
Tomas Transtromer. "Yoldakı sirrlər" kitabından dörd şeir
- 15.02.2020
- 0 Şərh
- 1649 Baxış
"Yoldakı
sirrlər” kitabından (1958)
Dam üstündə
mahnı oxuya-oxuya yatan adam
Səhər. May yağışı. Şəhər hələ
bir dağ kəndi kimi səssiz. Küçələr sakit.
Və göyüzündə uçan yaşıl rəngli təyyarənin
gurultusu. – Pəncərə açıq.
Adamın kürəyi üstdə yatdığı yerdə
yuxusu şəffaflaşır. Tərpənmir, axtarmağa başlayır
diqqətin vasitələrini əlhavasına – hardasa
çox uzaqlarda.
Saat üçdə
İzmir
Bir az qabaqda, az qala bomboş küçədə
iki dilənçi, birinin bir ayağı yox –
o birisi aparır onu kürəyində.
Dayandılar – gecə yarısı yol ortasında
maşın faralarının işığında donub qalan
heyvan kimi – bir an gözləyib
qarşı tərəfə keçmək üçün sürətlə davam etdilər
yollarına günorta istisində məktəb həyətində
oynayan uşaqlar kimi
Saysız saat boşluqda çıqqıldayanda.
Mavi parıldayaraq axıb keçdi sulardan
Qara sürünüb büzüşdü daşlardan boylanaraq
Bəyaz bir fırtına oldu gözlərdə
Saat üç əziləndə nalların altında
və qaranlıq döyəndə işığın divarlarını
şəhər uzanıb sürünürdü dənizin qapısında
və parıldayırdı kərkəsin kəskin baxışları
Yoldakı
sirrlər
Yatan adamın üzünə düşdü gün işığı
Yuxusu daha da canlı oldu adamın
amma oyanmadı
Qaranlıq üzünə düşdü, qızmar günəşin
səbirsiz şüaları altında, başqalarıyla
gəzən bir adamın
Birdən qaraldı hər yer, gözlənilmədən
hər anı əks etdirən bir otaqda tapdım özümü –
kəpənək muzeyində.
Və günəş hələ də əvvəlki kimi qızmar
Səbirsiz fırçasıyla boyayır yerüzünü.
Qatar yolu
Səhərə az qalıb, saat iki. Ay işığı. Qatar dayanıb
çəmənliyin ortasında. Uzaqdakı qəsəbənin yanıb-sönən
işıqları
ölgün-ölgün göz vurur üfüqdə.
Eynən insanın yuxusunda çox dərinlərə gedib,
otağına qayıdanda hara getdiyini
heç xatırlaya bilməyəcəyi kimi.
Ya da insan xəstə yatanda günlərinin
yanıb-sönən qığılcımlara və ya qarğaşaya döndüyü
kimi
qeyri-müəyyən və donuq.
Qatar yerindən tərpənmir.
Saat iki: ay tərtəmiz, bir neçə ulduz.
Tərcümə: Həmid P.