Səttar Bəhlulzadənin heç vaxt nümayiş olunmamış qrafik əsərləri sərgilənəcək
Rəssam
- 12.11.2018
- 0 Şərh
- 7313 Baxış
Noyabrın 16-da Müasir İncəsənət Muzeyinin əsaslı təmirdən sonra açılışı münasibətilə Xalq rəssamı Səttar Bəhlulzadənin "Cizgi təranəsi” adlı sərgisi açılacaq.
Rəssamın 110 ilik yubileyi ərəfəsində açılacaq sərgidə sənətkarın heç vaxt nümayiş olunmamış şəxsi kolleksiyadan olan qrafik əsərləri təqdim olunacaq. Sərgidə fırça ustasının 130-dan çox nadir əsərindən ibarət ekspozisiya nümayiş ediləcək.