
Zahid Xəlilin Türkiyədə kitabı nəşr olunub
- 04.01.2021
- 0 Şərh
- 2206 Baxış
Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Zahid Xəlilin adı türk oxucularına yaxşı tanışdır. Türk dünyasında geniş yayılan "Temrin” dərgisi 86-cı sayını bütövlükdə onun yaradıcılığına həsr edib. 2021-ci ilin ilk günlərində isə İstanbulun "Asmaaltı yayın evi” Zahid Xəlilin "Qış nağılı” kitabını oxuculara təqdim edib.
Əsərləri türk dilinə tanınmış tərcüməçi Əbdülqadir Özqan və gənc şair-tərcüməçi Əbdürrəhim Kiçik çevirib. Hər iki kitabın rəsmlərini tanınmış rəssam Şükran Ozqan çəkib.
Yazıçının fikrincə "Qış nağılı” onun üçün ən yaxşı yeni il hədiyyəsidir.
Qeyd edək ki, 2020-сi ildə İstanbulun "Asmaaltı yayın evi” Yazıçının "Yumru yumaq” adlı kitabını kütləvi tirajla çap edib. Kitaba yazıçının 38 hekayəsi daxil edilib.