
Nərmin Kamal. Şeirlər
- 04.01.2020
- 0 Şərh
- 4809 Baxış
Həyət
Külək
qalxdı, hər nə tapsa barmağına dolayır
Bu həyətdə
uşaq yoxdu, elə ancaq yarpaqlardı oynayır
Yarpağın
da güclüsü, məzlumu var,
Ayaqsız
uşaq kimi burdan bura həyətə
qaça
bilməyəni var.
Bu
komada çoxdu elə yarpaqlar
Palazda
var, yorğanda var, divar kağızında var
Palaz
elə köhnədi, tarzən gəlsə iplərində tar çalar
Payız
bizim palazdakı yarpaqlara bir üfləsə qaldırar
Divar
kağızındakı yarpaqlar yaşıl idi,
Yapışqan
saraldıqca yarpaqlar da saraldı
Yorğandakı
yarpaqlara ayaq qoyma, elə bil
altı
boşdu, xəndək örtüb bir ovçu
İndi
külək insan ola, girə bizim komaya
Burdan
bir yarpaq götürə, yenə çıxa bayıra
qoşa
bizim yarpağı da oynaşan yarpaqlara, -
Deyə:
Bu uşaqla da oynayın.
Tənhalıq
İşıqlar
söndü, kino kəsildi
yox
oldu danışan gülən adamlar,
o
adamlar ki, indi burdaydılar,
burda
Çıxdım
qaranlığa əlimdə fənər
sanki gəmi
batıb mən sağ qalmışam
gördüm
səmada çoxlu gəmi,
sayrışırlar
uzaqda,
uzaqda
Vurnuxdum,
vurnuxdum zülmət içində
kim görər
bu zəif, solğun fənəri
hansı gəmi
gələr götürər məni
nə vaxt
çatar,
çatar
İnək şəkli
Restorandan
çıxan şən adamlar
qarnı
tox, ağzı qəhvəli adamlar
muncuq
kimi şəhərə dağıldılar
addım-addım,
maşın-maşın çəkildi adamlar
İnəyi
özləriylə apardılar.
İnək
dartılıb ayrıldı özündən, bulud kimi seyrəldi
indi
yığsa, yığsa, bir uşaq yığar onu yalnız
Qarından
qarına xətlər çəkər,
İnəyi
tamamlar və rənglər.
Ana və
bala
Gərək
çıxmayım qarşına olduğum kimi
sənçün
də bəzənəm, ana,
çox da
ki anamsan, bilirsən məni,
bilirsən
harda mən bitirəm, harda başlayır bəzək.
Gərək
çıxmayam qarşına olduğum kimi
sənçün
də bəzənəm, ana,
gözəl
yaratdığın bilməyə
ehtiyac
duyur hər rəssam, hər ana.
Deyirsən
axşam
bir cüt
araq şüşəsi tapmısan
elə gözəlmişlər,
elə bəzəkli
əvvəl
qucağında evə aparmış
səhərsə
tapdığın yerə atmısan
Deyirsən
qorxmusan əcəlin gələr
əcəlin
ardınca polislər gələr
görərlər
evində o şüşələri,
götürüb
yazarlar: İçirmiş qarı.
Yazarlar,
yazarlar, onlara nə var.
Qorxmusan
qızın da buna inanar,
bilməz
ki, küçədə getdiyin yerdə
sən
aşiq olmusan o gözəlliyə
bilməz
diz çökmüsən o gözəlliyə
qəlbində,
evində əziz dost kimi
bir az
yer vermisən o gözəlliyə...
İnanar
polisə və bilməz qızın.
İnanmazdım,
ana.
Bilirəm
eşq nədir, gözəllik nədir,
durduğun
yerdə işə düşmək nədir,
əyilmək
nədir,
qoynuna
almaq nədir,
alıb
aparmaq nədir...
sonra
ayılmaq nədir,
ayılıb
utanmaq nədir,
utanıb
atmaq nədir,
ayrılmaq
nədir,
ayrılıb
qaçmaq nədir,
qaçıb
unutmaq nədir...
gərək sənçün
də bəzənəm
araq
şüşəsi tək gözəl olam, ana.
Xalça
muzeyində gəzən yabançı
Nə qədər
naxış var bu xalçalarda
Bəs qəlbimə
yatanı niyə yoxdur?
Əllər,
gözlər, ömürlər var burada,
Ömür
varsa, iztirab niyə yoxdur?
*
Ölməyibmi,
itməyibmi bir kəsi
Atası,
anası, uşağı, əri
Al,
yaşıl, göymü yaşayıb hər biri?
Qəm
xalçası toxuyan niyə yoxdur?
*
Bu öküz
buynuzu – güc, qüvvət rəmzi,
Bu çay
motividi – hə, bahar gəlib
Bu da
butalardı – həyat toxumu
Öz gün
güzəranı niyə yoxdur?
*
Bir
xalça var burda, xəritə kimi
Bu kənddi,
bu meşə, bu da tikanlıq
Getsəm
bu ünvanla taparam kəndi
Özünü
tapmağa bir güman yoxdur
*
Bağçada
nə görüb, köçürüb onlar
Səmada
nə görüb köçürüb onlar
Yeddibaş
əjdaha toxuyub onlar
Bəs qəlbindəkilər
niyə yoxdur?
*
Bu vaxt
ötüb keçən bir yerlinin səsi turistin qulağına dəyir:
Bizdə də
var idi bir belə xalça:
Dimdik-dimdiyə
quşlar, ətraf yonca,
Atamla
anam onun üstə yaşar
Bəs niyə
hey dalaşar, dalaşardı?
*
Toxumağı
hörümçəkdən öyrənib
Balıq
toru, həsir ilə başlayıb
Axırda
Lenini hörüb, maşallah,
Bəs öz
dərdi səri niyə yoxdur?
*
Əcəb
ağıllıymış bu toxucular
Biri də
çeşnidən kənar çıxmayıb.
Hörüb
Hafizi də, Nizamini də
Bəs öz
ömrü-günü niyə yoxdur?
*
Aha!
Deyəsən
tapmışam bir dəlisini
Xalçası
həyat kimi, həyat kimi:
Bir-birindən
üz çevirmiş iki quş!
Sevirmiş
- bunun özgə adı yoxdur.