Orxan Saffari. Qırxayaq (Hekayə 18+)

Orxan Saffari. Qırxayaq (Hekayə 18+)

Evə girən kimi özümü birbaşa tualetə soxdum. Sidik kisəm o qədər dolmuşdu ki, çöldə qar olsa, üstündə adımı yazar, hələ sonda üç nöqtə də qoyardım. Ümumiyyətlə, özümü tutub saxlayandan sonra tualetdəki prosesdən həmişə zövq almışam. Elə xoşuma gəlir, elə xoşuma gəlir, elə bil, orqazm oluram. İstər işəyəndə, istərsə də sıçanda. Bu dəfə birinci işədim. Sonra gördüm, yox, bu, "ağır söhbətdi". 

Şalvarı aşağı çəkmişdim ki, divarın dibində qırxayağa oxşayan, özünü tez-tez buralarda görsəm də, adını bilmədiyim böcəyi gördüm. Mətin addımlarla unitaza tərəf gəlirdi. Elə bil, belə də olmalıdır. Özünü harda hiss edirsən, böcək? Bura mənim "terotoriyamdı". Nəsə, gic beynimə verdi, izlədim bir az. Bu da gəldi, "Atafa"nın başına dönüb unitaza tərəf gəldi. Sənöl, elə bil "kruq" dönür. 

Belədəki, keçmə namərd tualetindən,
qoy yesin qurd-quş səni! 

Tez işəməyimdən üstünə cızqırdıb necə çabalamasına baxdım. Qurtulmağa çalışırdı. Yəqin, elə bilib, sunami oldu. Nolub, alə?! Bir damcıdı da. Sanki böcək də mal soxub, "peredoz" getmişdi. O ki, peredoz gedəndə ağzın köpüklənir ha, bax, o cür çabalayırdı. Onun çabalamasına baxmaqdan açığı, həzz aldım. Axrıncı dəfə isə bu həzzi uşaqkən qarışqaları əzəndə yaşamışdım.
Sonra da divarın diblərinə baxdım ki, görüm, başqa başına işəməli nə böcək var. Olsa, onları da bir qaşıq işəməyimdə boğacaqdım. Həm də, adamın ağlına əlli fikir gəlir. Təhlükənin olmadığından yəqinləşib oturdum. 

Neyləməli? Təbii ki, siqaret yandırmalı. Bunun kayfından isə danışmayacam, gərək yaşayasan. 

*
Bu gün səhər eşitmişdim ki, uşaqlıq sevgilim bir narkomanla evlənib. Bundan daha da pis xəbər sevgilimin özünün də narkoman olmağı idi. Lap da pis xəbər isə bunu mənə deyən köhnə tanışımın özü də narkoman olacaqdı. Necə deyərlər, dərd də gələndə batmanla gəlir. 

Zalım oğlu, zırlanıb kayfa qulluq eləməkdən birtəhər olmuşdu. Az qala çiyinləri bir-birinə dəysin. O ki, nəyşədən kayf almırsan ha, bax, onda yolun və qolun ucuna iynə gəlir. 

Bunu mənə köhnənin mal soxanı demişdi;

"Qərdeş, gördin ki, neyşədən kayf ala bilmirsən aaa, ba malın dəmi onda gəlür. Uzağ durginən bu zehrimardan. Mən sə çox istiyib deyirəm, mamanın canıyçın"

Bəs, camaat deyəndəki narkomaniya bəladır, narkomaniya həyatı məhv edir, inanmırdılar. Bude, bu da sübutu. 
Həyat olmasa da, mənim xatirəmi məhv elədi..

Nə günə düşdün, ay Fəridə? Niyə belə oldun, qara qız?- tualetdə öz-özümə deyinirdim. 

Özü də, tərs kimi ağlıma ən yaxşı fikirlər də tualetdə gəlir. Nə qədər şeir, nə qədər hekayəni də tualetdə yazmışam..

*
Həəə. Onu deyirdim, axı. Uşaqlıq sevgim Fəridə. Əslində, sevgi demək olmazdı buna. Mən sizə  danışıram 15 yaşımdan. İkimiz də eyni ərazidə qalırdıq. Bir dəfə bu qız demişdi ki, məni heç kim sevmir. Kim məni sevsə, mən də onu sevəcəm. Fürsəti əldən vermədim. Tez sevdim onu. Gətirib mənə bir parça vermişdi. Üstünə də özü iynə-sapla "O+F=LOVE" yazmışdı. Bax, bu cür uşaqca hisslər idi. Bəs, hara getdi o saf qız? Dee, indi özü iynə soxur.. 

Bilirəm, gülməlidi, amma belə idi, vallah. Uşaq idik də. Mən bu xatirəyə sevgi adını hələ indi qoymuşam. O vaxt başqa idi. Bu sevgi mənim qədeşlik eləmək istəyimin təzə-təzə pöhrələnən vaxtlarına təsadüf eləmişdi. Arzularımdan biri də cinayətlə zona düşüb, çıxanda da taclanmaq idi.

*
Yadıma düşür, Fəridə ilə siqaret alar, evdən çox uzağa gedib gizlincə sümürərdik. Pulumuz olmayanda da, o, atasının sarı, uzun " Davidoffundan", mən də "kent"indən oğurlayırdım. Nəsə, bunu yazanda da o siqaretlərin tamı gəldi ağzıma. 

Hələ onunla yekə bir tikintinin həyətində oğurluğa da getmişik.  "Yapon əzgilləri" ni oğurlayıb, yeşiyini 5-3 manata satar, siqaret pulu düzəldirdik. Sonradan Fəridə ilə aramız dəydi. Allah qoymasa ayrıldıq. O da mənim acığıma başqaları ilə sevgili oldu. Beləcə, "adı-sanı" hər yerə yayıldı. Məhlədə də onunla öpüşməyən qalmadı. İndi nədi? Hər fahişənin arxasında bir kişi dayanır və o kişi mənəm? Xuy! 

Sonuncu dəfə onu görəndə isə yay idi. Danışıb, yenə siqaret çəkməyə getdik. Öpüşdük də. 

Hasarlanmış boşluq bir ərazi idi. Yarımtikilinin arxasına keçib minet elətdirdim. O gündən sonra bir də onunla öpüşmədim...Sonra.. sonra bu sevginin də, onun da başını birdəfəlik buraxdım. Ara-sıra xəbəri gəlirdi ki, filankəs Fəridəni apardı, filankəslə öpüşür. Özü-özünü açıb.. Atası oğlanla tutub qabırğasını qırıb, evdən qaçıb.. daha nələr, nələr.

Vallah, o vaxt oğlanlar onun qədər rahat deyildi. Ailə də vecinə deyildi, onçun. Kefinə, beyninə nə düşdü eləyirdi. Dostlardan da kimsə onunla öpüşdüyünü deyəndə, yadıma minet eləməyi düşürdü, istəyirdim,  "tay gəl şeyimi də öp" uğursuz zarafatını edim. 

*
-Brat, eşitdin də, Fəridə Heydərlə evləndi..

-Yaxşı da. Necə oldu, ala? O qədər yəni?

-A, hə e, soxur. Uşaqlar kanal tapmayanda onnan mal götürür. Bariqa olub gedib..hihihihi.

-Oy blət! Gülmə e, ala, sənöl kədərlidi.

-Yaxşı görəy, öz ağılsızlığıdı, özü bilər. Bizə də danışmaq qalır. Nəyinə kədərlənirsən, sən canın?

-Sən məni başa düşməzsən, əşi. 

-Brat, deyəsən, sevirsən, axı.. noldu, qardaşım, damar tutdu? Hihihi.

-Rəddol, ala- səhərki bu dialoq yadımdan çıxmırdı. Qapının üstünə yandıranla adımı yazır, onu düşünürdüm. Bir də gördüm ki, özümdən asılı olmayaraq "O+F=LOVE" yazdım.

Gic-gic aftafaya da baxıb onu fikirləşirdim. İçinə pox olmuş qarın da dayanmır ha. Amma açığı, bir az da özüm meyilliyəm. 20 dəqiqədən tez çıxanda, narahat oluram. Elə bilirəm, günüm getməyib. Onları da düşünürdüm, axı. Görəsən, həyatları necə gedir? Bir-birilərinin qolunu sıxır, malı bişirir soxurlar, sonra da sevişirlər? Malları qurtaran da bəs? Nə edirlər, necə edirlər. Pul da yoxdu, axı. Görəsən, əri nə vaxtsa Fəridəni mal üçün fahişəlik eləməyə məcbur edər? Narkomandır da, ala, edər. Ona nə var? Anasının əmcəyini də kəsər. Sonra onları mallı düşündüm. Tutaq ki, Fəridə peredoz gedir, ağzı köpüklənir. İndi düzdü, təcrübə var, ayıldacaq, amma yenə baxma da. Nə bilim, bilmirəm. Nə düşünüm, nə deyim?

Bu hallı xatirə beynimdə duman yaradıb. Kayfa düşə bilmirəm, bunun adı "çorta getməkdir"

*
Bəlkə də onu görməsəm heç nə olmamış kimi qarşılayardım. Gördüm deyə, elə bil, kürəyimə iynə sancdılar. Tanışım bu xəbəri verəndən bir neçə saat sonra özünü də yolda görmüşdüm. Blət, zırransam, lomkaya düşsəm belə olmazdı. Getdiyim yerdə bir də görəm ki, qabağımdadır.. 3-5 saniyəlik az qala yol da ayağımın altından qaçdı. Məndəmi nəşələnmişdim, ya nə?

"Blət xamuxa! Yobana vrot!
Nə günə qalıb"-içimdə dedim. Məni görmədi. Heç görməyini də istəmədim. Amma izlədim bir az. Həm də, yolumuz eyni idi. O, qorxaq qara qız siqaret çəkə-çəkə məhlənin ortasıyla necə gedirdi, ilahi? Dünya aləm olmayan qozuna da deyildi. Belə də heç olmaz da. Narkomanın qozuna olan nə var ki?!

Amma sevməmişəm deyə, elə siz deyəndə cırıb dağıtmadı məni. Sevsəm, dəli olardım. Qaçıb qollarından öpərdim. Biləyinin kəsiyindən öpərdim. Dodağından? Sən öl öpərdim...Dirənən yeri damarına özüm düşərdim, özüm sıxardım. Nə bilim, ala, nəsə edərdim də.

Bəs, indi nə etməli? Belədəki, guya nə edə bilərəm? İndi bunun əri boyun yerə soxdugum da..nə bilim e. Bir vaxt cayıl uşaqlardan idi o da. Onun da başını iynə apardı. Baxma da, üzbəüz gəlirik. Tanışlıq var, münasibət var. Evə gələndə dostuma demişdim ki, ala, birdən bunlar ikisi qabağıma hallı çıxar, qızdı da, hallı vəziyyətdə aramızda olanlar yadına düşər. Görən, nə olar? Yəni, narkomanın içində sevgi zad qalar ki? Məni görüb pis olar? Onu belə gördüyümə pis olar? 

Dostum unikal cavab verdi;

-brat, heç qırağına da bir şey olası deyil. Birinci dəfədir narkoman görürsən? İndi bu xiyarlar bir yerdə mallanıb, qərara gəliblər evlənsinlər də. İkisini də bir yerdə tutub aparacaqlar axırda..

*
Tualetdə oturmaqdan bezdim. Daha doğrusu, onu düşünməkdən. Çıxım, bir az başım qarışsın. Bura da türmə kimidi. Düşünməkdən başqa məşğuliyyətin olmur. 

Aftafanı doldurdum. Yuyunub ayağa qalxdım. Şalvarımı çəkib çıxırdım ki, bayaq üstünə işədiyim böcəyi gördüm. Hələ də çabalayırdı. Sən öl, elə bil, böcək də mal soxub peredoz gedirdi...