Telman Bayramoğlundan iki yeni roman

Telman Bayramoğlundan iki yeni roman

Sentyabr ayı yazar Telman Bayramoğlu üçün uğurlu olub. Onun həm Azərbaycan, həm də Türkiyədə eyni vaxtda iki yeni romanı çap edilib. 

Yarpaq.az-ın verdiyi xəbərə görə, "Kimsəsizlərin intiharı” romanı "Adiloğlu”nəşriyyatında, "Xəyanəti bağışlamayan kadın” romanı isə Türkiyənin "Kutlu yayın evi”ndə işıq üzü görüb. Hər iki roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bu gün cəmiyyətdə  qadına qarşı mövcud olan  şiddət, aşağılanma, haqsızlıq və digər mənfi halların geniş yayılmasına qarşı etiraz və mübarizlik ruhu romanların əsas ideyasını və qayəsini təşkil edir.