
Pablo Neruda. Federiko Qarsiya Lorka üçün ağı (Şeir)
- 02.02.2020
- 0 Şərh
- 3136 Baxış
Tənha
bir evdə qorxular içində
ağlamağı
bacarsaydım,
gözlərimi
çıxarıb yeyə bilsəydim...
Sənin səsin
naminə edərdim bunları,
səsin
yaslı portağal ağacı;
sənin
şeirin naminə edərdim bunları;
hayqırtıyla
fışqıran şeirin üçün.
Bir
bax,
mavi rəngə
boyayırlar xəstəxanaları
sənin
üçün,
sahildəki
kənar məhəllələr
və məktəblər
sənin üçün böyüyür, abadlaşır,
tük
salırlar yaralı mələklər;
toy
balıqları,
dəniz
şabalıdları...
Göyə
uçur
Qara
tülləriylə dərzi dükanları,
qaşıq-qaşıq
qanla dolur
sənin
üçün.
Və
ulduzlar canlarına qıyırlar,
öpüşə-öpüşə
bəmbəyaz
geyinirlər.
Bir
şaftalı ağacı
tülə
bürünüb quş kimi səkirkən,
sən bir
düyü gülüşüylə gülərkən
nəğmələr
ötəndə,
nəbzin
ritmini itirəndə,
dişlərin,
qırtlağın,
barmaqların
bir-birinə
qarışanda
necə də
şirin idin sən,
mən
onda məhv olurdum,
məhv
olurdum mən.
Məzarlıqlar
üçün
gecə səsi
qısılmış zənglər arasından
nəhr
kimi keçən;
nəhrlər
sanki yaralı əsgər koğuşuydu -
içi
adamla dolu.
Yaxınlaşan,
üstünə
şığıyan nəhrlər vardı.
Gecə
ağlaya-ağlaya
boğulmuş
çarmıxların keçişini seyr edərkən sən,
məhv
olurdum mən,
səni
görə bilmirdim.
Bir
bax,
ölüm nəhrinin
önündə
pərişan
halda ağlayırsan sən.
Dumanı,
kölgəni, unutmağı
qara
bir qıfla axıda bilsəydim
qatarların,
gəmilərin üstünə,
gecənin
sirrini açardım sənə,
sümüklərinə
sarılan sarmaşıqdan
qoruyardım
səni,
kifli
soğan qoxusu gələn
şəhərlərdə
gözləyirlər yolunu,
boğuq
bir səslə
nəğmə
söyləyərək
keçəsən
deyə,
yaşıl
qaranquşlar saçlarında yuva qururlar,
dilsiz
nütfə qayıqları
arxanca
üzürlər,
sümüklü
böcəklər,
yelkənli
gəmilər,
albalıqlar
da sənə tərəf çevirir
solğun
üzünü,
qanlı
ağzın,
on beş
gözlü başın görününcə.
Şəhərin
otellərindən
yığa
bilsəydim zəngli saatları,
əzik
dodaqlarıyla yaz ayı
evinə
necə dönəcəyini
görə
bilsəydim,
yığın-yığın
insanların
məlul-məhzun
təntənələriylə
məzarçıların,
süvarilərin,
qanlı xəritələrin,
planetlərin
evlərinə
necə döndüyünü görə bilsəydim...
Uzun
bıçaqlarla
dəlik-deşik
olmuş
Məryəm
ana təsvirlərini
sürüyə-sürüyə
aparan maskalıları,
damarların,
köklərin,
xəstəxanaların,
qarışqaların,
su pərilərinin
evinə
necə gəldiklərini görmək üçün
edərdim
bunları...
İçinə
qapanmış atlının
hörümçəklər
arasında öldüyü bir yataq...
Tikanlar
içində bir gülün,
sarıya
çalan bir gəminin
küləkli
bir gündə
bir
körpənin evinə necə girdiklərini
görmək
üçün edərdim bunları...
Mən,
Olivero, Norah,
Viskente
Alexandro, Delia,
Maruka,
Malya, Marina,
Maria
Luisa, Larko La Rubia,
Rafael
Uqarte, Kotapos,
Rafael
Alberti, Karlos,
Manolo
Altobaquirre, Bebe,
Molinari,
Rosabes, Konka Mendez
və
unutduqlarım -
evinə
necə gələcəyimizi
görmək
üçün edərdim bunları...
Gəl ki,
başına tac qoyaq,
gəl,
sağlamların ən sağlamı,
gəl, kəpənək
taxmış centlemen.
Sən
eeey,
sonsuz,
azad,
qara
bir şimşək kimi parlayan insan,
madam
ki, qayalıqlarda
gecəyədək
qalmaq mümkünsüz,
onda öz
aramızda danışaq,
gəl, həmişə
birlikdə olduğumuz kimi
bu dəfə
də birlikdə olaq.
Bir
qanlı xəncərin bağrımıza sancıldığından
bəhs
etmirsə, nəyə lazım bu şeirlər?
İnsanın
ölümə hazırlandığı
bu
viran künc üçün deyilsə,
nəyə
yarar bu söz oyunu?!
Qiyamət
günüymüş kimi
ulduzlar
qəfildən səpilmiş irmağa
kasıb-kusubla
dolu evlərin
pəncərələrindən...
onların
evlərində
bir ölən
var,
bəlkə də
büroda, hansısa bir xəstəxanada
kimlərsə
işlərindən oldular,
yaralarından
qan damır,
acılar
çəkirlər
bu məxluqlar,
hər
yanda vay-şivən,
pəncərələr
göz yaşıyla dolu,
eşiklər
aşınmış göz yaşlarından.
Ulduzlardır
axan
Ucsuz-bucaqsız
nəhrdə.
Federiko,
dünyanı görürsən,
yolları
görürsən
daşlardan,
relslərdən savayı
kimsənin
qalmadığı bir küncdən,
əlvidaları
görürsən
stansiyalardan...
Hər
yerdə problemlər içində boğulan
Çeşid-çeşid
insanlar var;
övkəlisi,
ümidsizi var,
yoxsulu
var,
onun-bunun
çiynində
keçinmək
sevdasıyla
Harami
var.
Həyat
budur, Federiko,
ey qoca
igid,
ey qara
sevdalı adam,
bu da sənə
bir vəfa borcum.
Sən də
çox şeyləri bilirsən indidən.
Yavaş-yavaş
çox şeylər öyrənəcəksən...
Tərcümə
etdi: Kənan HACI