Məşhur britaniyalı aktrisa xərçəngdən öldü
KİNO
- 17.04.2021
- 0 Şərh
- 10298 Baxış
"Harry Potter” filmlərində Narciss Malfoy, "Anna Karenina” teleserialında baş rol ifaçısı, məşhur britaniyalı aktrisa Helen Makkrori 52 yaşında dünyasını dəyişib.
"Report” xəbər verir ki, bunu aktrisanın həyat yoldaşı, aktyor və prodüser Demien Lyus deyib.
Onun sözlərinə görə, Helen xərçəngdən müalicə alırdı. Aktrisa öz evində vəfat edib.
Qeyd edək ki, aktrisa sonuncu dəfə "Peaky Blinders” teleserialında çəkilirdi.
O, həmçinin "007: Skayfolun koordinatları”( Skyfall), "Vaxt qoruyucusu”( Hugo), "Kraliça” filmlərində çəklib.