Parisdə fransız fotoqrafın Bakıda çəkdiyi şəkillər nümayiş etdirilir (FOTO)
Foto, Fotoqraf
- 07.09.2020
- 0 Şərh
- 6641 Baxış
Fransanın paytaxtı Parisdə keçirilən sərgidə fransalı yazıçı-fotoqraf, rejissor Qiyom de Sardın (Guillaume de Sardes-red) Bakıda çəkdiyi şəkilləri nümayiş olunur.
"Şərqə, sevgi dolu və metafizik bir gəzinti” adlı yeni fotosərgidə Bakıya həsr edilmiş fotoları yer alıb.
O, qeyd edib ki, 2016-cı ildə Azərbaycanda olan sərgidəki fotolarının təqdimatında Bakıya gələrkən şəhərin yalnız "İpək Yolu” üzərində yerləşən qədim şəhər olduğu fikrində idisə, səfərindən sonra Azərbaycanın paytaxtının eyni zamanda Avropanın ən modern şəhərlərindən də müasir olduğu fikrinə gəlib.
Qiyom de Sardın fotoların təqdimatında Azərbaycandakı dini tolerantlığı xüsusilə yüksək qiymətləndirdiyini qeyd edib.
Qeyd edək ki, 20-dən çox kitabın müəllifi olan Qiyom de Sard Fransanın bir sıra nüfuzlu mükafatlarına layiq görülüb.
Sərgi 31 oktyabradək davam edəcək. / Report