"Baku Creative Center"-də sərgi açıldı - FOTOLAR

"Baku Creative Center" yaradıcılıq mərkəzi “Debüt” layihəsi çərçivəsində Gündüz Hunların  fərdi sərgisini təşkil edib.

Mərkəzdən verilən  xəbərəı görə, “Debüt” layihəsinin məqsədi istedadlı rəssamların ilk fərdi peşəkar sərgilərini təşkil etmək və onları ictimaiyyətə yaxından təqdim etməkdir.

Sərgidə açılış sözü ilə çıxış edən mərkəzin rəhbəri Emin Yasinov Gündüz Hunların istedadlı və perspektivli rəssam olduğunu qeyd edib. Onun sərgisinin təşkilini dövlətin mədəni siyasətinin tərkib hissəsi kimi - rəssamlara qayğı, yaradıcı şəxslərin inkişafı və onları ictimaiyyətə yaxından tanıdılması baxımından önəmli olduğunu vurğuladı və gələcəkdə bu layihə çərcivəsində bir çox  yaradıcı insanlara dəstək veriləcəyini bildirib.

Gündüz Hunlar da öz növbəsində ilk peşəkar fərdi sərgisinin təşkilindən böyük məmnunluğunu ifadə etdi və göstərdiyi dəstəyə görə “Baku Creative Center”ə təşəkkürünü bildirib.

[gallery link="file" columns="2" orderby="title"]