Masqalanan şəxslər maska alverini də - fürsət, bu fürsət bilib

Masqalanan şəxslər maska alverini də - fürsət, bu fürsət bilib

Elçin ASLANGİL

Bir belə dərdin əlindən ələm olub kimlərinsə başına çaxılmağım gəlir...

O vaxt ki, milli şüur və şüur ötəsi məsələlərdə "kosmos" dırnaqaralarımız arı kimi gül çiçəkdən bal yığsaydı nə dərdim? Ona görə "kosmos" dırnaqaralarımız deyirəm ki, "Saman Yolu"nun bir ucundan o biri ucuna puldan nərdivan düzəldə bilənlərimiz, xalqın 5-10 qəpiyinə göz dikib, gözünü doyurmağa çalışır. Bu masqalanan şəxslər maska alverini də- fürsət, bu fürsət bilib, artıq monopoliya altına alıblar. 

Ölkədə məvaciblər bir az qalxan kimi, bu ac-gözlərin də elə bil təyziqi qalxır, orası qalxır, burası qalxır və zəli kimi başlayırlar xalqın qanını içməyə. Necə etdiklərini yaxşı bilirsiniz- un oliqarxı çörəyin, tütün oliqarxı tütünün, itin oliqarxı bitin də qiymətini qaldırır. İllah ki, bunların bir yerləri qalxmalıdır, gözümüzə soxsunlar- "bax, səni heç yerimə almıram" deyə. 

Bu şüurun, bu düşüncənin bir alt qatı da var ki, məncə bu alt qatın qatığının mayasındakı suyu bulanıqdır. Yəni bu kəslər kök, toxum, Azərbaycandan deyil, bizə düşmən olan bir başqa ölkədəndirlər. 

Bizdə dövlət və dövlətçilik anlayışı varmı? Yoxdur. 

Bu yoxluğun səbəbi koronavirus xəstəliyindən də təhlükəlidir- fərdi ali gücə çevirmək, şəninə təriflər düzmək, ilahlaşdırmaq, bütləşdirmək və ən nəhayətində fərdin özünü dövlət kimi aparması fövqünə çıxarmaq... 

Bizmi etdik bunu? Əlbəttə ki biz etdik. Bax bu yerdə xalq qınanası obyektdir. Bu məsələlərdə subyektiv nağılvari problemlər axtarmaq yersizdir, əsassızdır!

İllərdir millətə milli kimlik aşılanmadığı halda fövqəladə vəziyyətlərdə xalqdan milli birlik də uma bilmərik.

Qarabağ qazilərinin ayağının üstə bərqərar olan bu dövlətin qazisi döyülmədimi?

Mübariz İbrahimovların qanı bahasına formalaşdırılan vətənpərvərlik söyülmədimi, təhqir olunmadımı?

Bu yerdə ortaya belə bir sual çıxır, kimlərdir günahkar? Güya bilmirik, güya bilmirsiniz?..

Mənim çoxyüzillik, çoxminillik, çoxyeməklik, çoxiçməklik (hamısı da halalca), çoxçörəklik, çoxgəzməklik, çoxoturmaqlıq və çoxdurmaqlıq dostum Aqşin Evrən bu gün məlum köşə yazısı ilə bəzi mətləblərə işıq tutub, işığı şalmandan keçirilməyəcək qədər...

Və mən yaxşı bilirəm dostum nə demək istəyib, amma di gəl ki, kimi bizləyəydim? Gücümüz özümüzə çatır. Bu özgəbaşlara çatmır axı?!