
Qoderzi Çoxeli. Yaddaş çayı (hekayə)
- 26.12.2019
- 0 Şərh
- 3061 Baxış
Ən əvvəl
onu kəndin uşaqları gördülər. O, bir əlindəki çəliyə söykənə-söykə-nə, o biri əlindəsə
meyvə tinkləri tutub gəlirdi. Ayağının biri dizdən aşağı kəsilmişdi, onu taxta
ayaq əvəz eləyirdi. Uşaqları görəndə, əl eləyib, yanına ça-ğırdı:
- Ay
cocuqlar, bura gəlin görüm!
Uşaqlar
yaxınlaşdılar:
- Sizin
kəndinizdə meyvə tingləri istəyən olmazmı?
- Hansı
meyvənindi!
- Armud
tingləri var, elə bir növüdü ki, ağzındaca əriyir, di, tez olun, istəyən varsa,
burdayam, – deyib, kişi ordaca daşınüstündə oturdu. Xəbər eləmək üçün uşaqları
hərəsi bir tərəfə qaçdı.
Kişi isə
oturub, sellofana bükülmüş armud tinglərini bir-bir açır, onları qadınlar ilk
övladlarını soyuqdəymədən qoruyan sayaq elə sığallayırdı ki… Hamısını bir-bir
yerə sərdiyi cındırın üstünə düzüb, sanki öyüd verirmiş kimi danışırdı:
- Di,
özün bilərsən, məni utandırma, artıq böyüyübsən, özünü əsl kişi kimi aparmalısan.
Düzdü, buralarda qış soyuq keçir, amma heç nə olmaz, öyrəşib, daha çətinlik çəkməzsiniz.
Əvəzindəsə buranın torpağı qüvvətlidi. Səni yerə basdıranda, birdən çox su içmə
ha!
- Sənin
canın isə bir az zəifdi. Taki bərkiməmiş heç vaxt çox məhsul vermə.
- Hə, sən
nətərisən, ay dəcəl, məni buranın camaatının içində utandırma ha, eşidirsənmi?
Özün bilirsən, bu dağ camaatı birtəhər olurlar.
- Sən
niyə bükülübsən, olmaya qorxursan, hay? Heç fikir çəkmə, özüm tez-tez gəlib,
yoxlayacağam, yoxsa onlarınümidinə ha qoymayacağam. Payızda hamınız çalışın ki,
yarpaqlarınızı tez tökəsiniz, yoxsa bura elə qar yağır ki…
Yarpaqlarınıza
yağdımı, allah göstərməsin!
- Bıy,
bir buna bax, yoxsa qurumağa indidən başlayıbsan, di tez ol, kökünü aç, görüm!
Bax belə, belə yaxşı deyilmi, ay sağ olmuş, hay? Qoçaq ol, yox-sa…
- Sən də
bəri başdan küsməyin başını burax, yaxın gəl. Hələ sənə belə bu-daqlar lazım
deyil. Burda yatan ayılar olur.
Çalış,
qol-budaq atanacan bo-yunu uzat, sonra yoğunla. Onda nə ayı güc gələcək sənə, nə
də maral.
Tingçinin
başı söhbətə elə qarışmışdı ki, bu qədər camaatın yanına nə vaxt yığıldığından
xəbəri olmadı.
- Bu
armud hansı növdü? – soruşub, Piduanın arvadı elinə bir ting götürdü.
-
Gülabdı, elə şirindi ki…
- Neçəyə
deyirsən?
- Eeh,
neçə istəyirsiniz, verin, mən alverçi ha deyiləm, elə-belə istəyirəm, mənim
ağaclarım Gürcüstanın hər yerində, hər küncündə çiçəkləyib, bar versin, bunu əhd
eləmişəm.
- Bir
ağaca bir götürüm yun verirəm, razısanmı?
-
Razıyam, siz deyən olsun, amma bircə şərtlə, bu ağacları mən özüm basdı-racam.
Öz övladlarım kimi böyütmüşəm, nə bilim, necə basdıracaqsınız. Əgər sizə əziyyət
verməsəm, bir-iki həftə qalıb, bu armudlara özüm baxardım. Bunlar özgə yerə
yavaş-yavaş öyrəşməlidilər, yoxsa qəribsəyərlər. Hələ mən insan ola-ola bu yerlərə
zorla öyrəşirəm, o halda da ağaclar ola. Düz demirəm, hə?!
Kim nə
qədər istədi o qədər ağac apardı. Tikinçini də aparıb, qonaq elədilər, tanış
oldular:
- Mənim
adım əslində, Kotiladı, amma Martua * çağırtdırıram, elə bütün ömrü boyu tək
olduğumdan, Martua xoşuma gəlir, bu ada öyrəşmişəm.
-
Arvad-uşağın var?
- Var
idi, amma… – deyib Martua susdu.
Daha
özü haqda nə bir söz dedi, nə də onlar soruşdular.
***
O biri
gün Martua balaca çalalar qazıb, tingləri böyük ehtiyatla basdırdı. Basdıranda,
hamısına nəsə pıçıldayırdı: "Di, sən bilirsən, məni utandırma, başdan çox su
içmə, dəcəllik etmə, hirslənmə” və s. kimi sözlərlə nəsihət elə-yirdi.
- Eh,
bunlara elə öyrəşmişəm! Öyüd-nəsihət verməsəm, olmur, özlərinin ağlı çatışmır,
ha!
Kişinin
taxta ayağı əyilməyinə mane olduğundan, tingləri uzanıb basdırırdı, bütün sinəsi
torpaqla dolmuşdu. Qalxmağa da çətinlik çəkirdi. Armudların hamısını basdırıb,
qurtarandan sonra bir dəfə yenə hərlənib, hamısına tap-şırdı:
Birinci
gecə Biduagildə ikinci gün isə Ladogildə qaldı.
Səhər
hamını Berinin arvadının qorxulu səsi yuxudan qaldırdı:
- Daş!
Daş! Yekə daş! Evdən böyük daş! – o, qışqırırdı.
-
Hardadı, harda?!
- Kəndin
başında, kolda!
- Təzəmi
görürsən nədi, o daşı, nə vaxtdı ordadı, – deyib Beri arvadına tərs-tərs baxdı.
- Necə
görməmişəm, amma indi ayrı haldadı, allah saxlasın.
- Necə
yəni ayrı haldadı?
-
Torpaqdan yuxarı qalxıb, bir az da qalxdımı, yumalanıb, bütün kəndi da-ğıdacaq.
- Nə
danışırsan, ay arvad, heç özün də bilmirsən, yuxu-zadmı görübsən yox-sa? O daşı
nə tərpədə bilər. Yarıyacan torpaqdadı, yuxarı necə çıxar? Bəyəm, insan-zaddı?
-
İnanmırsınızsa, gedək, öz gözünüzlə görün, – deyib, Berinin arvadı qabağa
düşdü, camaatı kəndin başına tərəf apardı.
Tingçi
də onlarla getdi.
Camaat
daşı görcək dəhşətə gəldi. Nəhəng daş doğrudan da, torpağın üstünə çıxmışdı, hər
an kəndə sarı yumarlana bilərdi.
- Pah səni,
yumarlandımı, birinci mənim evimi yıxacaq, – Beri qorxdu.
- Sonra
mənimkini, – Ladonun səsi titrədi.
- Sonra
mənimkini.
- Sonra
da mənimkini, – rəngi qaçmış kəndlilər sızıldayırdılar.
- Bu
yekəlikdə daşa gücümüz çatan deyil, – deyib, qorxudan elə əsməyə başladılar ki,
sanki daş artıq yumarlandı, hamısının evini uçurdu, ya da elə bil, dəli Araqvi
aşıb-daşıb, kəndin evlərini aparıb, onlar evsiz-eşiksiz qalıblar. İndi
Araqvi
daha da daşmalıydı, ev sahiblərini də aparmalıydı, bunlar da bu bədbəxtlikdən
qaçmalıydılar, amma qaçmağa yer yoxuydu, oturub, olacağı gözləyirdilər. Daş isə
elə yekəydi ki, yuvarlansa, qabağında heç şey du-ra bilməz.
-
Yaxşı, əgər dibini dərindən qazsaq, yenə də yumarlanar? – Beri rəyini dedi:
- Altı
qayadı, necə qazılar. O da olmasa, başından kim keçib, kim daşın altı-na girib,
torpağı qazar. Bir dəfə yelləndimi hamımızı xurd-xəşil eləyər.
- Mənim
ağlıma elə şey gəldi ki, sizi mütləq qurtaracam, bu daşı başınızdan eləyəcəm. –
Tingçi Martua dilləndi.
- Necə?
- Bu
daş tərpənənəcən onu hissə-hissə qırıb, yox eləcəyəm.
***
Martuanın
zülümü həmin gündən başladı. Daş o, hesab elədiyi kimi, asan-lıqla qırılmırdı.
Birinci gün lap balaca hissəsini qıra bildi.
-
Qoysana, biz də kömək eləyək, – Beriylə başqa kişilər xahiş elədilər, amma
tingçi yaxın qoymadı:
- Yox,
lazım deyil, çox olsaq, daş tərpənə bilər. Mənsə yavaş-yavaş işləyib, qıracam,
– dedi.
Səhərdən
axşamacan işləyirdi, əllərindən qan süzülürdü, amma yenə də qırır-dı. Bir həftənin
içində elə əldən düşdü ki, rəngi-rufu qaçdı. Daşdan isə əl çək-mirdi, qırıb,
hissələri yavaşca yerə qoyurdu. Gecələr isə özü basdırdığı ağac-lara bir-bir
baş çəkib, pıçıldayırdı:
- Siz
heç qorxub-eləməyin, o daşı qırıb, başınızdan eləməmiş burdan gedən deyiləm.
Düzdü, bu iş çətindi, amma nə eləyim, sizi geri istəyib, çıxartmaya-cam ki,
ayıbdı, camaat nə deyər. Heç bir qırıq da qəm çəkməyin, mən elə oğlanam?
Daşla
tingçi sanki möhkəmlikdə, dözümlülükdə yarışırdılar. Daş tabe olmaq istəmirdi,
tingçi vurduqca elə bil, daha da bərkiyirdi.
Tinglər
yavaş-yavaş tumurcuqlandılar.
Yaz öz
gücünü bildirirdi.
Araqvi
aşıb-daşdı, bulandı, səsləndi.
***
Bir gün
kəndə qəribə adamlar gəldilər, bəzəkli paltar geyinmişdilər, rəngləri də qara
idi, gürcü dilini sındıra-sındıra danışırdılar.
Onların
gəlməyindən tingçinin xəbəri olmadı, çünki meşə təzə yarpaqlamış-dı, ordan kənd
artıq görünmürdü. Özü də daha gecələr kəndə enmirdi, yo-rulurdu, həm də
enib-qalxmağa çətinlik çəkirdi. Elə ordaca yapıncıya bürü-nüb uzanır, daşla
söhbət edirdi:
- Deməli
qırılmırsan, eləmi?! Yoox, belə olmaz, aşağıda kənd var, camaat var, sən də
yumarlanıb, uçurmaqla onları qorxudursan. Bir də ağaclar bas-dırmışam, elə
armud tökür ki! Sən də qırılmaq istəmirsən, elə olmaz, gərək mütləq qırılasan.
Beləcə
söhbət eləyə-eləyə yuxuya gedirdi, səhərəcən ölü kimi yatırdı. Çörəyi uşaqlar
daşıyırdılar. Elə onlar da qaraçıların gəlməyini xəbər verdilər. – Falabaxanlar
gəlib, – dedilər.
O vaxt
tingçi onların dediyinə fikir vermədi, qaraçıların gəzərgiliyi ondan ötrü adi
bir şeyiydi. Qaraçılar kəndlilərin marağını artırırdılar, onların həya-tından
elə şeylər deyirdilər ki, adamlar lap mat qalırdılar.
- Göy gəlib
yaxınlaşır! O sizin gələcəyinizi bizə məlum eləyəcək! – qoca qaraçı mızıldadı.
- Kim,
öz bəxtini bilmək istəyir, ailəsində nə bahalı şey var, başımızın altına qoymaq
üçün verməlidi. Yuxuda bizə sizin haqqınızda bütün hər şeyi deyə-cəklər.
Çox
adam onlara inanmayıb, bahalı əşyaları vermədilər, çünki qaraçılar də-yələrini
kənddən uzaqda tikmişdilər, orda yatmalıydılar.
Yalnız
Berinin arvadı gümüş kəmərini yolladı, bir də Bidua xəncərini verdi, qalanları
isə öz şeylərini verməkdən imtinaelədilər.
Gecə
düşdü.
Qaraçılar
əşyaları da aparıb, yatmağa getdilər.
Həmin
gün tingçi daşı qaranlıq düşənəcən qırdı. Ona çörək gətirən olmadı, kişi
hamının yadından çıxmışdı. Falabaxanların söhbətindən camaatın başı gicəllənmişdi.
Tingçinin
əlləri üşüyürdü, çiyinləri ağrıyırdı. Gecələr daha taxta ayağını açırdı.
Camaat
isə səhərin açılmağını səbirsizliklə gözləyirdi. Doğrudan da, səhər tezdən
qaraçılar əşyaları sahiblərinə qaytarıb,onların keçmiş həyatından danışdılar.
İndi
hamı onlara inandı.
- Əgər
gələcəyinizi də bilmək istəyirsinizsə, bu axşam mütləq nə bahalı şeylə-riniz
var yığın, başımızın altına qoyub, sabahda sizə qaytaracağıq, həm də hər şeyi
deyəcəyik.
Qaraçıların
"möcüzəsindən” daha heç kim şübhələnmədi, ona görə də kimin qiymətli bir şeyi
vardısa, aparıb, falabaxanlara verdilər. Onlar da əşyaları yığışdırıb, yatmağa
getdilər.
***
Tingçi
bu gecə də ac qaldı, o, heç kimin yadına düşmədi.
Dağlarda
qar əridiyindən, Araqvi daha da qudurdu, elə bulanıq gəlirdi ki, baxanda, göz
qaralırdı.
Gecəydi.
Qaraçıların
"iqamətgahında” yanan ocaq kənddən yaxşı görünürdü. Bir qa-raçı kəndə qayıtdı,
camaatı yığıb dedi:
- Biz
bu gecə sizin gələcəyinizi soruşmaqdan ötrü göyə, allahın yanına uçma-lıyıq.
Amma uçmazdan əvvəl Araqviyə dua eləməliyik ki, yaddaş çayına dönsün, çünki siz
keçmiş həyatımızı müvəqqəti unutmalısınız. Səhər tezdən isə bu sudan içib,
axşamacan danışmamalısınız. Axşam biz göydən yerə qa-yıdıb, həm sizin şeylərinizi
qaytaracağıq, həm də gələcəyiniz haqqında falını-za baxacağıq.
O gecə
tingçinin oynaqları elə ağrıdı ki, səhərəcən gözünü yuma bilmədi. Həm də
acından lap təntimişdi, amma kəndə gedib, çörək istəməyi özünə ar bilirdi.
***
Səhər
açıldı.
Camaat
çaya su içməyə endi.
Qaraçılar
heç yerdə görünmürdülər.
-
Onların göyə uçmağını mən gördüm! – Berinin arvadı öyündü.
- Mən də
gördüm. – Bidua təsdiq elədi. – Onlar göyə uçduqca, ətraflarına alov yağırdı.
Qaraçıların
dediyi kimi, hamı su içib, səssiz-səmirsiz axşamı gözləməyə baş-ladılar.
Tingçi
həmin gün günortayacan işləyib, daha tab gətirmədi, dizləri bükülüb yıxıldı.
Kəndsə
göyə baxıb, möcüzə gözləyir. Həmin möcüzə qaraçıları göydən yenə endirib, camaata
gələcəyini bildirəcək.
Hələlik
heç kəs danışmır, hamı göyə baxır. Yuxarı kolluqdan isə tingçinin zəif səsi
eşidilir:
- Su gətirsənizmi,
aya! – deyib, bu səs də susur.
Sakitliyi
yalnız dəli Araqvinin səsi pozur.
Günəş
aramla qərbə enir.
Qaraçılar
nədənsə gecikirlər. Hamı gözünü göyə dikib, möcüzə gətirənləri gözləyir.
Dəli
Araqvi isə hey aşıb-daşır. Yazın hərarəti bədəninə keçib, bulanıb, kö-püklənib,
dünyaya haray salır.
Tingçi
var gücünü toplayıb, yenə daşla güləşir. Bütün gün ərzində üçcə dənə balaca
qırığı zorla qoparıb. Gün batandasa, artıq qüvvəsini itirib, yerə yıxıl-dı.
Onun ağacları yazın nəfəsini duyub, ağappaq ağardılar. "Onsuz da qıra-cam”, –
Martua fikirləşir, daşa baxıb deyir: "Qırıl da, noldu sənə?!”
***
Gün
batır. Kəndlilər yenə göyə baxırlar. Ordan heç kəs qayıtmır. Qaranlıq-laşır.
Tingçi
indi aşağıdakı ağ gülləri, açmış armud acağlarını yaxşı seçir, amma kəndə enməyə
gücü yoxdu.
Bütün
gecəni camaat gözünü yummadı. Sanki artıq nəsə başa düşürdülər.
Səhər
açıldı. Tingçi ağırlaşmış bədənini saxlaya bilməyib, kürəyilə daşa söy-kəndi.
Göy isə
sanki ağzını yumubmuş kimi, möcüzə üçün yerə heçkəsə göndərmə-di. İki gündən
sonra isə hər şey aydınlaşdı: kimsə at belində gedən qaraçıları buralardan
xeyli uzaqlarda görübmüş. Bir neçə adam izlərinə düşüb, dalla-rınca getdilər,
amma əliboş qayıtdılar.
-
Yaxşı, bəs, bizim haqqımızda hardan bilirdilər? – deyib soruşurdular, am-ma
cavab tapa bilmirdilər.
Sonra
birdən Berinin yadına düşüb:
-
Tingçi! – qışqırdı.
Tingsatan
camaatın yadına düşdü.
-
Başımı kəsərəm, əgər bu işi o qurmayıbsa, – Berinin arvadı dedi.
- Onun
nə işi qalıbmış?
- Deyəsən,
o, gecələr kəndə enməyib, bəhanə eləyib, orda yatanda, elə qara-çılara bizim
haqqımızda danışırmış.
Qəzəblənmiş,
hirsdən ağlını itirmiş camaat tingçiyə tərəf yönəldi. Bəzisi başa düşürdü ki,
bu işdə tingçinin heç bir günahı yoxdu, amma qisas almaq fikri hamının gözlərini
tutmuşdu, ağlını başından çıxarmışdı. Belə bir vaxtda in-sanlar çıxış yolu
axtarır, öz hərəkətlərinə cavabdeh olmurlar.
Yazıq
tingçi çox yalvarıb-yaxardı ki:
- Ay
camaat, nolub, neyləyirsiniz, nə günahım var?! – Amma ona qulaq asan yoxuydu.
Onu dəli Araqviyə tərəf sürütləyirdilər. Taxta ayağı da yolda düşdü.
-
Ayağım düşdü, ay camaat, neyləyirsiniz, niyə məni başa salmırsınız ki, nə eləmişəm?
– tingçi azğınlaşmış camaata yalvarırdı. Amma onun səsini dəli Araqvinin
dalğaları batırdı, özünü də xeyli vaxt göstərmədi. Dalğalar tingçi-nin meyitini
aylnız bircə dəfə üzə çıxardı. Amma bilmirəm, yazıq tingçi hə-min an çiçəklənmiş
armud ağaclarının Qudamağari vadisində yamyaşıl yazı necə qarşıladıqlarını görə
bildimi?
- Hə,
yaddaş çayını görə bilmədin! – Çayın sahilində duran qudamağarililər acıq
verirdilər. Tingçi ilə qaraçıların əlbir olmasına inananların onu suda boğmaqla
hayıflarını çıxdıqlarına görə ürəkləri soyuyurdu.
Yaddaş
çayısa, bulanıq halda özbaşına axırdı, bir azdan tingçi də, qaraçılar da
hamının yadından çıxdı. Deyəsən, yalnız təbiətin yadından heç nə çıx-mır, heç nəyi
unuda bilmir. Hər yaz tingçini dəli Araqviyə tulladıqları vaxt yenə armud
ağacları dumappaq çiçək açırlar, bu çiçək partlayışı təbiətin ən böyük möcüzəsidi.
Qudamağarililər həyatlarında çox şey görüblər, amma heç kəs bilmir ki, bu çiçəkləməni
hansı qüvvə yaradır, ya Yaddaş çayı har-dan axır, ya da əgər hər bir zərurəti də
iki xırda yaddaş çayı sorub apara-caqsa, gedib-gəlməyimizin mənası varmı?
Amma
deyəsən, mənası var, yoxsa bu ağacları belə nə çiçəklədərdi?
Çevirəni:
Nəriman
Əbdülrəhmanlı
*
Martua - gürcücə həm addı, həm də "tək” mənasını verir.