sinəsində mas-mavi
dənizin suları
dalğalanır...
***
Adam
yaşamaq istəyir,
Sevdiyim,
Adam
yaşamaq istəyir göy üzünün
mavisi kimi dəp-dərin.
Çöl çiçəklərinin
göylüyü kimi tüm-tünd.
Adam
yaşamaq istəyir şeh damlası,
payız dumanı kimi
Bir də əllərini
uzadanda
gün işığı axtarır...
Qaranlığın
İçindəki
nəfəsi duymağa sevgi deyilir,
sevdiyim,
Bir də
yaralı adamları atıb getməməyə...
Yaşatmaq
istəyidir sevgi
İşığa
doğru, sarıya doğru, ağa doğru...
Adam
yaşamaq istəyir...
Kim
bilir harda
Kim
bilir hansı kəpənəyin qanadında
zərdir yaşam
Ən
doğma adamların ölümü,
ən yad adamların acısı
Ən uzaq
səslərin həsrəti,
Ən dərin
kədərdir yaşam
Qarışıb
qanımıza
qəlbimizin içində döyünür...
Görünür,
sevdiyim,
İnsanın
ən ölümcül istəyi
yaşamaq istəməsidir.
Adam
yaşamaq istəyir
ən ağır zərbələrdən sonra da
Çarəsiz
qalıb sinəsini yumruqlayarkən də,
Ən dərin
uçurumların dibinə
endiyini bilərkən də,
Qəzəbliykən
də,
Təkkən
də
Göz
yaşı tökərkən də...
Adam
yaşamaq istəyir, sevdiyim,
Neyləyəsən,
Adam
yaşamaq istəyir...