Mirnaib Həsənoğlu Fotoqraflar Birliyinin yeni sədri seçildi

Mirnaib Həsənoğlu Fotoqraflar Birliyinin yeni sədri seçildi

Fevralın 5-də Azərbaycan Fotoqraflar Birliyinin (AFB) iclası keçirilib.

İclasda ilk olaraq birliyin keçmiş sədri Asiyat Fətullayevanın hesabatı dinlənilib. Hesabatdan sonra AFB-nin 8 nəfərdən ibarət İdarə Heyəti seçilib. Səsvermə əsasında Mirnaib Həsənoğlu İdarə Heyətinin sədri seçilib.

İclas zamanı AFB-nin tərkibində ilk dəfə olaraq 5 nəfərdən ibarət Məsləhət Şurası da yaradılıb. Eyni zamanda təşkilatın 1998-ci ildə qəbul olunmuş nizamnaməsinə bəzi dəyişikliklər edilib.

Qeyd edək ki, 1998-ci ildə yaradılan Azərbaycan Fotoqraflar Birliyinin hazırda 130 üzvü var.

Lent.Az