
Şumer əfsanələri. Dumuzi və Enkimdu
- 14.06.2020
- 0 Şərh
- 2679 Baxış
(Dumuziylə
İnannanın evlənməsinin ikinci versiyası)
Göyüzünün hökmdarı, ay tanrısı Nannanın qızı gözəl
İnanna göyüzündəki qəsrdə yaşayırdı. O yerüzünə enəndə, hər toxunuşundan torpaq
yaşıllaşır, müxtəlif çiçəklər bitirdi. Gözəllikdə ona tay yox idi. Çoban Dumuzi
və əkinçi Enkimdu eyni vaxtda ona vuruldu. Hər ikisi onunla evlənmək istədiyini
bildirdi, amma İnanna cavabı yubandırdı. İnannanın qardaşı günəş tanrısı Utu,
ona Dumuzini seçməsini məsləhət gördü.
Bacı,
qoy çoban sənin ərin olsun!
Bakirə
İnanna, nə üçün onu istəmirsən?
Onun
qaymağı, südü dadlıdır,
Çobanın
əli dəyən hər şey yaxşıdır.
İnanna,
qoy Dumuzi sənin ərin olsun!
Ey bərq
vuran daş-qaşla bəzənmiş gözəl, nə üçün istəmirsən?
Onun
südü dadlıdır, bir yerdə içəcəksiniz.
Ey gözəllər
gözəli, nə üçün razı deyilsən?
Amma deyəsən İnanna əkinçi Enkimduya vurulub.
Qoy
çoban mənə ər olmasın!
Təzə
yundan toxuduğu ədyalla üstümü örtməsin!
Onunla
bir yatağa uzanmaq – bundan danışmağa dəyməz!
Mən
bakirəyəm, əkinçi evlənsin mənimlə!
Bol ot
göyərdən əkinçi!
Bol
taxıl əkən əkinçi!
Utu çobanı tərifləyir, çobanlığın əkinçilikdən üstün
olduğunu iddia edir. Amma inadkar tanrıça fikrindən dönmür. Deyir ki, torpağı
yamyaşıl ot örtüyünə bürüyən və müxtəlif bitkilər yetişdirən Enkimdu onun daha
çox xoşuna gəlir.
Bu vaxt Dumuzi özü İnannanın yanına gəlir və
qızğınlıqla danışır, çobanlığı tərifləyir, hər cəhətdən rəqibindən üstün
olduğunu deyir. Onun sözləri tanrıçaya təsir edir və lazım olan nəticəni alır,
tanrıça İnanna Dumuzinin təklifinə razılıq vermək üçün anası Ninqalın evinə dəvət
edir.
Xoşbəxt Dumuzi çay sahilində gəzəndə gözlənilmədən
Enkimdu ilə rastlaşır. Dumuzi həyəcanlanır və özünü itirir. Elə vəziyyətdədir
ki, rəqibini döyməyə də hazırdır. Amma mehriban əkinçi deyir ki, əgər İnanna
çobanı seçibsə, bu onun haqqıdır və sizə qarışmaq fikrim yoxdur. Enkimdu
Dumuziyə dostluğunu təklif edir, Dumuzi sevincək razılaşır.
Səhəri gün Ninqal qızıyla çoban Dumuzinin evlənməyinə
razılıq verir.
Tərcümə:
Həmid P.