"Nəsimi nədən ənəlhəq dedi" kitabı çap olunub
- 17.05.2020
- 0 Şərh
- 20047 Baxış
Yarpaq.az xəbər verir ki, kitab filologiya elmləri doktoru Rəhim Əliyevin Nəsimiyə və hürufiliyə həsr olunmuş üçüncü monoqrafiyasıdır. Burada nəsimişünaslıqda ilk dəfə olaraq Nəsiminin öz müəllimi Fəzlüllahın ölümündən sonra yaşadığı sarsıntılar və bunların onun dini görüşlərində yaratdığı dəyişikliklər araşdırılır. Hürufi icmasında allah sayılan Fəzlüllahın qətli hərəkatda dərin çaşqınlıq və parçalanma yaratmışdı. Şair öz müəlliminin yoxluğu şəraitində hərəkatın necə davam edib yaşaması haqda yollar və ehkamlar təklif etdi. Lakin bunları hürufi hərəkatı özü də tam qəbul etmədi. Mənəvi təklənmə şairin bütün dini ehkam sırasına, bütün nüfuzlara polemik münasibəti və bəzən inkarı ilə nəticələndi. Məşhur bəyan şerləri belə yarandı. Heç bir çərçivəyə sığmayan məğrur şairi ədalətsiz fitva və qətllə susdurdular.
Mütərcim nəşriyyatında 200 tirajla çap edilmiş kitabın redaktoru filologiya elmləri namizədi İbrahim Quliyevdir.