Verkor (Jan Brüller). Bir dənizlik sükut (hekayə)

Verkor (Jan Brüller). Bir dənizlik sükut (hekayə)

Qətlə yetirilmiş şair Sen-Pol-Runun xatirəsinə həsr olunur.

 

 

1

 

Ona qədər burada ən müxtəlif növ silahlı qüvvələrin nümayəndələri olmuşdu. Ilk  öncə piyada dəstələrin iki əsgəri gəldi: biri-yöndəmsiz, arıq, digəri isə əlləri daşyonan əllərini xatırladan tösmərək. Onlar evə elə bayırdan nəzər saldılar. Mənimlə, öz rəylərinə görə fransız dilində danışdılar. Lakin mən heç bircə söz də başa düşmədim. Buna baxmayaraq, boş otaqları onlara göstərdim. Deyəsən, razı qalmışdılar.

Səhər tezdən bağçamıza boz, böyük bir hərbi maşın daxil oldu. Sürücü və gülümsər çöhrəli, açıq-sarı saçları olan çəlimsiz gənc əsgər maşından iki ədəd yeşik və brezentə bükülmüş böyük bağlama boşaltdılar. Bütün bunları yuxarı-ən geniş otağa qaldırdılar. Maşın getdi, bir neçə saat sonra isə mən at ayaqlarının tappıltısını eşitdim. Üç süvari göründü. Onlardan biri tələsirdi və həyətdəki daş tikilini gözdən keçirməyə getdi. O, qayıtdı və hamısı-həm adamlar, həm də atlar mənə emalatxana kimi xidmət  edən  tövləyə girdilər. Sonradan mən gördüm ki, iki daş arasındakı divara mənim xarrat dəzgahımın tarağıni bərkitmiş, tarağa isə ip sarımış  və atları o ipə bağlamışdılar.

İki gün ərzində heç bir şey baş vermədi. Mən daha kimsəni görmədim. Kavaleriya əsgərləri sübh tezdən atlarına minib getmiş, bir də axşam qayıtmışdılar, samanlığa bir az saman daşımış və elə ordaca gecələmişdilər.

Üçüncü gün səhər hərbi maşın geri qayıtdı. Gülümsər çöhrəli əsgər ağır, iri bir sandığı çiyninə alaraq böyük otağa apardı. Sonra isə öz kisəsini götürdü və onu da aparıb qonşu otağa qoydu. O, aşağıya düşdü, mənim bacım qızına müraciət edərək, səhih fransız dilində döşəkağı tələb etdi.

Qapının tıqqıltısı gəldi, açmağa bacım qızı getdi. O, adəti üzrə mənə axşam qəhvəsini  yenicə gətirmişdi; bu qəhvə mənə yuxu dərmanı kimi təsir edirdi. Mən otağın dərinliyində, nisbətən  qaranlıq tərəfdə oturmuşdum. Bu otağın qapısı bağa açılır, evin kənarı ilə başabaş  qırmızı plitələrlə döşənmış səki uzanır. Addım səsləri eşitdik: bu, səkini döyəcləyən dabanlıqların səsi idi. Bacım qızı mənə baxdı və fincanı masaya qoydu. Mən öz fincanını əvvəlki kimi əlimdə saxlamışdım.

Qaranlıqdı, lakin elə də soyuq deyildi. Bu il noyabr ayı ümumiyyətlə soyuq keçmədi. Mən çox uca siluet, yastı furajka, pelerinsayağı çiynə atılmış plaş gördüm.

Bacım qızı sakitcə qapını açdı. Qapını divara dayadı və özü divara söykənərək gözlərini qaldırmadan eləcə dayandı. Mən kiçik qurtumlarla qəhvəmi içməyə hələ də  davam edirdim.

Qapıda dayanmış zabit dilləndi:

-Bağışlayın.

O, yüngülcə təzim etdi. Görünür, niyyəti bizim susqunluğumuzun mübhəm mənasına  vaqif olmaqdı. Sonra  içəri daxil oldu.

Plaşı sürüşüb əllərinə düşdü, hərbi salam verib furajkasını çıxartdı. O, bacım qızı tərəfə çevrilərək yenə yüngülcə təzim etdi və güclə seziləcək qədər gülümsədi. Sonra daha dərin təzimlə mənə müraciət etdi. O, dedi:

-Mənim adım Verner fon Ebrennakdır.-başımda bir fikir parladı: "alman adı kimi səslənmir. Bəlkə protestant bir mühacirin varislərindəndir?” O, sözləri uzada-uzada əlavə etdi:

-Mən çox təəssüf eləyirəm.

Bu sözlər sükutun içində əridi. Bacım qızı qapını örtdü. O, hələ də divara söykənərək və qəbağına baxaraq dayanmışdı. Mən qımıldanmadım. Boş fincanı yavaşca fisqarmoniyanın üstünə qoydum, qollarımı sinəmdə çarpazlayaraq dayanıb gözlədim.

Zabit sözünə davam etdi:

-Bundan qaça bilmədim. Mümkün olsaydı, qaçardım. Ümid edirəm,  təşkilatçı sizi narahat etməmək üçün hər nə lazımdırsa, edər.

O, otağın ortasında dayanmışdı. Olduqca ucaboy və nərmənazikdi. Əllərilə tavana toxuna bilərdi. Başını irəliyə doğru uzatdığından (sanki onun boynu çiyinləri arasından deyil, birbaşa sinəsindən çıxırdı) o, beli bükülmüş adamı xatırladırdı. Çiyinləri və ombası təəccüblü dərəcədə ensizdi. Çöhrəsi gözəldi: kişiyana, batıq yanaqlı. Dərində yerləşmiş gözlərinə baxmaq olmurdu. Işıqlı gözlərdi. Arxaya daranmış sarışın, yumşaq saçları lampanın xəfif işığında parıldayırdı.

Sükut davam edirdi. Bu səssizlik səhər dumanı kimi idi- getdikcə  daha da qatılaşırdı. Həm qatı, həm də ətalətli olurdu. Görünür, mənim və bacım qızının hərəkətsizliyi bu  sükutu daha da ağırlaşdırır, onu sanki qurğuşunla doldururdu. Zabit özünü itirmiş halda, qımıldanmadan dayanmışdı. Nəhayət, dodaqlarında təbəssüm sezdim. Bu təbəssüm hər cür kinayə bəlirtisindən uzaq, ciddi təbəssümdü. O, əlilə mənasını anlaya bilmədiyim bir jest etdi. Baxışları divarın dibində donub qalmış bacım qızının üzərində dayandı, mən bundan istifadə edərək çəkinmədən onun iradə əks etdirən profilini və iri burnunu seyr etdim. Yarıaçılmış dodaqlarının arasında qızıl dişləri parıldayırdı. Nəhayət o, gözlərini çəkdi və buxarıdakı alova baxa-baxa danışmağa başladı:

-Mən vətənini sevən insanlara dərin ehtiram bəsləyirəm.

Sonra qətiyyətlə başını qaldıraraq pəncərənin üstündəki taxtadan oyulmuş mələk heykəlinə nəzər saldı:- öz otağıma qalxmaq istərdim, lakin yolu tanımıram.

Bacım qızı pilləkana çıxan qapını açdı, sanki yanında kimsə yoxmuş kimi, zabitə baxmadan pillələri qalxmağa başladı. Zabit onu təqib edirdi. Bu zaman mən gözdüm ki, onun bir ayağı bükülmür.Onların eyvanı necə keçdiklərini eşidirdim; alman zabitinin addım səsləri növbələşirdi- gah eşidilir, gah da eşidilməz olurdu. Qapı açıldı və örtüldü. Bacım qızı fincanını götürdü, qəhvəsini içməyə davam etdi. Mən bir  qəlyan çəkdim. Bir neçə dəqiqəlik sükut çökdü. Mən dilləndim:

-Tanrıya şükürlər olsun, deyəsən o, nəzakətli adamdır.

Baçım qızı çiyinlərini çəkdi. O, mənim velvet gödəkcəmi dizləri üstünə qoyaraq çox da sezilməyən söküklərini tikməyə başladı.

Ertəsi gün mətbəxdə səhər yeməyi yediyimiz zaman zabit aşağı endi. Buraya gətirən digər pilləkan daha vardı, onun üçün də zabitin buraya bizim səslərimizi eşidərəkmi gəldiyini, yaxud təsadüfən buradan keçdiyini kəsdirə bilmədim. O, kandarda dayanaraq dedi:

-Gecəni gözəl keçirmişəm. Sizin də gecənizin pis keçmədiyinə ümid edirəm.

O, geniş otağı gözdən keçirdi. Bizim bir az odunumuz və ondan da az kömürümüz vardı, ona görə də qışı mətbəxdə keçirmək məcburiyyətində  qalmışdıq- bu məqsədlə mətəxdə əşyaların yerini dəyişməli oldmuşdum. Bİz mətbəxi müxtəlif mis əşyalar və qədimi dekorativ boşqablarla bəzəmiş, buraya bir iki parça da mebel yerləşdirmişdik.O, güçlə hiss ediləcək bir təbəssümlə hərşeyi gözdən keçirdi, bu zaman onun sanki səfə düzlmüş gözqamaşdırıcı dərəcədə bəyaz dişləri göründü. Mən onun gözlərinin  mavi deyil,-hər halda, onu ilk dəfə gördüyüm zaman mənə belə gəlmişdi qızılı çalara malik olduğunu gördüm. Zabit otaqdan keçərək bağa açılan qapını araladı. Iki addım ataraq bizim kirəmit örtüklü, üzümlüyün içərisində tamamilə itib-batmış  uzunsov, darısqal evimizi yaxşı-yaxşı gözdən keçirdi. Onun çöhrəsinə təbəssüm yayıldı.

- Sizin köhnə bələdiyyə sədri məni qəsrdə məskunlaşdırmağı vəd etmişdi-bunu deyərkən əlilə artıq yarpaqlarını tökmüş ağacların arasından aydın görünən təpəlikdəki görkəmli tikilini göstərdi.-mən köməkçilərimə yanıldıqları üçün minnətdarlıq edəcəyəm. Çünki, bu qəsr daha gözəldir.

O, şüşəli qapını ardınca bağladı, bizə elə şüşənin arxasından təzim edərək getdi.

Zabit axşam, elə dünənki vaxtda qayıtdı. Biz qəhvə içirdik. O, qapını döysə də, bacım qızının  açmasını gözləmədi, özü qapını açaraq içəriyə daxil oldu.

-Sizi narahat etmək istəməzdim-o, dilləndi-əgər sizi incitməzsə, mən mətbəxdən keçmək istərdim.  Belə olan halda siz bu qapını bağlayıb açarı götürə bilərsiniz.

O, otaqdan keçib gedəcəkdi, lakin yuxarıya aparan qapının dəstəyindən tutaraq bir neçə saniyəliyinə dayandı, baxışları ilə divarı süzdü. Nəhayət, yüngülvari təzim etdi:-Yuxunuz şirin olsun-dedi və çıxdı.

 Biz o qapını bircə dəfə də olsun, bağlamadıq. Hərəkətlərimizin bizim özümüzə belə aydın olub-olmadığı haqda nəsə demək mənə çətindir. Bacım qızı ilə aramızda sözsüz bir anlaşma yaranmışdı sanki, və bu anlaşmaya əsasən həyatımızda əvvəldən mövcud olan heç nəyi dəyişdirməmək qərarına gəlmişdik-özümüzü sanki bu zabit yoxmuş kimi aparırdıq, sanki o, bir kabus idi. Lakin qapını bağlamamaq qərarım digər bir duyğunun təsiri altında da verilmiş ola bilərdi: mən iztirab çəkmədən bir insanı incidə bilmirəm, bu insan hətta düşmən olsa belə.

Bu hal kifayət qədər uzun bir zaman ərzində-bir ay müddətinə davam etdi. Zabit qapını döyərək içəriyə daxil olurdu. O, hava durumu, havanın hərarəti və digər bu cür  az əhəmiyyətli, cavab tələb etməyən şeylər haqda bir- iki kəlmə deyir və otağına qalxırdı. Kiçik qapının kandarına çatdığı zaman həmişə bir azca ləngiyir və otağı süzürdü. Dodaqlarındakı xəfif təbəssüm bu baxışdan aldığı zövqdən xəbər verirdi-beləcə, günlər bir-birini əvəz edirdi. Onun baxışları bacım qızının aşağıya doğru əyilmiş, hər zaman ciddi və buz kimi soyuq olan  profilində ilişib qalır, nəhayət, gözlərini çəkdiyi zaman mən o gözlərdəki təəssüfqarışıq rəğbət  hissini sezirdim.

Bir axşam qəflətən hər şey dəyişdi. Həyətdə sulu qar yağırdı; dəhşətli dərəcədə soyuq və rütubətli hava idi. Mən buxarıya məhz belə günlər üçün tədarük etdiyim iri kötüklərdən qoyurdum. Birdən qeyri-iradi olaraq indi küçə ilə addımlamaqda olan zabiti xatırladım; evə üstü-başı qar içində necə daxil olacaqdı görən? Lakin o, gəlmədi. Onun  evə qayıtmaq vaxtı çoxdan keçmişdi, mən isə onun barəsindəki düşüncələrdən yaxa qurtara bilmədiyim üçün acıqlı idim. Bacım qızı fövqəladə bir səylə, heç tələsmədən toxumağa davam edirdi.

Nəhayət, addım səsləri eşidildi. Lakin səs evin içindən gəlirdi. Ahəngi pozulduğuna görə, zabirin yerişini tanıdım. Elə bildim ki, o digər qapıdan keçib və indi öz otağından mətbəxə gəlir. Əlbəttə, başdan-ayağa kimi islanmış , yaraşıqlı görünüşünü itirmiş vəziyyətdə gözümüzə görünmək istəməzdi: əynini dəyişmişdi.

Biri ağır, digəri yüngül addımlarla pilləkanları endi. Qapı açıldı, zabit göründü. Mülki geyimdə idi. Əynində qalın, boz pamazıdan şalvar və boz, qəhvəyi zolaqları olan  rahat, enli tvid gödəkcə vardı. Paltarlar ona olduqca yaraşırdı. Gödəkçənin açıq yaxasından görünən təzə, qalın yun sviteri arıq, əzələli sinəsini tuturdu.

-Bağışlayın məni. Qızına bilmirəm. Çox bərk islanmışam, otağım isə həddindən artıq soyuqdur. Buxarının ətrafında bir az qızınmaq istəyirəm.

O, çətinliklə buxarının qarşısında diz atıb oturdu, əllərini alova tərəf uzatdı, növbə ilə gah bu, gah da digərəlini alova tərəf tutaraq təkrar edirdi:

-Yaxşı!..Yaxşı!..

O, çevrildi, yenə əvvəlki kimi diz üstə oturmağa davam edərək indi də kürəyini alova tərəf tutdu, əllərilə dizlərini qucaqladı .

-Amma bu hələ nədir ki,- Fransada qış mülayim keçir. Bizdə isə sərtdir. Bizim tərəflərin meşələri sıxdır,  iynəyarpaqlı ağacları qarın ağırlığına güclə tab gətirir. Lakin sizdə ağaclar nazikdir, qar isə sanki tüldür. Bizim yerlərin təbiəti öküzə bənzəyir-sərt, tösmərək bir öküzə. Mövcud olmaq, var olmaq üçün ona güc lazəmdır. Sizdə isə bu güc ruhdur, incə, şairanə düşüncədir.

Onun səsi kifayət qədər boğuq, sönük idi. Ləhcəsi yumşaqdı, yalnız qalın saitləri tələffüz edərkən hiss olunurdu. Nitqi melodik bir siqnal kimi idi.

O, ayağa qalxdı, yüksək buxarıya  dirsəkləndi, əlini alnına dayadı. O qədər ucaboy idi ki, mənim əlimin çatmadığı yerdə o, azacıq əyilməli olurdu.

Beləcə bir xeyli dayandı-susqun, hərəkətsiz. Bacım qızı mexaniki bir cəldliklə toxuyurdu. Ona heç bir dəfə də olsun, baxmamışdı, bircə dəfə də. Mən rahat kresloda yarı uzanmış vəzyyətdə qəlyan çəkirdim. Düşünürdüm ki, bizim sükutumuzu heç nə poza bilməyəcək, o da üzünü çevirib gedəcək.

Lakin boğuq siqnalı xatırladan səs yenidən eşidildi və adama elə gəlirdi ki, o səs sükutu pozmur, əksinə, danışan elə sükutun özüdür.

-Mən həmişə Fransanı sevmişəm-zabit tərpənmədən dedi.- Həmişə. Ötən müharibə zamanı uşaq idim, o zaman nə düşündüyüm hesaba daxil deyil. Amma sonralar hər zaman sevmişəm. Sadəcə olaraq, uzaqdan sevmişəm, Xəyallar Şahzadəsini sevdiyimiz kimi.- o, susdu və sonra əlavə etdi- atama görə.

O, üzünü çevirərək əllərini gödəkçəsinin ciblərinə qoydu, buxarıya söykəndi. Başı karnizə dəyirdi.  Hərdən marallara xas bir hərəkətlə boynunu karnizə sürtürdü. Orada, lap yaxınlığında kreslo vardı, lakin o, oturmurdu. Son günə kimi bircə dəfə də oturmadı. Bunu ona təklif etmədik, o da heç vaxt sərbəstliyə yol vermədi.

-Atama görə. O, əsl vətənpərvər idi. Məğlubiyyət belələri üçün ağır zərbədir. Lakin buna baxmayaraq, Fransanı sevirdi, Brianı sevirdi, ona və Veymar respublikasına inanırdı. O, çox nikbin adamdı, tez-tez deyirdi: " Brian bizi, tale ər və arvadı qovuşdurduğu kimi  birləşdirəcək”. O, inanırdı ki, nəhayət, Avropanın da üzərinə günəş doğacaqdır...

Bunları deyərkən gözlərini bacım qızından çəkmirdi. O, qıza kişinin qadına baxdığı kimi deyil, insanın heykələ baxdığı kimi baxırdı. Və bu, doğrudan da heykəldi. Canlı, lakin heykəl kimi varlıqdı...

-Lakin Brian məğlub oldu. Atam gördü ki, Fransada qəddar iri burjua ağalıq edir- sizin Vendel, Anri Bordo, qoca Marşal kimi adamlar at oynadır. O, mənə dedi: " fransaya ilk dəfə hərbi kaska və çəkmələrdə daxil olacaqsan”. Mən ona bu vədi verməli oldum, çünki o zaman atam ölüm yatağında idi. Və müharibə başlayana qədər mən artıq bütün Avropanı tanıyırdım-Fransadan savayı.

O, gülümsündü, məsələyə sanki aydınlıq gətirirmiş kimi əlavə etdi:

-Axı mən musiqiçiyəm.

Ocaqdakı kötük düşdü və ətrafa kömr səpələndi. Alman əyildi, maşa ilə kömürləri topladı.

-Mən ifaçı deyiləm, bəstəkaram. Həyatımın mənası budur. Lakin heç nəyə baxmayaraq müharibə üçün təəssüflənmirəm. Inanıram ki, müharibə böyük işlərin başlanğıcı olacaq.

O, qamətini düzəltdi, əllərini ciblərindən çıxardaraq əlavə etdi:

-Üzrlü hüsab edin. Bəlkə də sizi incitdim. Lakin indi dediklərimə inanıram, həm də  bütün qəlbimlə inanıram. Fransaya olan sevgimdən dolayı inanıram. Müharbədən sonra həm Fransanı, həm də Almaniyanı böyük yeniliklər gözləyir. Mən də atam kimi haçansa Avropanın da  üzərinə günəşin doğacağına inanıram.

O, iki addım atdı  və əyilərək yüngülcə təzim etdi. Hər gecə olduğu kimi bu gün də: "Sizə şirin yuxu arzulayıram” sözlərini dedi . Və otaqdan çıxdı.

Mən qəlyanı sona qədər çəkdim. Boğazımı arıtlayaraq dedim:

-Bəlkə ona bir kəlmə sözü qıymamaq kimi b ir cılızlıq heç insanlıqdan deyil?

Bacım qızı başını qaldırdı. Onun qaşları qəzəbdən parıldayan  gözlərinin  üstündən sanki indicə sıçrayacaqmış kimi yüksəyə qalxmışdı. Mən qızardığımı hiss etdim.

Bu gündən etibarən onun bizi ziyarət etməsi yeni şəkil aldı. Indi onu hərbi geyimdə nadir hallarda görürdük. O, əynini dəyişər, yalnız bundan sonra qapını tıqqıldadardı. Bəlkə bununla o, bizi düşmən mundirini görmək əzabından xilas edirdi? Yaxud bəlkə, onun mundir geyindiyini unutmağımız üçün, onun varlığınaalışmağımızüçün belə edirdi? Yəqin ki, hər iki halı nəzərə alırdı. O, qapını tıqqıldadır və cavab almayacağını bildiyi üçün özü içəriyə daxil olurdu. Bunu çox rahatlıqla, təbiiliklə edirdi. Qızınmaq üçün ocaq başına yaxınlaşırdı-bu, onun buraya daxil olmaq üçün uydurduğu dəyişməz bəhanəsi idi,bu bəhanə sayəsində nə özünü, nə də bizi aldatmır, heç gizlətməyə də çalışmadığı əlverişli şərtiliyi də pozmurdu. Hər axşam gəlmirdi, lakin mən onun bir söz  demədən çıxıb getməyini də xatırlamıram.  Ocağa tərəf əyilər, gah əllərini, gah da kürəyini isidər, siqnalı xatırladan səsiə sakit-sakit danışardı. Bütün bu uzun axşamları o, qəlbini dolduran mövzular üzərinə: vətən, musiqi,Fransa barəsində heç bitməyəcəyini sandığımız monoloqlar söyləyirmiş kimi danışır, danışırdı. Bizdən bircə dəfə də olsun,  rəy, cavab, hətta baxışımız vasitəsilə belə qarşılıq almadı, lakin buna heç ümid də etmədi. Çox danışmırdı, ilk dəfə olduğu qədər bir daha heç danışmadı. O, bir neçə kəlmə söyləyərdi, sükut gah bu kəlmələri ayırar, gah da sanki kəsilməz, yeknəsəq dua kimi birləşdirərdi. Bəzən buxarını qarşısında kariatida kimi eləcə dayanardı,bəzən də danışmağa davam edərək hansısa əşyaya, yaxud divardakı şəkillərdən birinə yaxınlaşardı. Sonra birdən susar, bizə şirin yuxualr diləyərək təzim edər və otaqdan çıxardı.

Ilk ziyarətlərin birində demişdi:

-Bu ocaq mənim evimdə yanan ocaqdan nə ilə fərqlənir? Axı həm buxarı, həm odunlar, həm də alov hər yerdə eynidir. Lakin alovun əks olunması eyni deyil! O, işıqlandırdığı əşyalardan, otağın sakinlərindən, mebeldən, divarlardan və rəflərdəki kitablardan asılı olaraq dəyişir...

-Niyə mən bu otağı belə sevirəm axı?-o, fikirli idi.-O elə də gözəl deyil.-məni bağışlayın!-zabit qımışdı. Demək istəyirəm ki, bura muzey deyil. Mebel haqda demək olmaz ki, bu bir incəsənət möcüzəsidir!.. yox. Lakin bu otağın qəlbi, ruhu var. Bütünlükdə evin ruhu var. O, kitab rəflərinin qarşısında dayanmışdı. Barmaqları xəfif bir nəvazişlə cildlərin üzərində gəzirdi.

-...Balzak, Barres, Bualo, Byuffon... Şatobrian, Kornel, Dekart, Fenelon, Flober... Lafonten, Frans, Qotye, Hüqo... Nə böyük bir ordu!..-o, gülümsəyərək bunları dedi və başını yırğaladı.- Lakin hələ Rable, Molyer, Rasin, Paskal,  Stendal, Volter, Monten və başqaları da var... o, əllərini ehtiyatla cildlərin üzərində gəzdirir və deyəsən hər dəfə tanış olmayan ada rast gəldiyi zaman yüngülcə içini çəkirdi. İngilislərin Şekspiri var, italyanların-Dantesi, bizim Hötemiz var. Lakin qalan adları xatırlamaq üçün gərək yaddaşını qurdalayasan. Bəs fransızlarda necə? Ilk ağla gələni hansıdır? Molyer? Rasin? Rable? Hüqo? Volter? Daha kim? O adlar teatr girişi qarşısında növbəyə düzülmüş insanlar kimi izdiham yaradırlar- kimi içəriyə birinci buraxacağınızı müəyyənləşdirə bilmirsiniz.

O, çevrildi və ciddiyyətlə əlavə etdi:

-Amma musiqiyə gəlincə isə eyni izdihamı alman bəstəkarları yaradır: Bax, Gendel, Bethoven, Vaqner, Motsart...birinci yerə kimin adını yazmalı?.. Biz isə bir-birimizlə savaşırıq!-o, içini çəkdi və yavaş-yavaş başını yırğaladı. Buxarının yanına qayıtdı, gülümsər baxışlarını bacım qızının çöhrəsində saxladı.-Lakin bu-son müharibədir! Biz daha savaşmayacağıq: nikah vasitəsilə birləşəcəyik.-onun gözlərinin ətraflarında qırışlar əmələ gəldi, yanaqlarında batıqlar yarandı, bəmbəyaz dişləri parıldadı. O, sevinclə dedi:- bəli, bəli.-  Və başının hərəkətilə öz sözlərini təsdiqləyirdi. Sentə daxil olduğumuz zaman-bir az fasilədən sonra o, davam etdi-yerli əhalinin bizi yaxşı qarçıladığına şad olmuşdum. Çox xoşbəxt idim, düşünürdüm: hər şey mütləq rahat olacaqdır. Amma sonradan anladım ki, işlər əslində nə cürdür: bu, qorxaqlıq idi.- O, ciddiləşdi.-Mən insanlara nifrət etməyə başladım. Mən Fransa üçün qorxmağa başladım. Düşündüm: yəni həqiqətənmi Fransa bu qədər dəyişib?- o, başını yırğaladı.-Yox, yox! Sonra mən onu gördüm, və şadam ki, onun bu qədər ciddi siması vardır.

Onun baxışları mənə  tərəf yönəlmişdi-gözlərimi çəkdim,- otaqdakı müxtəlif əşyalara göz gəzdirdikdən sonra siması yenə bayaq olduğu kimi amansız və etinasız ifadə aldı.

-Mən burada şəxsi ləyaqət hissini hər şeydən üstün tutan bir qocaya rast gəldiyim üçün xoşbəxtəm. Və bu susqun qız. Bu səssizliyi yenmək lazımdır. Fransanın səssizliyini yenmək lazımdır. Bu iş mənim ürəyimcədir.

O, bacım qızının aydın, inadkar, qapalı çöhrəsini seyr edirdi- ciddi inadkarlıqla, seyr edirdi,  lakin bu ciddiyyətin altında xəfif bir təbəssüm də sezmək olardı. Bacım qızı bunu hiss etmişdi. Mən onun necə qızardığını, qaşlarını çatmağını lap aydın gördüm. Barmaqları həddindən artıq tələskənliklə, sərt bir şəkildə mili dartır, saplar qırılmaq dərəcəsinə çatırdı.

-Bəli- o, alçaq tembrlə davam etdi-belə yaxşıdır. Belə daha yaxşıdır. Bu, güclü bir ittifaq yaradardı-iki nəhəngin ittifaqını. Mənim, sizin, hamının oxuduğu gözəl bir uşaq nağılı var. Sizin dildə necə adlandığını bilmirəm, alman dilində " Das Tier und die Schone” adlanır-Bədheybət və Gözəl. Zavallı gözəl! O, Bədheybətin varlığı ilə ona amansızlıqla iztirab çəkdirən hökmranlığı altında gücsüz bir əsirə çevrilmişdir. Gözəl məğrurdur, ona verilən işkəncələrə mətanətlə dözür... lakin Bədheybət əslində göründüyündən daha yaxşıdır. O, o əlbəttə, çox qabadır, yonulmayıb. O, naqolaydır, bu qədər nadir bir gözəlin yanında kobud, iyrənc dəfəcədə eybəcərdir. Lakin Bədheybətin ürəyi var, yüksək amallara doğru can atan qəlbi, ruhu var. Bircə Gözəl istəsəydi! Heyhat! Gözəl istəmir.

Günlər ötür, uzun-uzadı günlər ötüb keçir, və tədricən, Gözələ  bəzi şeylər aşikar olur. O, bu iyrənc məhbusun baxışlarında, gözlərinin dərinliyində yalvarışa, sevgiyə bənzəyən duyğu hiss edir. o, artıq Bədheybətin onu əzən pəncəsini elə də kəskin şəkildə hiss etmir, qandalları artıq onu elə də sıxmır... O, daha nifrət də hiss etmir, Bədheybətin daim yanında olması onu mütəəssir edir, Gözəl ona əlini uzadır... Və qəflətən tilsimlər qırılır,  Bədheybətin o qaba zirehi məhv olur. Bədheybət yoxdur-onun qarşısında yaraşıqlı bir cəngavər dayanmışdır; səliqəli, tərbiyəli, yumşaq təbiətli bir cəngavər. Gözəlin hər öpüşü onu bəzəyən nəcib duyğuların işıltısını bir az daha artırır... Yüksək səadət onların izdivacına öz nurunu saçır... valideynlərini bütün istedadlarını özlərində cəmləşdirən övladları nə vaxtsa bu dünyaya gəlmiş-keçmiş insanların ən aliləri olurlar...

Bu hekayəni bəyənirsinizmi? Mən onu həmişə sevmişm. Elə hey oxuyar, oxuyardım. Hər oxuduğumda da ağlayardım, Bədheybət məni xüsusilə mütəəssir edirdi, onun əzablarını dərk edə bilirdim. Hətta bu gün də onun barəsində danışarkən həyəcən keçirirəm.

O, susdu, dərin bir nəfəs alaraq təzim etdi:

-Sizə şirin yuxu arzulayıram.

Bir axşam tütün üçün öz otağıma qalxarkən fisqarmoniyanın səsini eşitdim. Bu, bacım qızının səylə öyrəndiyi fuqa və Səkkizinci prelüdiya idi. Not dəftəri elə bu səhifədəcə açıq qalmışdı:bu axşamadək bacım qızı klavişlərə yenidən toxunmağı qərarlaşdırmamışdı. Indi bu musiqi məndə həm təəccüb hissi, həm də həyəcan oyatmışdı: onu ifa etməyə hansı gözlənilməz daxili tələbat sövq etmişdi?

Lakin ifa edən o deyildi. O, həmişə oturduğu yerdə oturmuş, toxuyurdu. Baxışları mənimkilərlə qarşılaşdığı zaman nə isə demək istədi, lakin nə demək istədiyini anlaya bilmədim. Mən fisqarmoniya qarşısındakı uca qamətə, uzun əllərə, irəliyə uzanmış boyuna nəzər saldım. Nazik, əsəbi barmaqlar  sanki müstəqil canlı varlıqlar kimi klavişlərin üzərində hərəkət edirdilər.

O, yalnız prelüdiyanı ifa etdi. Qalxdı, yanan ocağa yaxınlaşdı.

-Bu musiqidən daha ali nə ola bilər? –o, boğuq, alçaq səslə dedi. Ali? Yox, bu söz onu ifadə etmək üçün çox cılızdır. O, insan varlığı xaricindədir, əlçatmazdır. O,  bizi düşünməyə vadar edir...yox, aramağa...yox, hiss etməyə, təbiətin nə olduğunu duymağa...ilahi, əlçatmaz təbiətin... insan ruhuna müdaxilə etməyən təbiətin nə olduğunu dərk etməyə səsləyir... Bəli,bu musiqi insanlığın fövqündədir...ilahidir...

Sükuta qərq olaraq o, dərin fikrə getmişdi. Xəfif-xəfif dodaqlarını dişləyirdi.

-Bax...o, məhz elə alman olmalı idi. Bizim ölkəmizin xarakterindədir bu fövqəlbəşərilik. Mən, insan üçün əlçatmaz olmaq duyğusunu nəzərdə tuturam.

Sükut. Daha sonra:

-Bu musiqini sevirəm,qarşısındabaş əyirəm, mən bu musiqi ilə doluyam, musiqi, içimdəki Tanrı kimidir...lakin mənim deyil. Mən, mən insana daha yaxın olan bir musiqi yaratmaq istərdim. Bu da həqiqətə çatmağın yollarından biridir. Bu, mənim yolumdur. Mən başqa yolu gemək istəməzdim, bunu bacarmaram. Mən indi bunu dəqiq biliriəm... Nə zamandan bəri? Burada yaşadığım gündən etibarən.

O, arxasını bizə döndü. Buxarının kənarından möhkəm yapışaraq və hər iki əlilə ondan tutaraq üzünü sanki məhəccərin barmaqlarına söykəyirmiş kimi alova tərəf tutdu. İndi səsi daha boğuq, daha alçaq idi:

-İnd mənim Fransaya ehtiyacım var. Lakin tələbim böyükdür: tələb edirəm ki, o məni qəbul etsin. Yabançı olaraq deyil, səyyah və ya qalib olaraq. Yox. Onlar ondan heç bir şey ala bilməyəcəklər, Fransa onlara heç bir şey verməyəcəkdir... onun dəyərlərini, onun nəhəng ali dəyərlərini fəth etmək mümkün olayacaqdır. Gərək o, bütün bu dəyərləri bir ana kimi öz südünə qarışdıraraq, sanki körpəsinə döş əmizdirirmiş kimi coşqunluqla bizə versin. Mən çox şeyin bizdən asılı olduğunu da yaxşı bilirəm... lakin ondan da asılı olan şeylər vardır. Bizim yanğımızı başa düşməsi lazımdır, o yanğını yatırmağa razı olmasına, bizimlə birləşməsinə ehtiyac vardır.

O, qamətini düzəltdi, əvvəlki kimi yenə əllərilə buxarının kənarından yapışaraq arxasını bizə döndü.

Mənə isə-onun səsi cingildədi-mənə isə burada lap çox yaşamaq lazımdır. Bu cür evdə. Bu kəndin övladı kimi... mənim buna ehtiyacım var...

O, susdu. Bizə tərəf döndü. Gülümsəyən yalnız dodaqlardı, bacım qızına baxan gözlər deyildi.

-maneələr dəf ediləcəkdir-o, dedi.-Səmimiyyət hər zaman maneəni dəf edir... Sizə şirin yuxular arzulayıram.

Mən yüzdən artıq qış gecəsi ərzində deyilən sözləri indi xatırlamıram. Lakin mövzu heç dəyişmədi. Bu, onun Fransanı kəşf etdiyini anladan rapsodiya idi: tanıyana qədər ona uzaqdan bəslədiyi sevgi, lakin tanıdığı gündın etibarən bu torpaqda yaşamaq şərəfinə nail olduğu müddət ərzində hər gün bu sevginin bir az daha artması haqqında uzun-uzadı bir rapsodiya. Və, vicdanla desəm, mən ona heyranlıq bəsləyirdim. Bəli, ona ümidini heç itirmədiyi üçün, bizim inadkar sükutumuzu bircə dəfə də olsun, sərt bir sözlə, bir ifadə ilə pozmağa cəhd etmədiyi üçüçn heyran idim...Əksinə, bəzən bu sükut görünməz qaz kimi ağır olub otağımıza nüfuz etdiyi, onu ağzına kimi doldurduğu zaman adama elə gəlirdi ki, üçümüzün arasında bircə o rahat nəfəs ala bilir.Belə zamanlarda o, bacım qızına ilk gündən şahidi olduğumuz eyni zamanda həm ciddi, həm də gülümsər nəzərlərlə baxır, simasında o məxsusi rəğbət ifadəsi peyda olurdu. Mən isə bacım qızının ürəyinin öz əllərilə ucaltdığı zindanda necə çırpındığını görürdüm. Mən bunu bir çox əlamətlərdən sezirdim, bunların ən əhəmiyyətsizi onun barmaqlarının titrəməsi idi.  Nəhayət, o öz sakit, siqnalı xatırladan səsilə sükutu xəfəcə pozduğu zaman mən özümün də artıq rahat nəfəs aldığımı hiss edirdim.

O, özü haqqında tez-tez deyirdi:

-Mənim evim meşənin içərisindədir, o evdə doğulmuş, o kəndin məktəbində oxumuşam. Münhenə- imtahan verməyə  və daha sonra Zalsburqa musiqi təhsili almağa gedənə qədər o evi tərk etməmişəm. Zalsburqdan qayıtdıqdan sonra da həmişə orada yaşamışam. Böyük şəhərləri sevməzdim. Londonda, Venada, Romada, Varşavada və əlbəttə ki, alman şəhərlərinin də bir çoxunda  olmuşam. O şəhərlərdə yaşaya bilmədim... bircə Praqanı bəyənmişdim, heç bir başqa şəhərdə Praqada olan qədər ruh görmədim. Lakin Nürnberqi xüsusilə sevmişəm. Bu şəhər hər bir almanın ruhunu oxşaya bilir: burada hər kəs özü üçün doğma olan kabusları tapır, buranın hər daşı qədim Almaniyanın qüruru olan insanların xatirəsini yaşadır. Düşünürəm ki, fransızlar da eyni hissləri Şartr kilsəsi qarşısında keçirirlər. Onlardaəcdadlarının nəfəsini, onların böyüklüyünü, inamlarının və nəcibliklərinin dərinliyini  hiss edirlər. Tale məni Şartr kilsəsinə gətirib çixartdı.ah, üfüqün o uzaq, mavi dumanı arasından yüksələn bu kabus kilsəni gördüyümüz zaman bizi nə izahedilməzbir həyəcan bürüyür! Mən bu bir zamanlar kilsəyə piyada, arabalarda və ya at belində gələn insanların duyğularının təsəvvürümdə canlandırmağa çalışdım... onların duyğularının paylaşıram, mən bu adamları sevdiyimi hiss edirəm. Və mən də bu insanlarla qardaş  olmağı nə çox istərdim!

Onun çöhrəsi tutuldu.

-yəqin ki Şartra zirehli avtomobildə gəlmiş birindən bu sözləri eşitmək sizin üçün ağırdır... Hərçənd bu-həqiqətdir. Bir almanın-hətta ən yaxşısının belə ürəyində nə çox təzad vardır! Və o alman bütün  bu təzadların ona bəxş etdiyi iztirablardan qurtulmağı nə çox istərdi!..-o, yenə güclə iss ediləcək tərzdə gülümsədi, bu gülümsəyiş onun çöhrəsini tədricən nura qərqetdi. Zabit davam etdi:

-qonşuluğumuzdakı malikanədə birqızyaşayır... O, çox gözəl,həm də ürkəkdir... atam həmişə onunla evlənəcəyimə ümid edirdi. Vəfat etdiyi zaman biz, demək olarki, nişanlanmışdıq, bizə birlikdə gəzməyə çıxmağa icazə verirdilər.

O, sözünü kəsdi və bacım qızının qırılmış ipi milə keçirməyini gözlədi. O,bunu böyük səy hesabına edə bilirdi, lakin ilmə kiçikdi və buna nail olmaq çətin idi. Nəhayət, o ipi milə keçirə bildi.

-Bir dəfə-zabit davam etdi- o qızla meşədə gəzirdik. ətrafımızdadovşanlar, dələlər qaçışırdılar. ən müxtəlif çiçəklər açmışdı-nərgizlər, yabanı qiasintlar, amarillislər... Qızbəxtəvərlik anında sevincdən qışqırırdı: "Mən xoşbəxtəm, Verner. Mən sevirəm, Verner, tanrının bu nemətlərini mən necə də sevirəm!” mən də xoşbəxt ididm. Biz ayıdöşəyi bitkiləri arasında bitən mamırların üzərinə uzanmışdıq. Danışmırdıq. Şam ağaclarının başımız üzərində yırğalanan budaqlarına, budaqdan-budağa qonan quşların uçuşuna tamaşa edirdik. Qəfildən qızqışqırdı: " Ah, o məni düzçənəmin altından dişlədi. Balaca, iyrənc cırcırama!” sonra o, əlini yellətdi: "Tutdum onu, Verner! Görün bir mən onu indi necə cəzalandıracağam! Onun ayaqlarını qopardacağam-əvvəlcə birayağını, sonra ikincisini...”-və o, dediyini elədi...

-Xoşbəxtlikdən,-o davam etdi-onun elçiləri çox idi. Vicdanım məni incitmədi. O zamandan həmişə alman qızlarından qorxuram.

O, fikirli halda ovuclarının içini seyr edərək dedi:

-Bizim siyasi xadimlərimiz də belədir. Məhz bu səbəbdən də mən heç vaxt onlarla birləşməyi istəməmişəm, hətta dostlarım yazaraq məndən dəfələrlə onların sıralarına qatılmağımı xahiş etsələr belə. Yox, mən həmişə evdə qalağı üstün tutmuşam. Əlbəttə, bu mənim  musiqi sahəsində uğur qazanmağıma vəsilə ola bilmədi, amma sakit bir vicdanla müqayisədə adi uğur nə qədər dəyərli ola bilər ki? Dostlarımın və fürerimizin ən yüksək və ən nəcib  ideyalara qulluq etdiklərinə qətiyyən şübhə etmirəm. Lakin həm də onların bir cırcıramanın ayaqlarını ard-arda qopartmağada qadir olduqlarını da bilirəm. Tamamilə tənhə qaldıqları zaman bütün almanlar belədir, bu qaçılmazdır. Bəs eyni partiyaya mənsub olan, ölkəyə ağalıq etlməkdə olan insanlardan daha tənha kim ola bilər? Xoşbəxtlikdən tənhalıq bitmişdir: onlar Fransadadırlar, Fransa onları sağaldacaqdır. Deməliyəm ki, bunu onlar da bilir. Bilirlər ki, Fransa onlara böyüməkdə, gerçək,  təmiz insan olmaqda yardım edəcəkdir.

O, qapıya tərəf yönəldi və alçaq səslə, sanki özü ilə danışırmış kimi dedi:

-Amma bunun üçün sevgi lazımdır...

Bircə anlığa qapını açıq qoyaraq içəri boylandı. Bacım qızının əlindəki işə tərəf əyilmiş, qırmızı ağac rənginə boyanmış qıvrım saçlarının bolaşdığı solğun, incə boynunu seyr etdi.

Sakit, qətiyyətli bir tərzdə  əlavə etdi:

-...Qarşılıqlı sevgi.

Sonra üzünü çevirdi, adəti üzrə: "Sizə şirin yuxu arzu edirəm” sözlərini deyərkən qapı onun arxasınca yavaşca örtüldü.

Uzun yaz günləri gəlmişdi. Zabit indi bizim yanımıza günəş son şəfəqlərini saçarkən enirdi. O, yenə əvvəlkitək boz  pamazıdan şalvar geyinirdi, lakin açıq yaxalı köynəyin üstündən geyindiyi gödəkçəsini dəyişmiş, daha yüngül, toxunma jiletlə əvəz etmişdi. Bir axşam o, yanımıza gəldi; barmağını əlindəki tutduğu kitabın səhifələri arasına qoymuşdu. İndicə həmsöhbətinə böyük həzz yaşadacağını dəqiq bilən və bundan özü də həzz alan  bir insanın  təbəssümünü xatırladan təmkinli təbəssümü çöhrəsinə işıq saçırdı.

-bunu sizin üçün gətirmişəm. "Makbet” dən səhifədir. Tanrım! Bu nə qüdrətli bir əsərdir!

O, kitabı aşdı.

-Artıq sondur. Hakimiyyət, onun şöhrətpərəstliyinin üfunətini nəhayət , dərk edənlərın bağlılığı ilə birlikdə  Makbetin əlindən çıxır .Şotlandiyanın şərəfini qoruyan əyanlar onun çöküşünü səbirsixliklə gözləyirlər. Onlardan biri yaxınlaşan fəlakətin facıəvi əlamətlərini təsvir edir...

O, tələsmədən,patetika ilə oxuyurdu:

Anqus. O, törətdiyi  qətllərin əllərinə yapışdığını hiss edir.

Etdiyi xəyanətin müqabilində

edilən xəyanətlər ondan qisas alır.

Ona tabe olanların itaəti sevgidən deyil,

 Yalnız əmrindən çıxmamaq üçün.

  O anlayır ki, hakimiyyət

bir Azmanın yapıncısı

alçaqboylu oğrunun əynində necə qalarsa,

onun əyninə də elə oturur indi:

çiyinlərindən sürüşərək düşür.

O, başını qaldıraraq güldü. Mən təəccüb içərisində özümdən soruşdum; görəsən o da mənim indi haqqında düşündüyüm tiranımı düşünür? Lakin o, dedi:

-Məgər doğru deyilmi, sizin Admiralınızın yuxusunu ərşə çəkən də məhz bu deyilmi? Mən gerçəkdən həm sizə ,həm də mənə nifrət aşılamağına baxmayaraq, bu insanın halına acıyıram. Insanların ona olan itaətləri sevgidən deyil artıq, qorxudandır. Öz həmfikirlərinin sevgisindən məhrum olmuş rəhbər-zavallı marionetkadan başqa bir şey deyildir...

Lakin...Lakin başqa nə isə arzulamaq olardımı? Bu rolu belə vecsiz bir şöhrətpətəstdən başqakim öz üzərinə götürəcəkdi ki? Amma bunu eləmək zəruri idi.kimsə, bəli, kimsə vətənini satmağa razılaşmalı idi,çünki nə bu gün, nə də hələ uzun illər sonra Fransa şəxsi ləyaqət hissini öz gözlərində itirməmiş bizim ağışımıza atılmaq iqtidarənda olmayacaq.Bəzən çirkablarıdakı bənzərliklər də uğurlu ittifaqlarla sonlana bilir. Bu, bənzərliklərdəki  iyrəncliyin dərəcəsini azaltmır, amma ittifaqın uğuruna xələl gətirməyəcəyi də bəllidir.

O, kitabı bərkdən örtdü, onu jiletin cibinə soxdu və mexaniki bir hərəkətlə cibin üzərini şappıldatdı.Üzünsov çöhrəsini qəfil bir sevincin işıı bürüdü. O, dedi:

-Ev sahiblərimi xəbərdar etməliyəm ki, iki həftə burada olmayacağam. Parisə gedirəm, buna görə də sevincliyəm. Məzuniyyət vaxtımgəlib çatıb və mən onu Parisdə keçirəcəyəm. Bu, mənim üçün böyük  gündür. Bu, digər bir böyük günün –mən o günün yetişməsini bütün ruhumla gözləyirəm-intizarı ilə keçən günlərin ən böyüyüdür. O, daha da böyük gün olacaqdır.Əgər lazım gələrsə, mən illərlə gözləməyə razıyam. Mənim qəlbim səbr edib gözləməyi bacarır.

Parisdə dostlaarımı görəcəyimə ümid edirəm: onların  bir çoxu iki dövlətin arasında gözəl bir ittifaqın qurulması üçün sizin hakim dairələrin nümayəndələrilə apardığımız danışıqlarda iştirak edir. beləliklə, mən də bu izdivacın qurulmasına bir növ şahidlik etmiş olacağam...

Deməliyəm ki, bunun sayəsində yaralarının sağalacağına ümid bəslədiyim Fransa üçün şadam, amma ondan daçoxözüm və Almaniya üçün sevinirəm. Almaniya Fransadan oğurladığı qüdrəti  və azadlığı yenidən ona bəxş edərsə, bu zaman dünyanın ən qalib məmləkəti olar.

Sizə şirin yuxu arzu edirəm.

 

2

 

Biz onun nə zaman qayıtdığını görmədik.

Yalnız onun artıq burda olmasından  xəbər tutduq, axı evdə yadadamın varlığını bir çox əlamətlərdən sezmək olur, hətta onu görməsən belə. Lakin uzun müddət-bir həftədən çox –onu görmədik.

Etiraf edimmi? Onun yoxluğu mənə dinclik vermirdi. Mən davamlı olaraq onun barsində düşünürdüm:blmirəm, bu onun barəsində nigaran olmaqidimi, yoxsa onun halına acımaqdı. Nə bacım qızı, nə də mən onun haqqında söhbət açmırdıq.lakin axşamları başıızın üzərində onun qeyri-bərabər addımlarının  boğuq səslərini eşitdiyimiz zaman bacım qızının tarımaçəkilmiş diqqətindən, bir səmtə yönəlmiş inadkar baxışlarından hissedirdim ki, o damənimlə həmfikirdir.

Bir dəfə mən şinlər haqqında olan hansısa elana görə komündaturaya getməli olmuşdum. Mənə uzatdıqları sənədi doldurduğum zaman Verner fon Ebrennak öz kabietindən çıxırdı. O, əvvəl məni görmədi. Divardakı nəhəng güzgünün qarşısında qoyulmuş kiçik masanın arxasında oturmuş serjanta müraciət etdi. Mən onu ahəngdar, boğuq səsini eşitdim, Artıq orada dayanmağımın bir mənası olmasa da, şiddətli, qəribə bir həyəcan içərisində dayanaraq nəyinsə sonunu gözləməyə  davam etdim. Güzgüdə onu siması əks olunurdu, mənə elə gəldi ki, bu sima solğun və çökmüş idi. Baxışlarını qaldırdı, gözləri mənim gözlərimlə qarşılaşdığı zaman iki sanİyə ərzində baxışlarımızı bir-birindən çəkmədik və sonra o, sərt bir şəkldə arxasını mənə tərəf dödü. Dodaqları aralandı, əlini qaldırdı və demək olar ki, dərhal da aşağıya saldı. Hansısa həyəcanlı bir qərarsızlıqla, güclə hiss ediləcək tərzdə, baxışlarını gözlərimdən ayırmadan sanki özünə "yox” cavabı verircəsinə başını yırğaladı. Sonra yüngülvari təzim edərək baxışlarını endirdi; axsaya-axsaya öz kabinetinə girib qapını içəridən bağladı.

Bacım qızına heç nə demədim. Lakin qadınlar pişik kimidirlər, sövq-təbiilə duyurlar. Bütün günü onun əli işinə yatmadı, gözlərini üzümə dikərək sanki gözlərimdə nə isə oxumaq istəyirdi;mən isə səylə qəlyanımı çəkməyə davam edir,sarsılmaz görünüşümü itirməmək üçün əlləşirdim. Nəhayət, o bundan usandı, əllərini aşağıya endırdi. Toxuduğunu qatlayıb bir kənara qoydu və yatmaq üçün məndən izn istədi. O, iki barmağı ilə alnını ovuşduraraq bununla sanki miqreni uzaqlaşdırmağa çalışdı. Gedərkən məni öpdü, bu an  onun gözəl, boz gözlərində sanki qınaq və böyük bir kədər gördüyümü zənn etdim.  Onun gedişindən sonra məni mənasız bir hirs bürüdü: mən həm öz dərrakəsizliyimə, həm də bacım qızının dərrakəsizliyinə hiddətlənmışdıim.Bu nə axmaqlıq idi axı?! Lakin özümə cavab verə bilmirdim. Bu lap axmaqlıq, səfehlik olsaydı belə, artıq dərin kök salıb möhkəmlənə bilmişdi.

Üç gün ötdü, biz həmişəki kimi qəhvəmizi içib qurtarmışdıq ki, tanış, qeyri-bərabər addım səslərini eşitdik: bu dəfə o addımlar mübahisəsiz bizə yaxınlaşırdı. Qəfildən mən bu addım səslərini eşitdiyimiz ilk günü-altı ay əvvəlki o qış axşamını xatırladım. Fikirləşdim ki, bu gün də o axşamkı kimi yağış yağır. Yağış səhərdən yağırdı;güclü, inadkar yağış nə azalır, nə də artırdı, bir qaydada yağır, ətrafda nə varsa, hamısını suya qərq edir, hətta evdə də soyuq və narahat atmosfer yaradırdı. Bacım qəzə çiyninə, üstündə Jan Koktotərəfindən zərafətlə çəkilmiş, naz-qəmzə ilə bir-birinə işarə edən on qəribə əlin rəsmi olan ipək şal salmışdı. Mən qəlyanım vasitəsilə əllərimi isitdim- iyul ayı idi!addımlar eyvanı keçdi, sonra dapillələrin cırıltısını eşitdik.  O, pilləkanları ağır-ağır enirdi, bu ləngliyi hr növbəti pillədə bir azdaha artırdı.lakin bu ləngimədə tərəddüd hissolunmurdu, ağır bir imtahandan keçməyə qərar vermiş insanın iradəsinin göstəricisi idi. Bacım qızı gözlərini qaldıraraq üzümə baxdı;bütün bu müddət ərzində o davamlı olaraq mənə baxsa da, sanki görmürdü, qərarsızdı. Sonuncu pillə də cırıldayanda otağa usandırıcı birsəssizlik çökdü, bacım qızı gözlərini məndən ayırdı. Mən onun göz qapaqlarının necə ağırlaşdığnı, başının necə önə doğru əyildiyini, gücünü itirmiş bir halda kresloya necə çökdüyünü gördüm.

Çox güman ki, bu səssizlik cəmisi bir neçə saniyə sürmüşdü, lakin bu saniyələr bitmirdi. Mənə elə gəldi ki, qapının arxasında dayanmış, hər dəfə tıqqıldatmaq üçün əlini qaldıran, amma elə hey saniyələri uzatmağa çalışaraq əlini aşağıya salan adam sanki bu tıqqıltı ilə gələcək müqəddəratını həll edəcəyini zənn edir... Nəhayət, o qapını döydü. Bu tıqqıltıda nə tərəddüdün yüngüllüyü var idi, nə də utancaqlığın qəfil dəf edilməsindən doğan sərtlik hiss olunurdu. O, üç dəfə döydü-ucadan, aydın, əminliklə döydü, sanki bununla artıq vermiş olduğu, geri dönüşü olmayan qərarını bir daha təsdiq edirdi. Mən qapının əvvəllər olduğu kimi dərhal açılacağını zənn etdim. Lakin qapı açılmadı və o zaman ağlım, dərrakəm anlaşılmaz bir həyəcana təslim oldu:bir-biriilə təzad təşkil edən düşüncələrin, cavabsız qalmış sualların fraqmentləri,-hər şeybiynimin içində bir-birinə qarışdı və uçqun kimi üzərimə gələn hər saniyə bu duyğu bir az daha ağır, bir az daha çıxılmaz hal alırdı. Cavab vermək lazım idimi? Bu dəyişiklik hardan idi? Nədən öz davranışı vasitəsilə hər zaman dəstəklədyi bu səssizliyi, bu inadı bu gecə nəhayət, pozacağımızı düşünmüşdü? Bu axşam, bu saat-şəxsi ləyaqət hissim mənə nə əmr edirdi?

Mən, gözlərində hansısa bir razılıq əlaməti, yaxud heç olmasa, bir  işarə görmək üçün bacım qızının üzünə baxdım, lakin onun təkcə profili görünürdü. O da qapının dəstəyinə baxırdı. O, qapıya qeyri-insani tərzdə zillənmişdi, bu sərt baxışlar artıq bir dəfə də məni mat qoymuşdu. Siması çox solğundu, üst dodağının necə yuxarı dartıldığını gördüm, bayırda qalmış bir cərgə bəmbəyaz dişləri üzündəki iztirablı ifadəni daha da artırırdı. Bu qəfil aşkarlanmış ruhi iztirablarla müqayisədə mənim tərəddüdlərim o qədər yüngül idi ki! Mən son qüvəmi də itirdiyimi hiss edirdim. Iki yeni tıqqıltı da eşidildi-yalnız ikicə tıqqıltı- zəif, tələsik zərbələr. Bacım qızı dilləndi:

-o, indicə gedəcək...

Bu sözləri sakit, lakin elə bir təlaşla söylədi ki, artıq gözləyə bilmədim aydın səslə:

-Girin, cənab-dedim.

Cənab sözünü niyə əlavə etmışdim? Düşmən zabitini deyil də, bir insanı içəriyə dəvət etdiyimi bildirmək üçün idimi bu xitab? Yaxud əksinə, kimin döydüyünü bildiyim və məhz ona müraciət etdiyimi nümayş etdirmək üçün? Bu heç vacib də deyildi. Fakt faktlığında qalırdı-mən ona "girin, cənab” demişdim və o da içəriyə daxil olmuşdu.

Onu mülki geyimdə görəcəyimi gözləyirdim, amma o, mundirdə idi.həttadeyərdim ki, bu axşam o, həmişəkindən daha çox mundirdə idi: görünür o bizim diqqətimizi özünə yönəltmək üçün qəti qərar vermiş, məhz elə bunun üçün də o mundiri geyinmişdi. O, qapını taybataq açaraq kandarda dayandı; o qədər dimdik, zəhmli idi ki, mən hətta onun əvvəlki adam olduğundan demək olar ki, şübhə etdiyimi zənn etdim. Onun aktyor Lui Juve ilə inanılmaz dərəcədə oxşar olduğunu ilk dəfə hiss etdim. Beləcə dimdik, zəhmli, susqun halda, ayaqlarını azacıq aralı qoyaraq, cansız bir tərzdə yanına düşmüş qolları ilə bir neçə saniyə dayandı, siması elə soyuq və həyat əlamətlərindən son dərəcə məhrumdu ki,  adam ruhunun bədənini tərk etdiyini zənn edə bilərdi.

Lakin dərin kresloda oturduğum üçün sol əlini aydın görürdüm. Bu əldən gözümü çəkə bilmirdim, sanki tilsimlənmış kimi bu əlin sahibinin duruşunu təkzib edən patetik görünüşünü seyr edirdim-bu görüntü  insanda böyük çalxantı yaradırdı...

O gün anladım ki, görməyi bacaran üçün əllər də sifət kimi, duyğuları ifadə edə bilər-hətta bunu sifətdən daha kəskin şəkildə edə bilər:onlar iradəyə daha az təslim olurlar... adamın üzü və bədəni hərəkətsiz qalmışdı, barmaqları isə bükülür və açılırdı, onların hərəkəti son dərəcə ifadəli idi...

Gözləri sanki canlandı,geniş açılmış, tərpənməyən, yorğun, çoxdan bəri yatmayan insana xas olan  şişkin göz qapaqlarının əhatə etdiyi o gözlər bir anlıq mənim baxışlarımla rastlaşdı. Sanki məni bir qartal süzürdü. Sonra baxıçşlarını bacım qızınatərəf çevirdi və artıq gözlərini ondan çəkmədi. Nəhayət, onun əli donub qaldı, barmaqları ilə ovcunu sıxdı, ah çəkərək ağzını açdı, sanki şüşənin qapağı açılıbmış kimi bir səsi xatırlatdı. Zabit həmişəkindən daha boğuq bir səslə dedi:

-Mən sizə vacib bir söz deməliyəm.

Bacım qızı başını aşağı əyərək onun qarşısında oturmuşdu. O, xalçanın üstündə dığırlanaraq dairə çızan yumaqdan açılan ipliyi barmaqlarına dolayırdı. Görünür ki, takca bu mənasız məşğuliyyət ona o anlar ərzində öz daxili vəziyyətini gizlətməkdə yardımçı ola bilmişdi.

 Zabit yenə danışdı-sanki o, demək olarki, həyatı bahasına başa gələn qüvvə sərf etməkdə idi:

-Bu aylar ərzində dediyim, bu divarların eşitdiyi hər bir kəlməni...-o, çətinliklə sanki astma xəstəsi kimi nəfəs alır, aldığı hər nəfəsi bir anlığa saxlayırdı...

-gərək...-o,nəfəs aldı-gərək unudasınız.

Qız əllrini ağır-ağır dizləri üstünə qoydu, bu əllər gücsüz, hər cür  həyat bəlirtisindən məhrum halda, qum üzərində tərk edilmiş qayıq kimi eləcə qaldılar. O, başını qaldırdı və ilk dəfə-ilk dəfə!-öz şəffaf gözlərilə zabitin üzünə baxdı.

Zabit dedi (mən güclə eşitdim):

-Oh, welch ein Licht!* (ah, necə bir işıq! Alm.)

Lakin bu heç pıçıltı da deyildi. Və sanki onun gözləri həqiqətən bu işığın ziyasına tab gətirmədi, zabit əllərilə gözlərini örtdü. Ikicə saniyə müddətinə: sonra o,əllərini aşağı saldı, amma gözləri  artıq aşağıya enmişdi-o, baxışlarını qaldırmadı…

Dodaqlarını çətinliklə araladı, boğuq səslə dilləndi:

-Mən o qalibləri gördüm.

Sonra, bir neçə saniyə sonra o daha sakit səslə davam etdi.

-Onlarla söhbət etdim.

Və nəhayət pıçıltı ilə, acı-acı əlavə etdi:

-Onlar məni məsxərəyə qoydualr.

Gözlərini qaldırıb üzümə baxdı, zorla seziləcək şəkildə üç dəfə başını yırğaladı. Onun gözləri yumuldu, zabit davam etdi:

-Onlar dedilər: " Məgər siz bizim onları ələ saldığımızı görmürsünüzmü?” Onlar elə belə də dedilər: " Wir prellen sie”. Onlar dedilər: "Siz əlbəttə ki, bizim əbləh kimi öz sərhədlərimiz civarında Fransanı yenidən bərpa edəcəyimizə ümid etmirsiniz.Hə?” Onlar güldülər. Çiynimə vuraraq üzümə gülə-gülə mənə: " Biz bəstəkar deyilik!” sözlərini dedilər.

Son sözləri tələffüz edərkən onun səsi nifrət ifadə edirdi və mən bununla o adamların ona olan nifrətinimi, yoxsa zabitin o adamlara olan şəxsi münasibətinimi ötürmək istədiyini ayırd edə bilmədim.

-Mən onların fikrini dəyişmək üçün lap çox səy göstərdim. Onlar dillərini marçıldatdılar, dedilər ki: "siyasət şair xəyalı-filan deyil. Siz necə güman edirsiniz, biz bu müharibəni niyə aparmışıq? Onların qoca marşallarının xatirinəmi? –onlar yenidən güldülər:-biz nə səfeh deyilik, nə də ki, əbləh;əlimizə Fransanəı yerlə-yeksan etmək fürsəti düşüb və biz onu darmadağın edəcəyik. Həm də yalnız onun qüdrətini deyil, ruhunu da yerlə bir edəcəyik. Çünki ən böyük təhlükə məhz elə Fransanın ruhudur.Bunun üçün çalışırıq, özünüzü aldatmayın, əzizim! Biz bu ruhun külünü öz təbəssümümüz və təntənəli yürüşlərimizlə göyə sovuracağıq. Biz onu susqun köpəyə döndərəcəyik”.

O, susdu. Sanki boğulurdu. Çənəsini elə qüvvətlə sıxmışdı ki, yanaqlarındakı damarcıqların necə tərpəndiyini gördüm, gicgahında qabarmış damarlar isə atmağa, soxulcan kimi qıvrımağa başlamışdı... Qəfildən bütün sifətinin dərisi sanki daxili bir sarsıntının nişanısi imiş kimi tərpəndi-bu titrəyiş yüngül küləyin hərəkətə gətirdiyi gölün səthini, qaynamaqda olan südün üzərindəki narın qabarcıqları xatırladırdı. Onun gözləri hələ də bacım qızının şəffaf, geniş açılmış gözlərinə baxırdı, və o, sakit, sönük, boğuq və əzab dolu bir ləngliklə dilləndi:

-Ümid yoxdur-və bir az daha sakit, bir az daha boğuq, daha ləng, sanki bu müdhiş etiraf öncəsi özünü qətl edircəsinə davam etdi:

-Ümid yoxdur. Ümid yoxdur!-qəflətən səsi yüksəldi, gurlaşdı, daha aydın, daha cingiltili oldu-sanki bir haray, bir nalə idi:

-Ümid yoxdur!

Səssizlik oldu.

Mənə elə gəldi ki, o gülür. Gərginləşmiş alnında dərin qırışlar yarandı. Dodaqları titrəyirdi-bir xəstənin qansız, qızdırmalı dodaqları kimi.

-Onlar qəzəbləndilər, məni söydülər. "Görürsünüzmü? Siz onu necə sevirsiniz! Budur ən böyük təhlükə! Amma biz Avropanı bu vəbanın pəncəsindən qurtaracayıq! Biz onun mədəsindəki bu zəhəri çıxardacayıq!” Onlar mənə hər şeyi anlatdılar. Məndən heç nə gizlətmədilər. Onla rsizin yazıçılarınızı tərifləyirlər, lakin eyni zamanda Belçikada, Hollndiyada, bizim ordu qevvələrinin işğal etdiyi bütün ölkələrdə artıq məhdudiyyətlər tətbiq edilib. Bircə fransız əsərini də sərhəddən buraxmamaq, texniki nəşrlərdən, dərsliklərdən və müxtəlif əşyaların istifadə qaydalarına dair göstəriş vərəqələrindən savayı heç nə... heç bir ədəbiyyat nümunəsi.Heç bircə nüsxə də!

Onun baxışları otaqda var-gəl edir, gecə yolunu azmış quşcuğaz kimi sanki künclərə çırpılıb qalır, kitab rəflərinə çatınca, yalnız orda-səf-səf düzülmüş Rasin, Ronsar, Russonun cildləri üzərində sakitləşib qərar tuturdu. Gözlərini kitabalrdan ayırmadan, ehtiraslı xiffət dolu səslə:

-Heç bir şey, heç bir şey, heç birşey!deyə bağırdı, sanki biz bu təhdidin böyüklüyünü  görə, anlaya  bilməmişdik:- Yalnız müasirlərinizi deyil! Yalnız Peqi, Prust, Berqsonu deyil...qalanları da.Hamısını! Hamısını! Hamısını!

Onun baxışları yenidən təlaşqarışıq bir zərafətlə kölgıdə xəfif-xəfif parıldayan cildlər üzərində gəzdı.

-Onlar atəşi büsbütün söndürəcəklər!-o, qışqırdı.-Bu işıq artıq heç vxt Avropanı öz nuruna qərq etməyəcək!

Və onun dərin, təntənəli səsi cəmi bircə sözü-mənim sinəmdə qəfil, heyranedici bir əks-səd yaradan o sözü söylədi- o bircə kəlmə titrək bir şikayət, qınaq kimi səsləndi:

-Nevermore! (heç vaxt)

Yenidən səssizlik çökdü, indi bu səssizlik nə qədər tutqun, nə qədər gərgin idi!  Əvvəllər səssizlik anlarında mən suyun hamar səthində dəniz canlılarının toqquşmasını, su altında qaynayan həyatı-mübhəm duyğuları, bir-birini təkzib edən arzuları, düşüncələri görürdüm. Lakin bu səssizliyin ardında müdhiş düşgünlükdən başqa heç nə görmək olmurdu...

Nəhayıt onun səsi sükutu pozdu-sakit, dərdli-ələmli...

-Bir dostum vardı. Mənə qardaş kimi idi.Birlikdə oxumuşduq. Ştutqartda eyni mənzildə yaşamışdıq. Birlikdə üç ayı Nürnberqdə keçirmişdik. Bir-birimizdən ayrımız yox idi. Mən öz bəstələrimi ilk ona ifa edirdim, o öz poemalarını ilk mənə oxuyurdu. O, həssas, romantik insandı. Lakin məni tərk etdi və poemalarını yeni tanış olduğu yoldaşlarına oxumaq üçün Münhenə getdi. Həmişə mənə yazırdı ki, onlara qoşulum, və Parisə getdiyim zaman məhz onu yeni dostlarının əhatəsində gördüm. Mən onu necə dəyişdirdiklərini gördüm!

O, başını ağır-ağır yırğaladı, elə bil əzablar  içində kiminsə yalvarışlarını eıitməkdən imtina edirdi.

-Aralarında ən çılğını o idi! Daxilində qaynayan qəzəb və kinayə bir-birini əvəz edirdi.gah yandırıcı baxışlarla mənə baxaraq: "Bu,zəhərdir! Heyvanın zəhərini çıxartmaq lazımdır!” deyə bağırır, gah işarət barmağı ilə sinəmə döyəcləyərək: "Onalr indi böyük qorxu içindədirlər, ha-ha! Öz ciblərinin və sənayelərinin,ticarətlərinin hayındadırlar. Düşündükləri bircə budur! Tək-tük istisnalar varsa da, onları təriflə yola gətirərik, ha-ha!..Bu, heç də çətin deyil!”

O, gülür, sifəti qıpqırmızı olurdu: "Biz mərcimək şorbası müqabilində onların lap ruhunu da satın alarıq”.

Verner nəfəsini dərdi:

-Mən onlara dedim: "Nə etdiyinizi dərk edirsiniz? –Ağlınız bir şey kəsirmi  etdikərinizdən?!” O, dedi: ”Düşünürsünüz ki, bu sayaq sözlərlə bizi pərt edə biləcəksiniz? Biz başqa cür xəyal edirik!” Mən soruşdum: "Demək, bu türbəni biryolluq bağlayırıq, hə? Həmişəlik?” O, cavab verdi: " Bu, ölüm-dirim məsələsidir. Qalib gəlmək üçün güc kifayətdir;amma hökmranlıq etmək üçün-deyil! Biz ordunun hakimiyyəti saxlamaq iqtidarında olmadığını yaxşı bilirik”. " Daha bu şəkildə yox!-mən qışqırdım.- Ruhu öldürmək bahasına yox!” "Ruh heç zaman ölmür-o, mənimlə razılaşmadı.-Ruh çox şeylər görüb. O, elə öz küllərindən doğulur. Biz min illər sonranı yaratmalıyıq, lakin bunun üçün əvvəlcə dağıtmaq lazımdır”.

 Mən onun aydın gözlərinin lap dərinliklərinə baş vurdum. O, səmimi idi, bəli. Və bütün dəhşət də elə bunda idi. Gözləri, indicə mənhus bir qətlin şahidi olubmuş kimi geniş açılmışdı.

-Onlar haqqında danışdıqlarını edıcıklər!-o, qışqırırdı,görünür, bizim ona inanmadığımızı zənn edirdi.- inadkarcasına, ruhsuzcasına! Mən bu lənətə gəlmiş şeytan sürüsünü tanıyıram!

O, qulağı sancan köpəklər kimi başını silkələdi. Dodaqlaır arasından aldadılmış sivgilinin ehtiras, xiffət dolu ahını xatırladan qəribə bir nalə axdı.

O, yerindən tərpənmirdi. Yenə də əvvəlki kimi kandarda əllərini yanına sallayaraq, hərəkətsiz və gərgin dayanmışdı, sanki barmaqlarına əridilmiş qurğuşun tökmüşdülər. Üzü solğundu, amma bu solğunluq mun solğunluğu deyildi, boz torpaq rəngli köhnə, əhənglə boyanmış divara bənzəyirdi.

Mən onun ağır-ağır təzim etdiyini gördüm. O, əlini qaldırdı. Qaldırdığı əlini bizə tərəf uzatdı. Yumruğunu sızdı, silkələdi, üzündə vəhşi bir ehtirasın qığılcımları sezildi. Dodaqları aralandı və mən düşündüm ki, indicə bizə qarşı bir çağırış edəcəkdir; düşündüm ki, bizi qiyama səsləyəcəkdir. Lakin o dodaqlardan bircə kəlmə də qopmadı. O, ağzını və gözlərini yumdu, dikəldi. Əlləri dini rəqslərin elementlərini xatırladan qəribə hərəkətlər edərək üzünə doğru qalxdı. Sonra gicgahlarını və alnını ovucları arasına alaraq barmaqları ilə sıxdı.

-Onlar dedilər ki: "Bu, bizim haqqımız və bizim borcumuzdur!” Bizim borcumuz! Öz borcunu yerinə yetirməyin ən asan və ən əmin yolunu tapanlar nə bəxtəvərdir!

Onun əlləri yenə yanına düşdü.

-Yol ayrıcında sənə deyirlər: "Bu yolla get”.-o, başını yellədi.-sən isə görürsən ki, bu yol işiqlı zirvələrə deyil, aşağıya-meşənin nəhs qaranlığına, buğuq zülmətinə aparır!..Tanrım! Mənə mənim borcumun nə olduğunu göstər!.O, dedi-demək olarki, qışqırdı:

-Bu-Keçici olanla Əbədi olan arasında gedən mübarizədir!

O, zəndlə və son dərəcə qəmli baxışlarla pəncərənin üstündəki taxtadan oyulmuş, ilham dolu və gülümsəyən, ilahi bir hüzur saçan  mələk heykəlciyə baxdı.

Qəfildən o, tamamən yumşaldı. Bədəni bayaqkı gərginliyini itirdi. Əvvəlcə baxışlarını yerə dikdi, sonra yenə qaldırdı:

-Mən öz hüququmdan istifadə etdim.-o, sadəcə dedi-Mən hərbi diviziyaya qoşulmaq üçün izn istədim. Nəhayət, mənə bu lütfüetdilər. Sabah mən yola düşə bilərəm.

Mənə elə gəldi ki, dediklərini dəqiqləşdirdiyi an onun dodaqlarında güclə sezilə biləcək rişxəndli təbəssüm peyda oldu:

-Cəhənnəmə.

Onun əli Şərqi – gələcək çörəyin cəsədlərin üzərində bitəcəyi nəhəng zəmilər ölkəsini nişan verirdi.

Mən düşündüm: "Deməli, o təslim oldu. Hamısı elə bircə bunu baçarır. Hamısı təslim olur. Hətta o da.”

Bacım qızının üzünə baxmaq ağırdı. Onun rəngi qaçmışdı, ölü kimi solğun idi. Dodaqları opal vazanın kənarları kimi yumulmuşdu, çöhrəsi tragik yunan maskaları kimi donuqdu. Alnının və saçlarının sərhəddində bir neçə damcı tər fışqırmışdı-bəli, əmələ gəlməmişdi,məhz fışqırmışdı.

Bunu Verner fon Ebrennakın görüb-görmədiyini bilmirəm. Onun göz bəbəkləri sankı iplə sahilə bərkidilmiş və axının atıb-tutduğu qayıq kimi qızın göz bəbəklərinə ilişib qalmışdı. Bu ip o qədər tarım, o qədər gərilmiş vəziyyətdə idi ki, kimsə barmağını  o gözlər arasında gəzdirməyə cəsarət edə bilməzdi. Ebrennak bir əlilə qapının dəstəyindən yapışdı. O biri əlilə isə dirəkdən tutmuşdu. Gözlərini çəkmədən qapını  ağır-ağır özünə tərəf dartdı. O, dedi-və bu zaman səsi heyrətamiz həddə ifadəsiz idi:

-Sizə şirin yuxu arzulayıram.

Fikirləşdim ki, indicə qapını bağlayıb gedəcək. Amma yox. , bacım qızına baxırdı. O dedi-o, pıçıldadı:

-Əlvida.

Tərpənmirdi. Tamamilə hərəkətsiz dayanmışdə və hərəkətsiz və gərgin olan simasında gözləri daha hərəkətsiz və daha gərgin təsir bağışlayırdı. O gözlər bacım qızının geniş açılmış dupduru gözlərinə dikilmişdi. Bu hal beləcə davam etdi, davam etdi və nəhayət, qızın dodaqları aralandı. Ebrennakın gözləri parıldadı.

Mən

-Əlvida.-kəlməsini eşitdim.

Bu kəlməni aydın eşitmək üçün onu dodaqların arasından çıxdığı an yaxalamaq lazım idi,amma hər halda, mən eşitmişdim. Fon Ebrennak da eşitmişdi-o, dikəldi. Üzü və bədəni sanki təravətləndirici duşdan sonra olduğu kimi rahatlaşdı.

O, gülümsündü, və bu gülümsəyiş də ondan qalan son xatirə olaraqqaldı. Qapı örtüldü, addım səsləri evin dərinliyinə gömülərək itdi.

Mən sabah qəhvəmi içmək üçün aşağı endiyim zaman o, artıq yox idi. Bacım qızı adəti üzrə səhər qəlyanaltısı hazırlayırdı. O, susqun halda qəhvəni mənə uzatdı. Qəhvəmizi susaraq içdik. Həyətdə duman pərdəsinin ardından solğun günəş işıldayırdı. Mənə elə gəldi ki, bayırda hava çox soyuqdur.

 

 

Oktyabr, 1941

 

Tərcümə: Dinar Həmidova