Xanın fentezi romanı çap olunub

Xanın fentezi romanı çap olunub

Yarpaq.az xəbər verir ki, Azərbaycan dilində ilk qorxu janrı olan "Sancaqlı kölgələr və Leyla Xuni" romanının müəllifi Xanın fentezi romanı çap olunub.

 

Köhlən nəşriyyatında çap olunan romanın adı "Qızılbaşlar: Oyanış”dır.

 

"Mövcud olmayan məkanların, ölməyən ölümlülərin, yaşanmayan hadisələrin, kitabsız alimlərin, işıqsız gündüzlərin, sehrsiz möcüzələrin, şəffaf qanların, yaradılan tanrıların və sonsuz göz yaşının xəyal dünyası.

 

Ölümsüz vəhşi varlıqların arasında sadəcə sağ qalmaqla kifayətlənməyib bütün qüvvəsi ilə tarixi dəyişməyə çalışan insan irqinin mübarizəsindən danışılan fantastik hekayəni hamımız birlikdə fəsil-fəsil yaşayacağıq. Oxuduqca gözləriniz qarşısında film kimi canlanacaq. Qarşılaşacağınız irqləri, məkanları, hadisələri, xalqları və onların dini inanclarını qətiyyən bizim dünyamızla müqayisə etməyin. Yoxsa, onsuz da yazılmağı mənim üçün tam bir işgəncəyə çevrilmiş bu qarışıq süjeti bəyənəcəyinizə ehtimal yoxdur,” – deyə müəllif bildirir.