
Xulio Kortasar. Danışın, üç dəqiqə vaxtınız var (Şeirlər)
- 29.01.2020
- 0 Şərh
- 2007 Baxış
Danışın, üç dəqiqə vaxtınız var
Səni
bircə anlıq da olsa əlimdə hiss etmək üçün
yerdəki
çiçəyi dərdim,
dolunayın
əksi düşən quyuya boylanıb baxmaq üçün
bir şüşə
"bojole” içdim
və evə
qayıtdım
və
qızılı yarıqaranlıqda pencəyimi çıxartırmış kimi
dərimi
soyunuram əynimdən
və həddindən
artıq yaxşı bilirəm
dünyanın
ən çox adam yaşayan şəhərinin ortasında
tənha
qalacağımı.
Buranın
soyuq olduğunu,
yağış
damcılarının
kofe
fincanıma düşdüyünü
və kif
atmış əllərimin rütubətinin hər yerə yayıldığını
öyrənəndə
mənim zarıldamağımı bağışlayacaqsan.
Bağışlayacaqsan,
axı başqa şeylər də bilirsən:
həmişə
sənin haqda fikirləşirəm,
elə bil
idarə olunan oyuncağam
və ya
titrətməyə tutulmuş xəstəyəm
ya da qələndərəm
tutduğum
göyərçini tumarlayıram
barmaqlarımın
lələklərə necə təmas etdiyini hiss edərək
İnanıram:
sənin yoxluğumu hiss etdiyimi
hiss
edirsən,
çox
güman, mənim dərdiyim çiçəkdən dərmisən sən də
və indi
evə qayıtmısan,
hə, dəqiq
qayıtmısan
və biz
artıq tənha deyilik,
biz
artıq vahid otun pişpişəsiyik, vahid çiçəyin ləçəyiyik.
An
Əgər
saçlarınla üzün sənin üçün qiymətlidirsə,
onda məndə
qal.
Axı
bilmirsən,
dənizin
qayıdıb səni batıracağını.
Hər təəssürat,
hər sima sənin simanda iz qoyur,
hər ad
vurulmuş qartal kimi
adının
üstünə düşür.
Sən –
Senanın ovusan, necə xilas edim səni,
Pikassonun
qadınları sığallarıyla səni öldürürsə?!
Hər səhər
duranda sənin haqda fikirləşirəm,
sən hər
dəfə başqasan,
sənin
simanı tapmaq istəyirəm,
portretlərdə
axtarıram sənin simanı,
yağışlı
gecədə qollarım arasında olanda necəydisə,
o
simanı axtarıram.
Yox,
özünü məhv etməyə icazə verməyəcəksən,
məğlub
olmayacaqsan!
Mən
mübarizə aparıram,
mən
ağacam,
amma
axı sən quş deyilsən
və mən
nə edə bilərəm
qəfildən
qalxan və sənin nəğməni aparan külək
səni də
aparsa?!
Tərcümə: Həmid P.