“Oskar” mükafatçısı məşhur rejissor vəfat edib

“Oskar” mükafatçısı məşhur rejissor vəfat edib

Çexiyalı rejissor İrji Mentsel 83 yaşında dünyasını dəyişib.

Bunu rejissorun həyat yoldaşı Olqa Mentselova bildirib. 

Onun sözlərinə görə, kinematoqraf şənbə günü ailəsinin yanında vəfat edib.

Nəşrin məlumatına görə, İ.Mentsel hələ 2017-ci ilin noyabrında xəstəxanaya yerləşdirilib. Buna səbəb onda aşkarlanan meninqokokkal infeksiya olub. O, ağır beyin əməliyyatı keçirib və bir müddət süni komada qalıb. Rejissorun reabilitasiyası, demək olar, 1 il çəkib. İ.Mentsel xəstəxanadan buraxılandan sonra əlil arabasında hərəkət edib.

Qeyd edək ki, İrji Mentselin "Qatarlar ciddi müşahidə altındadır” filmi 1968-ci ildə xarici dildə çəkilmiş ən yaxşı film olaraq "Oskar” mükafatına layiq görülüb. / Report