Elvin Ali

Elvin Ali "Sinifimizdəki qoyun"

Səhər saat səkkizdə yuxudan oyanıb, əynimi geyinib məktəbə getmək üçün hazırlaşırdım. Evdən çıxdım və məktəbə tərəf getdim. İlk dərsimiz cəbr dərsi idi. Müəllimə şagirdlərə yeni dərsi keçib və əvvəl keçdiyi dərslərdən sual verirdi, lakin buna baxmayaraq şagirdlərin heç biri müəllimənin suallarına cavab vermək niyyətində deyildi. Sinifdəki uşaqlar müəllimənin dediyi sözlərini qulaq ardına vururdu, bir sözlə desək müəlliməni yola verirdi. Və zəng vuruldu hamı tənəffüsə çıxdı, maraqlı gələn o idiki, zəng vurulan kimi uşaqlar sanki meşəlikdən şəhərə tərəf qaçırdılar. Zəng yenidən vuruldu və hər kəs sinifə daxil oldu. İndiki dərsimiz isə ən sevdiyim dərs olan ədəbiyyat dərsi idi. Lakin, ədəbiyyat müəlliməmizi mən ədəbiyyata yaraşdıra bilmirdim. Səbəbini isə sizə açıqlayacam. Ədəbiyyat müəlliməmiz sinif otağının qapısını açib içərə girdi. Və girən kimi bayatılardan danışırdı. Bu isə biraz mənim xoşuma gəlmirdi. Düzdü bayatı da, ədəbiyyatımızın bir hissəsidir. Ancaq Axundov, Sabir, Cəfər Cabbarlı və Almaz İldirim kimi yazıçılardan danışmazdı. Müəllimə bir tapmaca verdi. Dedi ki, bu tapmacanın cavabını deyin, uşaqlar isə deyə bilmədi. Müəllimə cavabı belə oldu: Tapmacanın cavabı qoyundur. Sonra belə bir ifadə dedi. Həmin qoyunun sizlərdən heç bir fərqi yoxdur. Axı belə də şey olar? Heç müəllim də şagirdə qoyun deyər? Əlbətdə əgər bir müəllim öz şagirdinə belə ifadələr işlədirsə o zaman o müəllimin şagirdi nə olacaq? Müəllim deyərkən insanın fikrinə ilk öncə elm öyrədən şəxs gəlir, amma Azərbaycanda isə bu belə deyil, əksinədir. Azərbaycanda müəllim deyəndə şagirdə qarşı alçaldıcı sözlər, rüşvət başda olmaqla təsvir olunur. Həqiqətən də belədir, əfsuslar olsun ki, təhsilimizi belə müəllim heyəti idarə edir. Təbii ki, istisnalar da var. Müəllimsə əslində dürüst, mərd olmalı və şagirdinə öz biliyini savadını aşılamalıdır. Çox heyf ki, bizdə belə deyil. Əziz oxucu indi sualıma sən cavab ver: "bir müəllim şagirdə qoyun deyirsə, yaxud da şagirdlə şillə təpik ilə davranırsa belə müəllimdən nə öyrənmək olar? Eyni zamanda onun şagirdindən nə gözləmək olar? Günah kimdədir müəllimdə yoxsa şagirddə? Əslinə qalsa günah valideyndə, şagirddə və müəllimdədir. Çünki bir valideyn kitab əvəzinə övladına bahal mobili telefon verib onu reklam edirsə, günah valideyndə də omalıdır bu zaman. Bəs müəllim görürsə şagird dərsə cavab vermirsə onu nizam-intizam qaydaları ilə cəzalandıra və özündə olan biliyinə yiyələndirə bilər. Hərçənd indiki müəllimlər deyir: "pul ver öyrədim! Üzə deməsələr də əməllərində hiss olunur."