Gənc rəssamların inkişafı üçün növbəti rəsm sərgisi

Gənc rəssamların inkişafı üçün növbəti rəsm sərgisi

Aprelin 30-da "Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə "START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açılacaq.

"Art Tover” rəsm qalereyasında təşkil ediləcək sərgi "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq.

Sərginin kuratoru Türkan Cəfərzadədir.

"Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtmaqdır.

Sərgi mayın 1-dən 18-dək ziyarətçilər üçün açıq olacaq.