Kənan Hacının "Hacı İsgəndər" romanı çap olunub
YENİ KİTABLAR
- 02.03.2020
- 0 Şərh
- 17655 Baxış
Yarpaq.az
xəbər verir ki, roman 1918-1920-ci illərdə Bakıda və ətraf kəndlərdə baş vermiş
hadisələrdən bəhs edir. Romanda Qafqaz İslam Ordusunun Bakıya gəlişi və şəhəri
xilas etməsi, özünümüdafiə dəstələri yaradaraq orduya kömək etmiş Hacı İsgəndərin
yenilməz xarakteri təsvir edilib.
Romanda
Ömər Faiq Nemanzadənin, Hacı Zeynalabdin Tağıyevin, Ənvər Paşanın, Nuru
Paşanın, Ruhulla Axundovun, klassik şairlərdən Məşədi Azərin, Əliağa Vahidin,
Haşım bəy Saqibin və digər tarixi şəxsiyyətlərin obrazları yaradılıb.
Kitab
Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi tərəfindən "Pergament” nəşriyyatında
çap olunub.
Redaktoru
İlhamə Hacıyevadır.