Abşeron rayon Mərkəzi Kitabxanasında şair Qardaşxan Əzizxanlı ilə görüş (FOTO)

Abşeron rayon Mərkəzi Kitabxanasında şair Qardaşxan Əzizxanlı ilə görüş (FOTO)

8 dekabr tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında şair, tərcüməçi, tədqiqatçı Qardaşxan Əzizxanlı ilə görüş keçirildi. 

Abşeron rayon MKS-in direktoru Məlahət Yusifqızı Q.Əzizxanlı yaradıcılığı haqqında qısa arayış verdikdən sonra Qarabağ müharibəsi veteranı Nurəddin Mirzəxanlı, şairə Mina Rəşid, "Xarı bülbül” ədəbi məclisinin sədri Aybəniz Qaragilə, kitabxananın əməkdaşı Pərvanə Muradova və başqaları Qardaşxan şeirləri barədə fikirlərini oxucularla bölüşdülər. Nizami rayon məktəblisi şeir ifası üzrə M.Araz adına "Qartal” mükafatı laureatı İbrahim Əhmədovun söylədiyi şeirlər alqışlarla qarşılandı. 

Tədbirin sonunda Qardaşxan şeirlərini oxudu, poeziyadan Azərbaycan dilinin gen daşıyıcısı kimi söz açdı.