
Kann kinofestivalı təxirə salındı
KİNO
- 21.03.2020
- 0 Şərh
- 3834 Baxış
Cari ilin 12 may - 23 may tarixlərində keçirilməsi nəzərdə tutulan Kann kinofestivalı Fransada yayılan koronavirus pandemiyasına görə təxirə salınıb.
Bu barədə təşkilatçıların yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, hazırda kinofestivalın iyunun sonu - iyulun əvvəlində keçirilməsi müzakirə olunur.
"Fransada və dünyadakı səhiyyə sahəsində vəziyyətin inkişafı bizə real durumu qiymətləndirməyə imkan verdikdən sonra qərarımızı bildirəcəyik. Qlobal səhiyyə böhranının bu dövründə, COVID-19 qurbanları haqqında düşünürük və bu xəstəliklə mübarizə aparan hər kəslə həmrəyik”- deyə təşkilatçıların məlumatında bildirilir.