Azərbaycanda Misir Mədəniyyət Günləri keçirilir

Azərbaycanda Misir Mədəniyyət Günləri keçirilir

 İyunun 1-dən 6-dək Azərbaycanda Misir Ərəb Respublikasının Mədəniyyət Günləri keçiriləcək.
 
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Mədəniyyət Günləri çərçivəsində Milli Kitabxanada beynəlxalq simpozium, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təntənəli konsert proqramının təqdimatı, "İsmailiyyə" folklor ansamblının konsertləri və rəsm, dekorativ-tətbiqi sənət və foto sərgisinin təşkili nəzərdə tutulur.
 
Mədəniyyət günləri Bakıətrafı bölgələrdə də davam edəcək. Sərginin açılışı isə iyunun 2-də "Qalereya 1969" sərgi salonunda keçiriləcək.
 
Nazirlikdən bildiriblər ki, sərgidə Misirin incəsənət xadimi Şərif Sunbul və Misirin Helvan Universitetinin rəssamlıq fakültəsinin müəllimi Dr. Ənvər Məhəmməd İbrahim Əli iştirak edəcəklər.