“Çölçü” filmi Braziliya və Hindistanda mükafat qazanıb
KİNO
- 11.12.2020
- 0 Şərh
- 7832 Baxış
Şamil Əliyevin "Çölçü” filmi "Gralha Internatıonal Monthy Fılm Awards 2020” beynəlxalq festivalında müxtəlif mükafatlara layiq görülüb.
Yarpaq.Az xəbər verir ki, ekran əsəri "Ən yaxşı bədii film”, "Ən yaxşı rejissor işi”, "Ən yaxşı operator işi”, "Ən yaxşı rəssam işi”, "Ən yaxşı geyim rəssamı” kateqoriyaları üzrə mükafat qazanıb.
Bundan əlavə "Çölçü” filmi Hindistanda keçirilən "7th Art Independent International Film Festivalı”nda da "Ən yaxşı rejissor işi” mükafatına layiq görülüb. Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə elan olunub.
Rejissorun sözlərinə görə, filmin gündəmdə olmasının səbəbi ekran əsərində qoyulan sualın aktuallığı ilə bağlıdır. Qloballaşan dünya ilə milli özgür mədəniyyət arasındakı antropoloji fəlakət filmin əsas niyyətini təşkil edir.
Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin "Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 73 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.