“Warner Bros.” bir çox əməkdaşlarla müqavilələri dayandırıb
KİNO
- 08.09.2023
- 0 Şərh
- 5912 Baxış
Hollivudun əsas kinostudiyalarından olan "Warner Bros.” rəhbərliyi bir neçə məşhur prodüser və ssenaristlə müqavilələri dayandırıb.
Bu siyahıya Cey Cey Abrams, Qreq Berlanti, Cak Lorre, Bill Lourens, Con Uells və bir çox başqaları daxildir.
Qeyd edək ki, sadalananların hamısı artıq öz sözünü demiş məşhur prodüserlərdir. Bu prosesə ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi tətillərin də səbəb olduğu vurğulanır. Buna görə də artıq bir çox digər şirkətlərdə işçilərin ixtisarı başlayıb.