Lativiyalı rəssam Bakıda mühazirə deyəcək
Rəssam
- 01.05.2019
- 0 Şərh
- 19774 Baxış
Tanınmış latviyalı rəssam İveta Vesenane mayın 3-də Azərbaycan Rəngkarlıq Muzeyində "Müasir incəsənət zövqü. Kəhrəba sapların ehtizazı” adlı mühazirə deyəcək.
Yarpaq.az xəbər verir ki, mühazirədə xanım rəssam Latviyada tekstil sənətinin indiki durumu, son 100 il ərzində tarixi prosesləri və inkişafı haqqında danışacaq. Həmçinin rəssam dünyada məşhur Latviya tekstili üzrə tanınmış rəssamlar haqqında da məlumat verəcək. Rus dilində aparılacaq mühazirədə hər kəsin iştirak etmək imkanı var.