![İradə Musayeva vəfat etdi](https://yarpaq.az/file/pic/xeber/2025-02/1739003402_1.jpg )
İradə Musayeva vəfat etdi
- 06.02.2025
- 0 Şərh
- 193 Baxış
Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva dünyasını dəyişib.
Bu barədə Kulis.az-a onun yaxınları məlumat verib.
Qeyd edək ki, İradə Əyyub qızı Musayeva Ağdam şəhərində anadan olub. BDU-nun filologiya fakültəsini bitirib. Xeyli sayda monoqrafiya, elmi məqalələrin və tədris metodik vəsaitlərin, proqramların müəllifidir.
O, bir müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.