
Rauf Qaraişıq. "Söz" triptix (II yazı)
- 18.12.2019
- 0 Şərh
- 1382 Baxış
Söz-2
Təsəvvür
edin ki…
Söz
canlı bir insandır.
Cümlə -
ailədir.
Hekayə
- cəmiyyətdir.
Yerinə
düşməyən, yerində olmayan bir söz cümləni yaman günə qoyduğu kimi, bircə
naqolay cümlə də hekayəni bərbad vəziyyətə sala bilər.
O cür
də adamlar.
Hekayə
səhv-sühv yazılmış sözlər və "qırılmış-sındırılmış budaq" cümlələri
ilə dolu olsa da, onun qırxləçək qızılgül kimi ətirli, romantik, gözəl cümlələri
də var.
(Qonşumuz
bizim balkonda çəlləkdə əkdiyimiz o gülə "kitayskaya roza" deyirdi.
Anam gül mürəbbəsi bişirərdi o qırxləçək məxməri güllərdən. Unut o günləri…
getsin...)
Səlis,
ox ucluğu kimi düzgün-gümüşü sözləri də var bu hakayənin.
Kəlləpaçadakı
qoyun gözü kimi iyli-piyli-miyli iyrənc sözləri də var.
Üstündə
Leninin daz şəkli olan danqa manatlıq kimi parlaq və… dayaz-düşük sözləri də
var bu əhvalatın…
Mis
pul kimi "qırmızı" və… çox dəyərli sözləri də var.
Əsrarəngiz
sözlər oxuyursan bəzən.
Az
qalırsan tutub gözündən öpəsən.
(Nə
biləsən, bir də görə biləcəksən onu, ya yox. Salamatı odur ki, tutub gözündən
öpəsən… getsin...)
Ya
da bir söz görürsən, başı bədənindən yekə,
hikkə dolu, nifrət dolu - eynən gülləsiz
köhnə taxta qundaqlı "Mauzer"
tapançasına oxşayır…
Az
qalırsan ki, o sözü lüləsindən tutub atasan poladəridən sobanın içinə - düşməyi
ilə bir əlçim ağ buxara dönüb uçub getsin.
(Və sən
də o hirsindən ağappaq ağarmış poladın 1600 dərəcəlik istisinin ağ
işığından ağrayan gözünü mazutlu əllərinlə
ovuşdura-ovuşdura gedib öz otağındakı təmiz spirti başına çəkəsən… getsin…)
Nə təhər
ola, hekayəni də oxuyub qurtarasan, amma məzmunundan baş açmayasan.
Amma
"ardı var" yazılıb sonunda.
Bəlkə
axırı yaxşı olacaq?!.
(Əşşi,
öp gözündən, burax yaxasını, çıxsın getsin…)
03092019
Southampton