
Xulio Kortasar. Yaxşı oğlan (mənsur şeir)
ƏDƏBİYYAT, Poeziya, Tərcümə
- 18.12.2019
- 0 Şərh
- 1522 Baxış
Ayaqqabılarımın
bağını açmağı heç vaxt öyrənəsi deyiləm; beləcə, heç vaxt imkan verməyəcəyəm
ki, şəhərin küçələri ayaqlarımı dişləsin.
Körpülərin
altında sərxoş olub, məni abırdan salası işlərə baş qoşan deyiləm.
Mən
ütülü köynəklərin taleyini qəbul edirəm.
Kinoteatra
vaxtında gedib çatıram, avtobusda yaşlı qadınlara yer verirəm.
Duyğuların
uzun müddət qarışıq qalmağı məni bezdirir. Ondansa, diş pastasını və təmiz dəsmalları
seçirəm. Vaxtlı-vaxtında peyvənd etdirməyə gedirəm.
O səfil
aşiqə bax! Sənə kiçik bir qızıl balıq tutub gətirmək üçün fəvvarəyə baş vurmağa
necə də qorxur! Polislər və dayələr onu qəzəblə süzür...
"Alaqaranlıqdan
özgə" adlı kitabından. 1984
İspanca
əslindən tərcümə: Firudin Həmidli