Hədiyyə Şəfaqətin hekayələr kitabı çap olunub

Hədiyyə Şəfaqətin hekayələr kitabı çap olunub

Şairə, yazıçı Hədiyyə Şəfaqətin yeni kitabı çap olunub.

 

Yarpaq.az xəbər verir ki, bu barədə yazıçı özü məlumat verib. "Mücrü” nəşriyyatında çapdan çıxan "Kələ-kötür və hamar” adlanan kitaba yazıçının müxtəlif vaxtlarda yazdığı altı hekayəsi daxil olunub.

 

Kitabı şəhərin kitab mağazalarından əldə etmək mümkündür.

 

Xatırladaq ki, bu, Hədiyyə Şəfaqətin ikinci kitabıdır. Bundan əvvəl "Qapı” adlı şeirlər kitabı oxuculara təqdim olunmuşdu.