
Şəhriyar del Gerani. "Unutma ki, eşqin qabaqda Kərbəlası var..." (şeir)
ƏDƏBİYYAT, Poeziya
- 23.12.2019
- 0 Şərh
- 3893 Baxış
İnnə lilləhi və innə ileyhi raciun,
ey həmd ola, çatdım məqamına hüzurunun,
vay, sən demə ömrün belənçi əlifbası var.
Qalmış yarı yolda neçə rolda kəm adamdan,
asi düşüba arzulara düşkün adamdan
Billahi, sədaqət umanın gül xətası var.
Söndür günəşi, ol böyüyən səhranı adla,
çıx get bu qaranlıqla, görünməz üzün, amma
unutma ki, eşqin qabaqda Kərbəlası var...