Ayxan Kiçikbəy. Şeşə bığlı şair
- 16.01.2010
- 0 Şərh
- 634 Baxış
Əvvələn onu deyim ki, atamın mənə tanış elədiyi öz şair dostlarına həmişə "əmi” deyə müraciət etmişəm. Elə indi də. Burda pis nə var ki? Onlar mənim əmim yaşdadılar. Əmimə "müəllim” deməyəcəm ki? Nə olsun ki, onlar şairdilər və ya yazıçıdırlar? Şair, yazıçı olanda nə olar ki? Guya indi şairə, yazıçıya hörmət bəsləyən, onları sayan var? Mən onları özümə doğma bir adam kimi hesab etdiyimdən "əmi” deyə müraciət edirəm. Mənim kimi düşünməyənlər də ola bilər. Buna hörmətlə yanaşıram.
Atam kimləri-kimləri: Əkrəm Əylislini, Mubariz Cəfərlini, Firuz Mustafanı, Adil Mirseyidi, Şərif Ağayarı, Çingiz Əlioğlunu, Rasim Qaracanı, Murad Köhnəqalanı, Kərəməti, Əjdər Olu, Elçin Hüseybəylini, Elxan Zal Qaraxanlını, Səlim Babullaoğlunu, Elçin Səlcuqu, Cavanşir Yusiflini, Xanəmiri, Tahir Kazımlını, ... və ... Həzi Həsənlini mənimlə tanış edib.
Əvvəlkilərlə işim yoxdur. Sonuncudan—Həzi əmidən söhbət açmaq istəyirəm. Əslində yuxarıda adlarını sadaladığım—tanış olduğum insanlar—yazıçılar, şairlər haqqında bir kəlmə belə yazacaq fikrim yox idi. Mənim kimi cırtdan yazarın nə işi var Əkrəm Əylislidən, Mubariz Cəfərlidən bir cümlə yaza? Mən kiməm ki? Ancaq düşündüm ki, heç olmasa özümə ən doğma hesab etdiyim Həzi Həsənli haqqında cızma-qara eləyib, nə isə yazım. Bəlkə də atamın mənə tanış elətdirdiklərindən ən çox yadımda qalanı da elə, Həzi Həsənli, belə səhv dedim, Həzi əmidir.
Tanış olduqlarımla dəqiq təqvim gününü bilməsəm də onlarla keçirdiyim həmin saatlar bu günkü kimi gözümün qabağında durur. Əvvəl Əkrəm Əylisli ilə tanışlığımın qısa xronikasını sizə danışmaq istəyirəm.
Əkrəm Əylisli bağda hirisli-hirisli gəzərkən atamla ona yaxınlaşmış, Əkrəm əmi də məni bağrına basıb, qucaqlamışdı. Əslində atamla birlikdə, kiçik yaşlarımda Əkrəm əmi ilə tanış olmuşdum. Ancaq onun yazıçı olduğunu bilmirdim. Heç yazıçılığın nə olduğunu belə bilmirdim. Qala Əkrəm Əylislinin kimliyinə. Onda qardaşımla birgə Əkrəm əmiyə "balaca kişi” adlı ləqəb qoymuşduq. Bulvardakı qazonda qardaşımla güləşirdik, ordan keçən Əkrəm əmi ayaq saxlayıb atamla görüşdü, bizimlə də əl tutub nəsə dedi, başımızı sığalladı. Kənardakı əyləşəcəkdə əyləşən anam Əkrəm əmini görəndə ayağa qalxdı, gah yaxın gəlmək istədi, gah yerinə çökmək istədi, amma yaxına gəlib onunla görüşməyə cəsarət etmədi. Əkrəm əmi atamla bir-iki kəlmə də kəsib yoluna davam elədi. Hələ onda nəyin nə olduğunu bilməzdik. Hələ onda çox kiçik idik. Amma sonradan, Əkrəm Əylislinin kimliyini bildim və onunla tanışlığımdan qürür duydum. Hər yerdə Əkrəm əmi ilə dost olduğumu deyirdim. Hətta bir dəfə ədəbiyyat dərsində Əkrəm Əylislinin "Ürək yaman şeydir” hekayəsini keçəndə mən ayağa qalxıb yekəpər müəllimimizə "Əkrəm Əylisli mənim dostumdur” dedim. Bu sözümdən sonra hamı gülüşdü, hətta müəllim də. Sonradan Əkrəm əmi ilə bağlı inşamda da onun mənim dostum olduğunu vurğuladım. Amma yenə ədəbiyyat müəllimim və sinif yoldaşlarım qarınlarını tutub nə ki var güldülər. Axırda bu əhvalatı atama danışdım. O da bunu Əkrəm Əylisliyə danışdı. Atamın danışdığına görə, Əkrəm əmi bu əhvalata yamanca gülüb. Bir-iki gündən sonra atam Əkrəm əminin mənə bağışladığı kitabı evə gətirdi. Kitabın ilk vərəqində Əkrəm Əylisli "Yaxın dosum, əvəzsiz dostum Ayxana” deyə qısaca söz də yazmışdı. Aparıb bu kitabı ədəbiyyat müəllimizə və sinif yoldaşlarıma göstərəndə hamı donub qaldı. Müəllim üzə vurmasa da hiss elədim ki, Əkrəm Əylislinin mənə kitab bağışlamasına, özü də ilk səhifəyə söz yazmasına yaman paxıllanıb. Hər nə isə, bu əhvalat indi geridə qalıb, amma hər dəfə Əkrəm Əylisli haqqında düşünəndə bu maraqlı əhvalat yadıma düşür.
Qayıdıram Əkrəm əmi ilə sonrakı görüşümüzə. Həmin gün atam bizi Sahil bağında görüşdürəndə Əkrəm əmiyə başqa gözlə (onun yazıçı olduğunu bir anda düşündüm və "balaca kişi” ləqəbini də ağlımın arxivinə atdım) baxdım. Biz bağda dolaşanda fikrimi bir nöqtəyə cəmləmişdim: atamla Əkrəm Əylisliyə. Onlar deyəsən yazı-pozu işindən danışırdılar. Yazı adamı başqa nədən danışacaq ki? Hər nə isə biz xeyli gəzişəndən sonra "Proloq” qəzetinin baş redaktoru Tahir Kazımlı gəldi. Atam onu da mənə tanış elədi. Sən demə Tahir əmi Naxçıvanlı imiş. Bir növ Əkrəm Əylislinin yerlisi sayılırdı. Nə isə, Tahir əmi məni bir az söhbətə tutdu. Nə oxuduğumu, nə yazdığımı soruşdu, mən də cavab verdim. Amma mənim gözüm hələ də Əkrəm əmidə, bir vaxtlar yazıçı kimi tanımadığımız, "balaca kişi” ayaması yapışdırdığımız Əkrəm Əylislidə idi. Fikirləşirdim ki, bu balaca boylu kişi həqiqətən də "Gilənar çiçəyinə dediklərim” əsərini yazıb. Yəni bu balaca boyla elə bir əsər...
Nə isə, söhbətin yönünü dəyişsəm, yaxşı olar, çünki mən Həzi əmidən yazmalı idim. Gələk Həzi Həsənli ilə görüşmüzün tarixcəsinə.
Böyük kişilər həmişə bir-biriləri ilə tanış olduqlarının tarixinin olmadığını deyirlər. Bunu nəyə əsaslanaraq deyirlər, bilmirəm. Heç elə şey olar? Axı, sən bu adamla nə vaxtsa tanış olubsan və yəqin ki, başına maraqlı əhvalat da gəlib. Bunu necə danasan? Həzi əminin kitabındakı (son kitabı) ön sözdə tanımadığım, indi həyatda olmayan Məmməd Nazimoğlunun yazısındakı ilk cümlədə də (deyəsən ilk cümlə olmalıdı) belə yazmışdı: "Həzi ilə görüşümüzün tarixi yoxdur”.
Amma mənim Həzi əmiylə görüşümün tarixi var.
Həzi əmi ilə hansısa teatrın çıxışında tanış olmuşduq. Amma o tanışlığı mən tanışlıq hesab etmirəm. Onunla əsas tanışlığımız Sahil bağında gerçəkləşdi. Deməli, mən Gənc Ədiblər Məktəbinin növbəti iclasından çıxmışdım. Atam məni Həzi əmi ilə görüşdürüb, özü aradan çıxdı. Öz aramız Həzi əminin zəhmi məni qorxutduğundan atamın arxası ilə yüyürmək istəmişdim. Həzi əmi isə şeşə bığını sığallayıb: "İşi var, ingi gələr. Hara gedirsən?”—demişdi. Məndə daha atamın arxasınca yüyürmədim, olduğum yerdə durdum. Həzi əmi mənim gözümdə ilk görüşdən ovçuya bənzəmişdi. Sonra beynimi qurdaladım, nə vaxtsa oxuduğum "Dəli Kür” romanının baş qəhrəmanı Cahandar ağanı xəyallarıma gətirdim və fikirləşdim ki, elə Cahandar ağa da yəqin belə olub—Həzi əmi kimi. Nə bilmək olar, bəlkə Həzi əmi də Mələk kimi birisini (məsələn, həyat yoldaşını) atının tərkinə qoyub qaçırdıb. Belə düşünürdüm ki, Həzi əminin sual dolu baxışları məni fikirlərimdən ayırdı. Yuxudan ayılmış kimi oldum. Həzi əmi mənə təxmini bir on sual verdi. Hər bir sualda mən elə bilirdim ki, Həzi əmi bunu soruşandan sonra daha heç nə deməyəcək. Amma böyük pauzadan sonra yenə Həzi əminin yoğun səsi (bəlkə də onda mənə bu səs yoğun gəlmişdi. Amma Həzi əminin səsi əslində yoğun deyildi. Qeyri-adi, musiqi tonlu səs idi) yenidən məni imtahana çəkirdi. Mən də çəkinə-çəkinə onun suallarına cavab verirdim. Sonra yanımda hekayəmin olub-olmadığını soruşdu. Çantamı eşələyəndə üç səhivəlik bir yazı gördüm. Hekayəm olmalı idi. Həzi əmiyə uzadanda o əlinin tərsi ilə kağızları itələdi. "Özün oxu”—dedi. Bir anda çaşıb-qaldım. Bizim durduğumuz yerin arxasına beş-altı axmaq gənc yığışmışdı. Onlar mobil telefonlarından çıxan hansısa bir düşük musiqiyə qulaq asır, arada bir başlarını sağa-sola yellədir, guya musiqidən ləzzət alırdılar. Hekayəni oxumamışdan əvvəl bir az sıxılırdım. Qorxurdum ki, bu sarsaqlar mənim müəlliminə inşa oxuyan uşaq kimi başa düşüb gülərlər. Amma Həzi əminin səsi yenə fikirlərimi dağıtdı: "Get, su al, yaman istidi, sonra gəl, hekayəni oxu”. Deyən kimi də cibindən pul çıxardı. Geri qaytarmaq istədim, amma bildim ki, bu cür kişilər belə şeylərdən xoşları gəlməz, birdən mənə bu hərəkətimin qarşılığında bir sillə çəkər ki, yerimdəcə qalaram. Ona görə də uzatdığı bir manatı peşmançılıq içində götürdüm. Yaxınlıqdakı dükandan qazlı, sərin su aldım. Yanına gedib xırdanı ona uzadanda Həzi əmi təəccüblə: "Bəyəm, bu belə ucuzdu?” deyə məndən soruşdu. Amma qəpikləri götürmədi. Mən də xırda pullara baxa-baxa dodaqaltı gülümsündüm, Həzi əmi də bığlarını sığalladı. Başa düşdüm ki, qəpikləri cibimə qoymağımı istəyir. Mən də elə elədim. Sonra Həzi əmi əlimdə tutduğum butulkanı işarə etdi. Yəqin suyu içməyimi istəyirdi. Hava isti olduğuna görə mənim də ağzım-dilim qurumuşdu. Heç etiraz etmədən plastik butulkanı başıma çəkdim. O saat içim soyudu. Su buz kimi idi. Həzi əmi də suyu başına çəkib onu bir qırağa qoyandan sonra üzünü mənə sarı çevirib hekayəmi oxumağımı istədi. İlk dəfə idi ki, birinə hekayə oxuyurdum deyə bir az çaş-baş qalmışdım. Amma bu tez də gəlib-keçdi. Hekayəni bir nəfəsə oxuyub baxışlarımı Həzi əmiyə dikdim.O özünə məxsus pauzalarla sakit-sakit, təmkinlə hekayəmdə tutduğu nöqsanları sadalayırdı. Danışığını bitirəndən sonra (görünür özü də yorulmuşdu) özünün çap olunmuş şeirini (bilmirəm hansısa qəzetdə) mənə göstərib: "Oxu görüm, şeiri necə oxuyursan”.—dedi. Sinif yoldaşlarım şeir oxumağım pis deyil deyirdilər.Görəsən, bir şair buna nə deyəcəkdi?—deyə düşündüm və başladım şeirləri oxumağa. Qorxurdum səhv eləyəm. Çünki Həzi əminin zəhmi başımın üstünü kəsdirmişdi. Qəzetdəki şeirini nəhayət ki, oxuyub-qurtardım. O, bir xeyli susdu. Əlini şeşə bığlarının aşağısına—çənəsinin altına qoyub nə barədəsə düşündü. Dedim, yəqin öz şeiri onu haralarasa apardı. Birdən "nə gözəl oxudun, bir də oxu” deyəndə ürəkləndim.Yenə həminki şeiri oxumağa girişdim.Elə bil hər oxuduğumda yarasına dəyirdim. Kədərlənirdi. Sonra başa düşmədiyim sözləri mənə anlatdı. Cibindən telefon çıxarıb orda öz səsi ilə oxuduğu bir şeirini mənə dinlətdi. Mən Həzi əminin şeirini də, onun telefonunda olan başqa bir türk xalq musiqisini də "bluetooth” vasitəsilə mobil telefonuma yüklədim. Həmin yazdırdıqlarımı sonradan məhəllədə bir uşaq silmişdi. Bunu Həzi əmiyə başa sala bilməmişdim ki, bilməmişdim. Elə bilirdi ki, bəyənməyib silmişəm. Onsuz da siləcəkdim, telefonda yerim az idi, ancaq elə tez siləcəyim ağlımın ucundan da keçmirdi. Durardı da telefonda, nə olacaqdı ki? Bir də sonra Həzi əmini görsəm, onun zəhmli baxışlarından hara qaçacaqdım? Ondan sonrakı günlər Həzi əmi ilə görüşmədik. Sadəcə telefonda, arada bir dəstəyi mən qaldıranda danışırdıq. Daha doğrusu, Həzi əmi məni daim telefonda güldürürdü. Onun telefonda danışarkən ayrı, üzbəüz danışarkən ayrı bir adam—Cahandar ağa olduğunu anladım.
Atam bir gün işdən evə gələndə mənə bir kitab göstərdi. Kitabın üstündə müəllifin adı yazılmışdı: Həzi Həsənli. Kitabın adı isə "Siz ey sevdiklərim...” adlanırdı. Həmin dəqiqə kitabı oxumağa girişdim. Şeirləri oxuya-oxuya Həzi əmini gözümün qabağına gətirirdim. Hər şeirdə onun sərt üzü görsənirdi. Onun şeirlərinin kənd havası mənə bizim Muğanlını xatırlatdı. Yeddi ildir ki, getmədiyim, dağlarının görkəmini unutduğum Muğanlı kəndini... Bir az ara vermək istədim, dedim sonra oxuyaram. Kitabı bağlayarkən onun üz qabığına vurulan şeiri gördüm. Həmin şeiri Həzi əmi oğluna yazmışdı. Çox təsirli, insanın hisslərini oyadan bir şeir idi. Bayaqdan gözümün qabağında duran sərt, Cahandar ağaya bənzər, ciddi, görkəmli, aram-aram danışan, ağayana Həzi əminin başı aşağı əyilmiş, gözləri yaşla dolmuşdu. Şeşə bığlarını sığallayırdı. Qarşımda iki Həzi əmi — hisslərini cilovlaya bilməyərək hər şeydən təsirlənən, gözləri yaşla dolan, bir də ciddi görkəmli, səsi cod olan Həzi Həsənli durmuşdu. Şəşə bığlarının altından nəsə qəmli notda bir şeylər söyləyirdi. Eşidirdim dediyini. Deyirdi ki: "Bir də oxu”. Sonra zəhmli baxışlarının üstünü qara buludlar aldı.