Aydın Qaradağlının adına küçə verildi

Aydın Qaradağlının adına küçə verildi

Avqust ayının 20-də əfsanəvi diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlının 85 illik yubiliyi qeyd olunacaq.

Aydın Qaradağlı Azərbaycanda diktorlar arasında ilk dəfə olaraq Əməkdar artist adına layıq görülüb.

Yubiley münasibətilə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Siyəzən şəhərindəki Məşədi Əzizbəyov küçəsinin adı dəyişdirilərək Aydın Qaradağlı adı ilə əvəzlənib. Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Kult.Az