Balaca oxucularla görüş-müzakirə (FOTOLAR)

Balaca oxucularla görüş-müzakirə (FOTOLAR)

Yanvar ayının 25-də Qubadlı rayonunun Xıdırlı kənd orta məktəbində uşaq yazıçısı Amin Sükut, şair Elvin Paşa və "Parlaq İmzalar" nəşriyyatının redaktoru  Toğrul Musayevlə görüş keçirilib. 

Görüşdə əsasən Amin Sükutun "Tulfinlər" və Elmir Hüseyinoğlunun "Sevannaya qayıdış" əsərləri müzakirə olunub.

Uşaq yazarları ilə oxucuların görüşməsi barədə hazırlanmış lahiyənin rəhbəri oxuculardan məktəbli Ömər Allahverdiyev çıxış edərək tədbiri açıq elan edib. Hər iki kitabı oxuduğunu deyərək, onlar haqqında fikirlərini bölüşüb. 

Sonra çıxış üçün söz məktəbin direktoru Savalan İmanova verilib. O da öz növbəsində müəlliflərə və uşaqlara təşəkkür edib, ədəbiyyatın insan həyatında rolundan danışıb.

Daha sonra tədbir müəlliflə uşaqların müzakirələri əsasında davam edib. Tuflinləri oxuyan uşaqlar müəllifə suallar ünvanlayıb və suallar ətrafında maraqlı söhbət alınıb. Tədbirin gedişatında Savalan müəllim tədbirin daha maraqlı olması üçün şair Elvin Paşadan öz şeirini səsləndirməsini xahiş edib. 

Sonda bütün uşaqlara "Parlaq İmzalar" nəşriyyatında çap olunan uşaq ədəbiyyatına aid kitablar hədiyyə olunub və xatirə şəkilləri çəkilib.