Sara İbrahim. Qarabağ Azərbaycandır (Qısa hekayə)
Proza
- 11.12.2020
- 0 Şərh
- 7828 Baxış
Sübh tezdən olsa da, göy üzü qıpqırmızı idi. Axşamdan pal- paltarlı yerinə girən Zərnişan gecəni narahat yatsa da,tezdən durmağa vərdiş etdiyindən saat 6 olmamış yerindən qalxdı.
Dünən gecədən toplar, minaatanlar susmuşdu. Sərhəd kəndlərində yaşayanlar üçün adi günlərdən biri başlayırdı. Bir neçə dəqiqədən sonra nə olacağı heç kimə bəlli deyildi.
...Kəndə yenə top mərmiləri yağmağa başladı. Mərmilərdən biri onların evinin arxasına düşdü. Dəhşətli gurultu səsindən həyətdəki it zingildəyib uladı. Zərnişan oğlu yatan evə tərəf yüyürdü. Tural 22 ildi ki, nə eşidir, nə də danışırdı. Həkimlər onun heç vaxt danışa bilməyəcəyini demişdilər.
Tural eyvanda göründü. Anasına tərəf qaçıb: "Ana... Qarabağ... Azərbaycandır” - həyəcanla qışqırdı.