
Xanın fentezi romanı çap olunub
- 11.02.2020
- 0 Şərh
- 16443 Baxış
Yarpaq.az
xəbər verir ki, Azərbaycan dilində ilk qorxu janrı olan "Sancaqlı kölgələr və Leyla Xuni" romanının müəllifi Xanın fentezi romanı çap olunub.
Köhlən
nəşriyyatında çap olunan romanın adı "Qızılbaşlar: Oyanış”dır.
"Mövcud
olmayan məkanların, ölməyən ölümlülərin, yaşanmayan hadisələrin, kitabsız alimlərin,
işıqsız gündüzlərin, sehrsiz möcüzələrin, şəffaf qanların, yaradılan tanrıların
və sonsuz göz yaşının xəyal dünyası.
Ölümsüz
vəhşi varlıqların arasında sadəcə sağ qalmaqla kifayətlənməyib bütün qüvvəsi ilə
tarixi dəyişməyə çalışan insan irqinin mübarizəsindən danışılan fantastik hekayəni
hamımız birlikdə fəsil-fəsil yaşayacağıq. Oxuduqca gözləriniz qarşısında film
kimi canlanacaq. Qarşılaşacağınız irqləri, məkanları, hadisələri, xalqları və
onların dini inanclarını qətiyyən bizim dünyamızla müqayisə etməyin. Yoxsa,
onsuz da yazılmağı mənim üçün tam bir işgəncəyə çevrilmiş bu qarışıq süjeti bəyənəcəyinizə
ehtimal yoxdur,” – deyə müəllif bildirir.