Kim Ki Duk koronavirusdan vəfat etdi

Kim Ki Duk koronavirusdan vəfat etdi

Cənubi Koreya rejissoru Kim Ki Duk vəfat edib.

Xəbərə görə, 59 yaşlı Kim Ki Duk Latviyada vəfat edib.

Rejissorun koronovirusdan öldüyü bildirilir.

Kim Ki Duk noyabrın 20-də Latviyaya gedib və dekabrın 5-dən heç kəslə əlaqə saxlamayıb. 

Onun Latviyaya ev almaq və orada yaşamaq üçün getdiyi vurğulanır.

O, Gərilmiş yay”, "Yaz, yay, payız, qış...”, "Boş ev”, "Pyeta”, "Mebius” kimi filmlərin müəllifidir. //APA